Bakcell üçün melotonlar
Qeydiyyat
Saytda olanlar
Saytda olanlar: 34
İstifadəçilər: 0

yoxdur

Botlar: 


Son 20 istifadəçi: 

Maraqlı xəbərlər
Populyar xəbərlər
Saytda dostluq funksiyası olmasını istəyirsinizmi?
Bəli yes
Xeyr nea
«    Sentyabr 2014    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Biz Facebook-da
5

NUR SEHERI MINGECEVIR

Müəllif: mik-mikkateqoriya: Maraqlıtarix: 22 iyul 2009
NUR ŞeHeRİ MİNGeÇEVİR

Mingeçevir - ortasından Kür çayının keçdiyi, Azerbaycanın dördüncü böyük şeheri. Zaqafqaziyada en böyük su elektrik stansiyası olan Mingeçevir SES Kür çayının üstünde, Mingeçevir şehernin yaxınlığında yerleşir.
Mingeçevir şeheri ile Bakı arasında mesafe - 288 km
Ne ile getmek olar - Avtoneqliyyatla: Bakı – Mingeçevir avtobusları – 5 saat; Qatarla: Bakı – Mingeçevir – 7 saat, Bakı – Qazax, Bakı – Ağstafa
ehalisi 96715 nefer
Şeherde ehalinin orta sıxlığı her kvadrat kilometre 733 nefer teşkil edir.

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

HEYDER ELIYEV MUZEYININ ONU

Genc senaye şeheri Mingeçevirin esası XX esrin 40-cı illerinin axırlarında – 50-ci illerin evvellerinde qoyulmuşdur (1948-ci ilden hesablanır). Qedim Mingeçevir adının menası haqqında müxtelif efsaneler mövcuddur. Mingeçevir adını türk menşeli Mingiçöhr adlı serkerdenin adı ile elaqelendirirler. ereb tarixçisi Tebarinin yazdığına göre, IX esrde, ereb xilafetinin hökmranlığı dövründe Azerbaycanın müveqqeti hakimi olmuş serkerde Mingiçöhr indiki Mingeçevirin etrafında özü üçün iqametgah düzeltmiş ve az sonra xilafetden uzaqlaşmışdır. Lakin xilafet qoşunları onu meğlub ederek esir tutmuş ve zindana salmışdır. Sonradan bu serkerdenin şerefine hemin menteqe Mingiçöhr adlandı. Bu barede başqa bir ferziyyeye göre ise şeherin adının menası: «geri qayıt, daha yol yoxdur» demekdir.
4500 ilden çox tarixe malik olan bu yerin menasını Ziya Bünyadov elmi cehetden belə izah edir: - “Bu ad 839-cu ilde yaşamış ve xelifeye qarşı mübarize aparmış Minqiçevir El-Ferqaninin adı ile bağlıdır.” Bu erazide yaşayış hele III min illikde mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük medeniyyete malik olublar. Tapılan Yunan, Roma ve Arşap pulları sübut edir ki, burda ticaret inkişaf edibmiş. XVII esrde yaşamış türk səyyahı Övliya Çələbi özünün «Seyahetler» adlı kitabına yazırdı: «Qedimdə Kür çayının sağ sahilində Mingeçevir adlı yer olmuşdur».Türk səyyahı Övliya Çelebinin “Seyahetler” kitabında Mingeçevirin sağ sahilində ki, yaşayışdan və burda olan toxuculuqdan, hamamxanalardan ve s. mövcudluğundan yazmışdır.
Mingeçevir İkinci Dünya Müharibesindən sonra yaradılan gənc şəhərdir. Bu şeherin böyüməsi və inkişafı burda qurulan elektro-energetika, maşınqayırma, neft-kimya, kimya habelə yüngül və yeyinti məhsulları sənaye obyektlərnin tikintisi ile bağlı olub. Burda aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı tarixi deliller tapılmışdır.
Boz dağın eteklerinde ensiz yarğandan çıxan Kür çayı təmiz Mingəçevir etrafında Kür – Araz ovalığına can atır. İndi çayın vadisi su elektrik stansiyasının bendi ile kesilmişdir. Yarğanın yerində isə böyük Mingəçevir su anbarı yaradılmışdır. Onun sularının köməyi ilə quraqlıq ərazidə yerləşən torpaqlar suvarılır.
Mingəçevir şəhərinin ətrafında aparılmış arxeoloji qazıntılar zamanı məlum olmuşdur ki, Sudaqılan şəhər yerinin ərazisində böyük bir kənd varmış. Burada qədim məbədin qalıqları aşkar edilmişdir. Həyat mənbəyi olan çiçəyə can atan iki tovuz quşunun təsviri çəkilmiş iri daş kapitel böyük marağa səbəb olur. O, sarımtıl rəngli yumşaq daşdan yonulmuş, yuxarı hissəsində alban əlifbası ilə yazı həkk edilmişdir. Burada tapılmış yunan, Roma və Sasani kələri həmin tikililərin V – VI əsrlərə aid olduğunu söyləməyə imkan verir.

