Cənnətə ilk girən qadın

alt
Hz. Fatimeyi Zəhra birgün atası peyğəmbərimiz Muhammedin (s.a.s) yanına gəlib dedi:

– Ata cənnətə ilk olaraq qadınlardan kim girəcək?


Peyğəmbərimiz (s.) :


– Filan məhəllədə bir qadın var. O qadın cənnətə ilk girəcək qadındır, – buyurdu.


Hz. Fatimə çox maraqlanmısdı.


– Məndənvdə əvvəl girəcək ata? – deyə soruşdu.


Hz. Peyğəmbərimiz (s.):


– Səndən də əvvəl girəcək. Istəyirsən get bir tanış ol, – dedi – Həm də onu nə üçün ilk cənnətə girən qadın olacağını buyurduqlarını da öyrənərsən.


Çox maraqlanan Hz. Fatime bir gün həmin qadının evini axtara-axtara gəlib tapır və qapını döyür. Içəridən qoca bir qadın səsi eşidildi:


– Kimdir?


Hz. Fatimə özünü tanıdıb görüşmək istədiyini söyləyəndə qadın :


– Canim sənə qurban, ey Allah Rəsulunun qızı, səninlə görüşməyi çox istəyirdim, lakin bayıra çıxmadığım üçün ziyarətinizə gələ bilmirdim. Həyat yoldaşımdan icazə almayınca sizi içəri ala bilmərəm üzr istəyirəm canım sənə qurban. Sabah inşAllah gələrsiniz və mən də yoldaşımdan icazə alaram, görüşərik, – dedi.


Hz. Fatimə sağollaşıb geri döndü, qadın da axşam əri gələndə məsələni başa salıb icazə aldı. Ikinci gün qadınla görüşəcəyinə əmin olan Hz. Fatimə yanında Hz Həsəni də götürüb gəlir. Qapını döyür və gəldiyini bildirir. Qadın Hz. Fatimənin yanındakı uşağı görüb deyir:


– Üzr istəyirəm, mən ərimdən yalnız sizin üçün izn almışdım, istəyirsiniz siz girin uşaq bayırda gözləsin, ya da ərimdən uşaq üçün də icazə alaram sabah birlikdə gələrsiniz.


HZ.Fatimə geri dönüb sabahı gözlədi. Sabah yanında bir də Hz. Hüseyni də gətirdi və yenə həminki kimi geri döndü. Qadın ərindən üçünə də icazə aldı və Hz. Fatiməni gözləməyə başladı. 4-cü gün Hz. Fatime uşaqlarla birgə qadının evinə gəldi və içəri daxil olub salamlaşdı. Baxıb gördü ki, qapının arxasından danışan yaşlı qadın gözəl və yaraşıqlı bir xanımdır. Hz. Fatimə təəcüblənib soruşdu:


– Mənimlə danışarkən səsiniz çox yaşlı qadın səsiydi… indi isə tam əksinə.


Qadın cavab verdi:


– Sizinlə danışarkən səsim bayıra çıxırdı, yad kişilər eşitməsin və günaha batmayım deyə ağzıma bir daş parçası almışdım. İndi isə o daşı çıxartdım.


Hz. Fatimənin gözləri dolmuşdu. Atasının niyə ilk cənnətə girən qadının bu olduğunu söylədiyini başa düşdü.


Qadin Hz. Fatiməyə:


– Ey Allah Rəsulunun qizi! Indi mən yoldaşıma qarşı vəzifəmi yerinə yetirmiş olurammı? Allah məni ərimə qarşı hesaba çəkər deyə çox qorxuram, – dedi.


HZ. Fatimə atasının müjdəsini bildirdi:


-Yox! Sən Atamın cənnətə ilk girəcək qadın deyə müjdələdiyi birisən.
Heç bir qadın sizin etdiyinizin yüzdə birini etməz, – dedi, və cənnətə girəcək ilk qadınla söhbətdən sonra icazə alıb evə döndü

alt

melek=) profil fotoğrafı

melek=)

Şərhlər:

  1. Gucci profil fotoğrafı Gucci deyir ki:

    cox sagol cox xoshuma geldi eqqeten maraqlidi

  2.  profil fotoğrafı deyir ki:
    P.S.menim yerim cehennemde hazirdi uje………
  3. melek=) profil fotoğrafı melek=) deyir ki:

    coox sevindim beyendiyinizcun

  4. taliya profil fotoğrafı taliya deyir ki:

    ALLAH razi olsun bacim cox gozel

  5. sirinka))) profil fotoğrafı sirinka))) deyir ki:

    maraglidi heyattada bele gadinnar olubmus twk

  6. BLACK STAR profil fotoğrafı BLACK STAR deyir ki:

    cox saol xebercun….maraqlidi……oxumuwdum men…

  7. perishan.olar profil fotoğrafı perishan.olar deyir ki:

    SAG OLUN ALLAH RAZI QALSIN SIZDEN. pray

  8. ::HappilY:: profil fotoğrafı ::HappilY:: deyir ki:

    Allah razi olsun maraqli xeberdi

  9. SPARTACUS profil fotoğrafı SPARTACUS deyir ki:

    allah razi olsun!! ellerin derd gormesin!! applause

  10. EQoiSTKa profil fotoğrafı EQoiSTKa deyir ki:

    …Coh MaragLiyDu XeVesLe OxuDuM ALLAH RAZI OLSUN!…

  11. _Aynur_ profil fotoğrafı _Aynur_ deyir ki:

    Xebere gore cox saq ol…Allah razi olsun…

  12. fanya_ya profil fotoğrafı fanya_ya deyir ki:

    perviy razdi oxuyuram thanks

  13. Бакинка profil fotoğrafı Бакинка deyir ki:

    bunu oxumuwdum melek genede elin qolun var olsun …

    Allah razi olsun

  14. merry-girl profil fotoğrafı merry-girl deyir ki:

    cox tesirli idi cox sag ol canim

  15. VERY_SHY profil fotoğrafı VERY_SHY deyir ki:

    Oxumuwam bunu,sagol canim

  16. BuBLiK profil fotoğrafı BuBLiK deyir ki:

    ALLah razi olsun canim maraglidi…

  17. Single Girl profil fotoğrafı Single Girl deyir ki:

    Bu gun sinif yoldawim mene dediki bu hekayeni axtar oxu cox maraqlidi dourdanda oxudum cox maraqli ibretamiz deyerli…ALlah razi olsun

  18. AYSE19 profil fotoğrafı AYSE19 deyir ki:

    TWK ALLAH RAZI OLSUN

  19. UNDERCOVER profil fotoğrafı UNDERCOVER deyir ki:

    4ox saol ALLAH razi olsun

  20. Milady profil fotoğrafı Milady deyir ki:
    Cox gozel maraqlı xeber ıdı tewekkurler
  21. _Cinbala_ profil fotoğrafı _Cinbala_ deyir ki:

    Cox sagol melek oxudum eladu xosum geldi…bele maraqli xeberleri cox beyenirem…ve hevesle oxuyuram

    Sekil yaxsi
    Redakt yaxsi

  22. _Sia_ profil fotoğrafı _Sia_ deyir ki:

    Nurlu kelmelerdir Hezretlerimizin soyledikleri…

    ALLAH Razi olsun !…