Arıq xanımlar öz eyiblərini necə gizlətməli?

alt

Boyca ucaboy və bədəncə arıq xanımlar paltar seçərkən xüsusilə diqqətli olmalıdırlar. Məsələn, belə görkəmə malik xanımlar dar-dütdək, qısa və yarıq ətək geyinəndə bədən quruluşlarında olan əyər-əskikləri daha da qabartmış olurlar. Məsləhətimiz məhz bu barədədir.

Çox enli geyimlər geyinməyin: arıq bədən quruluşu və formasız enli paltarlar arasındakı kontrast sizin arıqlığınızı daha da qabarıq göstərəcək.

Çox dar geyinməyin: dar vodolaz və şalvarlardan imtina edin. Bədənə kip oturmayan paltarlara üstünlük verin.

Qara rəngdə həddi aşmayın: qara şalvar və ya qısa qara don arıq və ucaboy xanımlara yaraşa bilər. Ancaq qara şalvarla dar qara toxunma yun köynək geyinsəniz – bu qara rəngin “ağını çıxarmaq” olar. Topuğa qədər dar şalvarları və losinləri qarderobunuzdan çıxardın. Onlar arıq ayaqları daha çox nəzərə çarpdırır. “İsti” rəngli klas şalvarlar və açıq rəngli cinslər geyinin, cəlbedici kəmərlər taxın.

Sizə açıq rəngli, sürtlümüş cinslər, ağ və ya klas şalvarlar yaraşar.

Müxtəlif obrazlar yaradın: köynək və ya jaket, vodolazka, pencək və şarf, don və pencək. Həmin obrazlara detallar da əlavə etmək olar– kəmər, asma bəzəklər, şarf, yaylıq.

Əgər öz formanızı bir qədər girdə göstərmək istəyirsinizsə, eninə zolaqlı cemperlər, büzməli, sinəsində naxış və ya cib olan jaket və ya bluzlar, uzunluğu dizdən olan büzməli və ya qırçınlı ətəklər, düz klas şalvarlar geyinin. Diaqonal damalı, iri xallı və ya iri toxunuşlu parçalara (bukle, tvid) üstünlük verin.

Yarıqlı dar uzun ətək, vertikal zolaqlı parçalar, dar şalvarlar, streyç, dərin kəsimli və topuğa qədər uzun paltarlar sizi daha arıq göstərə bilər.

İncə klas ayaqqabılar geyinin, “platforma” tipli və ya iri ayaqqabılardan qətiyyən istifadə etməyin. Çox həcmli saç düzümlərindən də çəkinin ki, nazik boynunuzda zəncirotu çiçəyi kimi görsənməsin.

Yazı «Cazibədar görünmək üçün necə geyinməli?» kitabından götürülüb.

KIVANC profil fotoğrafı

KIVANC

Şərhlər:

  1. Badi_Seba profil fotoğrafı Badi_Seba deyir ki:

    men eybimi gizletmirem neyemse buyam :))

  2. gulare zeynal profil fotoğrafı gulare zeynal deyir ki:

    men o qeder de ariq deyilemm…ona gore de bele problemlerim yoxduu…ewwiii…vabwe kompleks neye lazimdi eee…?

  3. aznetin_gozeli profil fotoğrafı aznetin_gozeli deyir ki:

    Ne cox ariq ne cox kok olmaq lazimdir, caliwmaq laizmdir ki, ilk iwimiz mehz ele formada qalmaq olsun,yox eger bu alinmirsa, ya heeden artiq ariq, ya hedden artiq kokukse onda bize teklif edilen meslehetlere goz atmaliyiq.
    Amma wukur mende bele bir problem yoxdur,
    tewekkurler Kivanc

  4. Ayselka profil fotoğrafı Ayselka deyir ki:

    ariq deyilem normalam paltarimda super qalir cox sagol

  5. RED DEVIL profil fotoğrafı RED DEVIL deyir ki:

    HM MARAQLI XEBER IDI COX SAGOL

  6. KIVANC profil fotoğrafı KIVANC deyir ki:

    SİZDE SAG OLUN DEYESEN BEYENEN OLMADİ HEC

  7. qeribelik profil fotoğrafı qeribelik deyir ki:

    ALLAH İNSANI NECE YARADIBSA,O DA GOZ QABAGINDADIR.AMMA BEZEN ELE İNSANLAR ELE GEYİMLERDEN İSTİFADE EDİRLER Kİ,………
    XBRE TSKLER.MARAQLI İDİ

  8. El3ktra profil fotoğrafı El3ktra deyir ki:

    Eshi hec dexli var?
    Neyemse oyam da.Kimese yalvariram mene baxsin?
    Kompleksim yoxdu.
    Tesekkurler!

  9. Melekcik profil fotoğrafı Melekcik deyir ki:

    Ariq ya kok esan insanin sevdiyi geyim ona yarawsa ariq olsun kok olsun qeweng gorunecey ama elede kok olmag lazim deyil normal olcu yaxwidi..birdeki ALLAH ne olcu verib bize ona wukur etmek lazimdi nawukir olmayaq..tewekkurler

  10. Avtosh_227 profil fotoğrafı Avtosh_227 deyir ki:
    twk xebere gore.deyesen sehv xebere girmiwem ee happy
  11. BEAUTIFUL_LIFE profil fotoğrafı BEAUTIFUL_LIFE deyir ki:

    duzdu,insan gerek ozune yarawani geyinsin menim heddinden artiq ariq olanlardan o qeder de xowum gelmir ama bu o demek de deyilki insan gerek kok olsun.yox,sadece normal olsun da insan normal olcude olanda onun giyindiyi herwey yarawacaq xebere gore twkler

  12. taliya profil fotoğrafı taliya deyir ki:

    Elbetdeki insan ele geyinmelidirki geyim ona yarassin, amma hami bunu fikirlesmeyib bu debdedir deyib yarasdi yarasmadi hemin geyimi geyinir .bu duzgun deyil mence . nono

  13. ayka21 profil fotoğrafı ayka21 deyir ki:

    man arigam va hec bir eyibim da yoxdu. bunun ucun coooox sukur ediram har gun ALLAHA.

  14. _Cinbala_ profil fotoğrafı _Cinbala_ deyir ki:

    camaat ariqlasir ariq niye ozunu gizletmelidiki…xanimlar ele ariq olmalidi…