NUR SEHERI MINGECEVIR


Kür çayının sahilində, mənzərəli bir yerdə salınmış Mingəçevir şəhəri yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə maraqlı arxitekturaya malik müasir binalar, o cümlədən, böyük bir təzə məscid vardır. Kür çayının yaxınlığında tikilmiş restoranlar və çayxanalar qonaqların istirahəti üçün hər cür şəraitə malikdir. Şəhərin yaxınlığında süni göl və kiçik bir çimərlik var. Kürün sahilində Olimpiya avarçəkmə bazası yerləşir.
Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 65%-i Mingəçevirdə AZ.DRES və Su Elektrik Stansiyasında istehsal olunur. Sənayenin digər sahələri maşınqayırma, elektrotexnika, kimya, yüngül və yeyinti sənayesi müəssisələri şəhərin iqtisadiyyatının əsasını təşkil edir.
Mingəçevir ərazisinə daxil olan dəmir yol xətti elektrikləşdirilmişdir. Şəhərin dəmir yol stansiyası Bakı-Tbilisi magistral dəmir yolundan 18 km məsafədə yerləşir. Dəmir yol vağzalından hər gün Mingəçevir-Bakı-Mingəçevir marşrutu ilə müasir tipli sürət qatarı işləyir.
Respublika əhəmiyyətli ən yaxın aeroport 30 km məsafədə Yevlax şəhərində, beynəlxalq miqyaslı aeroport isə 80 km məsafədə Gəncə şəhərində yerləşir.
Mingəçevir telekommunikasiya sistemi yenidən qurulmuş və tam Avropa standartlarına cavab verir, şəhərdə peyk rabitəsi fəaliyyət göstərir.
2005-ci ildə Mingəçevir şəhərində müasir texnologiyaya əsaslanan kompüter istehsalı ilə məşğul olan “Kür” Elektron Avadanlıqları İstehsalı zavodu və yüksək gərginlikli elektrik dayaqları hazırlanması üzrə ixtisaslaşan “İnterenerji” MMC istifadəyə verilmişdir.
Şəhərdə təhsil, səhiyyə, mədəniyyət və istirahət obyektləri fəaliyyət göstərir. Onların sırasında 2 ali təhsil müəssisəsi, Dövlət Dram Teatrı, Rəsm Qalereyası, 11 min yerlik stadion, 2 idman kompleksi, “Kür” avarçəkmə bazası və s. adlarını çəkmək olar.

