Mövlana Cəlaləddin Rumi-dən hikmətli sözlər

alt

Mən sağ olduğum müddətcə Quranın qulu, köləsiyəm. O seçkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.

*Dosta dostun zəhməti ağırmı gəlir?

Zəhmət; içdir, ruhdur. Dostluqsa onun dərisinə bənzər.

Dostluq nişanəsi bəladan, afətlərdən xoşlanmaq deyilmidir?

Dost qızıl kimidir. Bəlada atəşə bənzər.

Xalis qızıl atəş içində saf bir hala gələr.

*Allaha yaxınlıq nə yuxarı çıxmaq,nə də aşağı enməkdir.Allaha yaxınlıq varlıq libasını soyunmaqdır.

*Dərvişliklə, aşiqlik bir arada olarsa sultanlıqdır.

Eşqin kədəri, kədər deyil; çox dəyərli bir xəzinədir.

Fəqət bu xəzinə gizlidir.

Mən könül evini öz əlimlə yandırıb xarab etdim.

Çünki dəfinənin xarab yerdə saxlandığını bildim.

*Duanın şəkilləri vardır.

Səslisi, səssizi vardır.

Dodaqlarından töküləni, ruhlarda filizlənəni vardır.

Məbədləri vardır, səccadəsi vardır.

Fəqət duanın ən yüksəyi, həyatın dua mayası ilə yoğrulabilmiş olmasıdır.

Kin və həsəd, hirs və ədalətsizlik, qürur və kibir, bu niyaz bədənin içinə sızmaz və könül fərahı ilə yer üzünün bütün çirki yuyular.

*Ədəbsiz yalnız özünə pislik etməz, bütün ətrafa atəş salar.

Göy ədəbə görə işıqlarla dolu bir hala gəlmişdir.

Mələk ədəbə görə günahdan uzaqlaşmış, təmiz olmuşdur.

*Kimdən qaçırıq, özümüzdənmi?

Nə olmayacaq şey!

Kimdən qaçıb qurtarırıq, Haqqdanmı?

Nə boş zəhmət!

*Qula bəla gəlməz haqq yazmayınca

Haqq bəla yazmaz qul almayınca

Haqq quldan intiqamı qul ilə alar

Dini irfan bilməyən bunu qul etdi sanar.

*Sevənlə seviləni ayrı varlıqlar sanırdım.

Məgər onlar bir imişlər. Mənsə biri iki görmüşəm.

*İnsan gözdür, görüşdür, qalanı isə ətdir.

İnsanın gözü nəyi görürsə dəyəri o qədərdir.

*Qabığı qırılan sədəf sənə üzüntü verməsin, içində inci vardır.

*Hər kəs günəşi görə bilsəydi, günəşin işıqlarına dəlalət edən ulduzlara nə ehtiyac vardı?

*İki barmağını gözünün üstünə qoy.Dünyanı görə bilirsənmi?

Görmürsən deyə bu dünya yoxdurmu?

Bax Rəbbim də belədir.

*Hər şey incəlikdən, insan qalınlıqdan qırılır.

*Nə qədər insan gördüm ki,əynində libası yox,

Nə qədər libas gördüm ki,içində insan yox…

*Eşq elə bir kölgədir ki,parladıqda sevgilidən başqa nə varsa yandırıb-yaxar.

Eşq sözə sığmaz.Eşq dibi görünməyən dənizdir.

*Allahın xəzinəsi yoxluqdur.Yəni Allah varlıqları yoxluqdan yaratmışdır.Sən isə görünən varlıqlara aldandığın üçün yoxluğun nə olduğunu haradan biləcəksən?

*Bizi doğru yol göstərən,bizi pis əməllərdən çəkindirən namaz beş vaxtda qılınır.Halbuki həqiqi aşiqlər daima namazdadırlar.

*Dünyada tikan toxumu əkən insanı gül baxçasında axtarma!

*Xoş o şəxsin halına ki,gənclik çağını qənimət bilib Allaha borcunu ödəyər.

*Rəsm rəssamı necə anlaya bilər ki,ona bütün qüdrəti verən rəssamdır.

*Bir şam digər bir şamı alovlandırmaqla işığından bir şey itirməz.

*Nə qədər bilirsən bil söylədiklərin qarşındakının anlaya bildiyi qədərdir.

*Mən o eşqi qısaca söylədim,tamamilə anlatmadım.Əgər anlatsam,həm dodaqlar yanar,həm də dil.

*Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana bauğdasız getməkdir.

ADMIRAL-711 profil fotoğrafı

ADMIRAL-711

Şərhlər:

  1. Leonel-207 profil fotoğrafı Leonel-207 deyir ki:
    cox gozel,menali ve duwundurucu ibretamiz sozler idi…cox sag ol eziyyetin ucun…
  2. ADMIRAL-711 profil fotoğrafı ADMIRAL-711 deyir ki:

    rey yazan elleriniz agrimasin=))

  3. BuBLiK profil fotoğrafı BuBLiK deyir ki:

    cox sagol ellarine salik=)amma bunu hamsin ohiammiyacam=)

  4. New_Moon profil fotoğrafı New_Moon deyir ki:

    Mən sağ olduğum mьddətcə Quranın qulu, kцləsiyəm. O seзkin Hz.Məhəmmədin yolunun tozuyam. ALLAHa və Cənabi Əhmədə tutun.
    Cox Sagol Minnetdaram

  5. KIVANC profil fotoğrafı KIVANC deyir ki:
    Super xosuma geldi.Sag ol Qaqulya.THANKS

  6. gulshan profil fotoğrafı gulshan deyir ki:

    *Rəsm rəssamı necə anlaya bilər ki,ona bьtьn qьdrəti verən rəssamdır. super cox saq ol ellerine saqliq=)

  7. BEAUTIFUL_LIFE profil fotoğrafı BEAUTIFUL_LIFE deyir ki:

    twk yarisin oxudum maraqlidi applause

  8. DaRk_AnGeL profil fotoğrafı DaRk_AnGeL deyir ki:

    tewekkurler cooox gozel idi

  9. taliya profil fotoğrafı taliya deyir ki:

    *Duanın şəkilləri vardır.
    Səslisi, səssizi vardır.
    Dodaqlarından tцkьləni, ruhlarda filizlənəni vardır.
    Məbədləri vardır, səccadəsi vardır.
    Fəqət duanın ən yьksəyi, həyatın dua mayası ilə yoğrulabilmiş olmasıdır.
    Kin və həsəd, hirs və ədalətsizlik, qьrur və kibir, bu niyaz bədənin iзinə sızmaz və kцnьl fərahı ilə yer ьzьnьn bьtьn зirki yuyular.ALLAH RAZI OLSUN Ellerine saglig applause

  10. ayka21 profil fotoğrafı ayka21 deyir ki:

    coooooox sagolun. ibretamiz sozlerdi..

  11. merry-girl profil fotoğrafı merry-girl deyir ki:

    cox gozel,menali ve duwundurucu ibretamiz sozler idi…cox sag ol eziyyetin ucun…