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

SEHERIN GIRECEYINDE ABIDE

Mingəçevir SES-in tikintisinə 1945-ci ildə başlanmış və 1954-cü ildə bütünlüklə işə düşmüşdür. 1957-ci ildə “VARVARA” Su Elektrik Stansiyası enerji verdikdən və Mingəçevir SES-ə qoşulduqdan sonra Mingəçevir SES silsiləsi adlanır. Mingəçevir SES-in müəyyən olunmuş gücü 359 000 kvt/saat-dir (6-hidroaqreqat). Orta illik elektrik enerji istehsalı 1,4milyard kvt/saat-dır. Qovşağın ən əsas orijinal hissəsi-yüksək təzyiqli torpaq bəndi nəinki Avropada yuyulma üsulu ilə tikilmiş ən nəhəng (hündürlüyü 80m) və işlənən materialların həcminə görə, həmdə dünyada çınqıl-qumdan yuyulmuş yeganə bənddir. Su qovşağına 3 gözdən ibarət suaşıran beton bənd (bir açıq kanalı ilə eni 30m), 6 gözdən ibarət təzyiqli su borularına su qəbul edən qurğu (uzunluğu 66m), 4 qapalı beton boru ilə 4 gözdən ibarət suaşıran qurğu (uzunluğu 47m), torpaq bənd (uzunluğu 1550m, hündürlüyü 80m), yuxarı Qarabağ ve yuxarı Şirvan kanallarına su qəbul edən bir gözlü qurğu daxildir. Bənd Mingeçevir Su Anbarını əmələ gətirmişdir. Su qovşağı Kür-Araz ovalığında 970 000 ha \ saheni suvarmağa imkan yaratmış, 200 000 ha sahənin isə su altında qalmaq təhlükəsini aradan qaldırmışdır.
Mingəçevir su anbarı və Su Elektrik Stansiyasının (SES) tikilmesi 1953 cü ilde tamamlanıb. Su elektrik stansiyasının ümumi tutumu 15.6 mln metr kvadrat su olan bəndi Avropadakı sulama vasitəsiylə quraşdırılan en hündür bendlerinden biridir. Hövzenin uzunluğu 70km, eni 3 km-den 18 km-e qeder, en derin yeri 75m ve ümumi erazisi 605 kvadrat metrdir.
Kür çayından ayrıca olaraq hövze iki kanalı su ile techiz edir – 172km uzunluğundakı Yuxarı Qarabağ Kanalı ve 123 km uzunluğundakı Yuxarı Şirvan Kanalı. Bu kanallar Mil, Muğan, Şirvan düzlerindeki min hektara yaxın erazinin suvarılmasında istifade edilir. Varvara su anbarı ve Varvara su elektrik stansiyası Kür çayında yerleşen Mingeçevir su anbarından 20km şerqde yerleşir. Varvara su elektrik stansiyasının enerji bloklarının tezliyi 16MV-dır.
Azerbaycanın müxtelif rayonlarından Mingeçevir su elektrik stansiyasının quraşdırılmasıyla elaqedar olaraq böyük sayıda insan gelib, ümumilikde ise bu stansiyanın tikilmesinde 20.000 insan iştirak edib. 1940 cı illerin sonlarına doğru 10.000 -e yaxın Alman herbi esirleri bu stansiyanın quraşdırılmasına celb edilib. Ölkenin en tecrübeli mütexessisleri tikinti meydançasının- post Sovet mekanının en böyük su elektrik stansiyasının quraşdırılmasına celb edilib.
Bugünkü Mingeçevir su elektrik stansiyasının tikilmesiyle elaqedar olaraq qurulub ve 1948 ci ilde şeher statusu alıb. Şeherin ehali sayısı stabil olaraq 120.000 insandan ibaret olub bunların 20.000 – i Qarabağdan olan mecburi köçkünler ve qonşu işğal edilmiş rayonlardan olan köçkünlerdir. Şeherin erazisi 139.53 kvadrat km-dir. Mingeçevir 55 metr deniz seviyyesinden yüksekde, Bozdağ dağ silsilesinin cenub-şerq yamacında, merkezi Azerbaycanın Kür-Araz ovalığındakı Mingeçevir su anbarının kenarında yerleşir. Şeher mülayim ve isti zonada tikilib, isti ve quraq keçen yayı olmasıyla beraber mülayim qışa sahibdir. İllik temperatur ortalaması ise +14 -15 C, en yüksek temperatur ise +42 C( İyun-Avgust ) ve en aşağı temperatur ise (Yanvar-Fevral) -10C olur. Bura düşen ortalama illik yağıntı ise 250-300mm arasında deyişir.
Şeher Kür çayının - 1515 km uzunluğundakı Cenubi Qafqazdakı en böyük ve en uzun olan çayın her iki sahilinde yerleşir.( öz başlanğıcını Turkiyeden götürür, Gürcüstan ve Azerbaycandan keçerek Xezer denizine tökülür) Mingeçevir Respublikanın paytaxtı olan Bakı şeherinden 280-300 km qerbde yerleşir.

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

MINGECEVIR SU ANBARI
NUR SEHERI MINGECEVIR

!941-45 PARKI
NUR SEHERI MINGECEVIR

HEYDER ELIYEV PARKI
NUR SEHERI MINGECEVIR

HEYDER ELIYEV MEYDANI

Qurulduğu vaxtdan beri yeni son 54 ilde Mingeçevir süretli inkişaf yolu keçmişdir. Mingeçevir hem iqtisadi cehetden, hem deki ehalinin sayına göre ölkenin dördüncü böyük şeheri olub, enerji , senaye, elm ve tehsil baxımından respublikanın merkezi şeherlerinden biridir.
Mingeçevirde emek qabiliyyetli insanların sayının 53,000 olmasına baxmayaraq onların cemi 16,000 işle temin olunub. Kiçik ölçülü biznesle meşğul olanların sayı ise 4,000 nefere yaxındır.

NUR SEHERI MINGECEVIR


Mingəçevirin İqtisadiyyatı
Şəhərin iqtisadiyyatının əsasını təşkil edən müəssisələr aşağıdakılardır:
Enerji sahəsində: Azərbaycan Dövlət Termoelektrik Güc Stansiyası və su elektrik stansiyaları qurşağı ( Mingəçevir SES, Varvara SES) ;
Elektrotexnika sahəsində: Azərbaycan kabel zavodu və izolyasiya məmulatları zavodu;
Maşıngayırma sahəsində: Yol tikinti maşınları zavodu, eksperemental zavod, yol tikinti maşınlarının təmiri zavodu;
Kimya sahəsində: texniki kauçuk zavodu, kauçukun emalı zavodu və şüşə lif zavodu;
Yüngül sənaye sahəsində: toxuculuq fabriki;
Yeyinti sənayesi sahəsində: Ət qablaşdırma zavodu, iki çörəkbişirmə zavodu, balıq zavodu, alkoqolsuz içki istehsalıə zavodu;
Tikinti sahəsində: Ağac emalı zavodu, 3 dəmir beton zavodu, sənaye məhsullrı fabriki və 4 qum karyeri.
Yuxarda qeyd olunmuş yeddi müəssisə- izolyasiya məmulatları zavodu, Azərbaycan kabel zavodu, şüşə lif zavodu, yol tikinti maşınları zavodu, eksperemental zavod, texniki kauçuk zavodu, kauçukun emalı zavodu gwclw monopoliya müəssissələri olub, Respublıikada heç bir analogu yoxdur. Müəssisələrin istifadə etdiyi xamnmalın böyük hissəsi post Sovet məkanından gətirilir(əsasən Rusiyadan) və burda istehsal olunanan mallar köhnə SSRİ ölkələrinə ixrac edir.
Biz qeyd etməliyik ki, zavodların avadanlığı əsaslı şəkildə yeniləşdirilib və son 20 il boyunca köhnə brendlərlə yanaşı yeniləri də istehsal edilir.
Xammalın təchizi ilə əlaqədar yaranan problemlərin aradan qaldırılması,yerli bazarın itirilməsi, bahalı malların mövcudluğu, bu müəssisələrlə rəqabətin aparıla bilməməsi istehsalın yalnız 10% nin həyata keçirilməsiylə nəticələnir. Enerji müəssisələrini çıxmaq şərtiylə ölkədəki qeyd olunan müəssisələr özəlləşmənin nəticəsi olaraq birgə səhmdar şirkətlərə çevrilib.
Cənubi Qafqazdakı termoelektrik güc stansiyaları arasında Azərbaycan Dövlət Termoelektrik Güc Stansiyası ən böyüyü olub, ölkədə 65% enerji istehsal edir. Stansiya hər biri 300 MV gücə sahib olan 8 enerji blokundan ibarətdir.
Stansiyanın layihəsinə əsasən iki əlavə enerji bloku qurulacaq və gələcəkdə istifadəyə veriləcək. Stansiya ildə 11-12 milyard kV/s elektrik enerjisi istehsal edir. Bütövlükdə isə 2,500 nəfər stansiyada işləyir. Stansiya həm qaz həm dəki xam neftlə işləyir.

Toxuculuq fabriki
Toxuculuq fabriki 1960 cı ildən fəaliyyət göstərir. Fabrikin ümumi sahəsi 14 hektar, lakin bunun yalnız 57,600 kv metr istehsal sahəsidir. 1990 cı ildə fabrikdə işləyənlərin ümumi sayı 4000 nəfər idi. Fabrik iki sahəyə ayrılır- sap ayırma və toxuculuq sektorları.Ardıcıllıqla hər bir sektorun tərkibində 5 dən 7 -ə qədər sexi var. Sap ayırma sektorunun illik ortalaması 12.700 ton sap olmasına baxmayaraq toxuculuq sektorunun potensialı 58.6 m metr parça istehsalı ilə kifayətlənir. Fabrik 90,107 və 165 cm enində parçalar istehsal edir.
Fabrik həm respublikanın daxilindəki həm dəki Mərkəzi Asiya ölkələrində yetişdirilən pambıqdan istifadə edir, daxili ehtiyacları qarşılamaq üçün məhsulların 70% -i respublikadakı trikotaj fabriklərinə göndərilir. Hal hazırda ümumilikdə hər iki sektorun potensialının yalnız 10%-i tədqiq edilib. Əsas istehsal sahələrindən əlavə zavodun dəstək bölmələri- kompressor şöbəsi, nəqletmə şöbəsi, qaynarxana, təmir sexi, tikinti və digər işlər üçün təmir bölməsi mövcuddur. Ümumilikdə isə hal hazırda 350 nəfər bu müəssisədə fəaliyyət göstərir. Fabrik 2001 ci ildə 3 milyon metr parça və 528 ton saop istehsal edib. Müəssisənin hər növ mühəndis və kommunikasiya bölmələri olub, istifadə üçün yaralı vəziyyətdədir. Fabrikdə istifadə olunan avadanlıqlar əsasən 1960-1980 ci illərdə post Sovet məkanında istehsal edilən avadanlıqlardan ibarətdir.

Azerbaycan kabel zavodu
Zavod 1959 cu ildən etibarən fəaliyyət göstərir. Burda istehsal edilən məhsullar aşağıdakılardan ibarətdir:
- Yüksək gərginli kabellər(10-35 kvadrat mm, istehsal potensialı- illik olaraq 12,600 km) ;
- Yoxlama kabelləri( 2.5 kvadrat mm -ə qədər, məftillərin sayı- 4-19, istehsal potensialı- illik olaraq 2600 km) ;
- A, AS, ASKS markalı açıq məftillər (16-240 kvadrat mm, istehsal potensialı- illik olaraq 18000 ton);
- Müxtəlif növ məftillər (istehsal potensialı- 50,000km);
- Təsərrüfat məftilləri (6 kvadrat mm, istehsal potensialı - 30000 km);
Azərbaycan kabel zavodu 4 əsas bölmədən ibarətdir, bir mal istehlak sexindən və səkkiz yardımçı bölmədən ibarətdir. Zavodun əhatə etdiyi ümumi ərazi 14.7 hektardan ibarət olmasına baxmayaraq onun yalnız 6400 kv metrəsi istehsal ərazisidir. 1990 cı ildə bu müəssisədə çalışanların sayı 900 nəfərdən ibarət idi. Burda mövcud olan avadanlıq isə əsasən xaricdən- Almaniya, Fransa, Macarıstan və Post Sovet ölkələri olan Qazaxıstan və Ukraynadan gətirilib.
Bunlardan əsasən hörmə, təcrid etmə, rezin qaplama, rezin qarışıqlı məhsulların istehsalı və emalı üzrə avadanlıqlar 1980-1990 cı illərdə montaj edilib.
Zavod xam mal kimi Rusiya və Mərkəzi Asiyadan idxal edilən mis, aliminum, polietilen və rezin qarışıqlardan istifadə edir. Zavodun istehsalının 80%-i Rusiyaya və digər post Sovet ölkələrinə ixrac edilir.
Burada ortalama təzyiq və temperaturun təmin edilməsi üçün fəaliyyət göstərən iki qaynarxana; 1.300 tonluq xam neft çəni; maşınların təmiri üçün emalatxanalar; quraşdırma və elektrik qurğuları; nəqliyyat ambarı; iki laboratoriya; daxili su boruları; 6 kV-lıq kabel xətləri ; 6 kV-lıq 6 yarımstansiya; 560-1.600 kV lıq yeddi transformator; dəmiryolu ; və digər avadanlıq və bölmələr.
Ümumilikdə isə hal hazırda 130 nəfər bu müəssisədə işləyir. 2001 ci ildə zavod 417 ton acıq məftil və 1200 km-dən çox müxtəlif növ kabellər istehsal edib.

Texniki kauçuk zavodu
Texniki kauçuk zavodu 1968 ci ildən etibarən fəaliyyət göstərir. Zavodun ümumi sahəsi 10.4 hektar , ərazinin 28,560 kv metri istehsal sahəsidir. Zavodun əsas istehsal sahəsi 7 sexdən, bir labaratoriya , kompressor və nasos stansiyalarından, kleyləmə sexindən, təmir emalatxanasından, nəqliyyat , soyuducu, qaynarxana və anbardan ibarətdir. 1990 cı ilde burda ümumilikdə 1200 nəfər işləyirdi.
Zavod aşağıdakı məhsulları istehsal edir:
Rezin lentlər, kauçuq məmulatları, kauçuk turbalar, formalı ve formasız kauçuk məhsulları, kimyəvi tıxaclar, dəmir yolu üçün rezin məhsulları, kauçuk qarışıqları.
Zavod 3000 növ kauçuk məhsulları istehsal etmə qabiliyyetine malikdir. Bundan əlavə zavodun ilik istehsal ortalaması 2600 ton formalı kauçuk məhsullarından ibarətdir. Bu məhsullar neft avadanlıqlarında, neft nəqlində, neft buruqlarının tədqiqində, süni suvarma sistemlərində, dəmiryollarında, kend təsərrüfatı, quşçuluq və digər sahələrdə istifadə edilir.
Müəssisənin illik ortalama istehsalı 8.6 milyon metrdən ibarətdir.100-1.400 mm eninde və 3-8 qatlı olan bu kauçuk məhsullar pambıq ve buğda yetişdirilməsində və diger sənaye sahələrində istifadə olunur.
Zavodun istehsal qabiliyyəti 1m kvadrat kauçuk və kauçuk meydança isə 1.4 kv m –dən ibarətdir.
Bu 3x450x3,000 mm,4x250x100 mm və 4x400x7,000 mm ölçülü kauçuk meydançaların aşağıdakı markaları var:
AB markası 1,000 mm – 1,600 mm uzunluğunda;
BV markası 1,000 mm – 5,600 mm uzunluğunda;
SV markası 2,120 mm – 7,100 mm uzunluğunda;
DQ markası 3,000 mm – 7,500 mm uzunluğunda;
DE markası 4,500 mm – 12,500 mm uzunluğunda.
Yuxarıda qeyd olunan kauçuk meydançalar geniş olaraq maşıngayırma, neft avadanlığı, toxuculuq sənayesi müəssisələrində, liftlerdə, digər maşın və avadanlıqlarla əlaqədar sahələrdə istifadə olunur.
Zavodun bütün kauçuk meydança növləri üzrə istehsal qabiliyyəti illik olaraq 5 milyon kvadrat metrdən ibarətdir.
Tələbat olarsa bütün növ müxtrəlif formalı texniki kauçuk məhsullarının istehsalı mümkündür. Bu növ məhsulların istehsal ediləbilmə potensialı illik olaraq 2600 tondan ibarətdir.
Zavodda təxminən 300 müxtəlif növ avadanlıq mövcuddur. Bunların çox hissəsi post Sovet məkanında istehsal edilib, lakin onların yalnız bir qismi xaricdən gətirilib. Avadanlığın əksər hissəsi saz vəziyyətdədir. Zavodda müxtəlif növ kauçuk, his, texniki toxuculuq, sap, lubrikant və digər növ kimyəvi məaddələr xammal kimi istifadə olunur. SKS dan gələn bəzi kimyəvi maddələr istisna olmaqla qalan bütün bu materiallar MDB ölkələrindən idxal olunur. Zavodun məhsulları təqribən 3000 -ə yaxın Sovet birliyi məkanındakı qurum və müəssisələrə eksport olunur. Lakin istehlakçılarla əlaqələrin məhdudiyyət təşkil etməsi onların itirilməsinə gətirib çıxarır. Ümumilikdə 150 nəfər zavodda işlə təmin olunub. 2001 ci ildə zavod 8 ton formalı texniki kauçuk, 1000 kvadrat metrə mənzil meydançaları, 2000 meydança, 3000 metr rezin boru və 1.3 ton müxtəlif növ texniki kauçuk istehsal edilib.

İzolyasiya məmulatları zavodu
İzolyasiya məmulatları zavodu 1962 ci ildən etibarən fəaliyyət göstərir. 1990 cı ildə ümumilikdə zavodda 800 nəfər işləyirdi. Zavodun ümumi sahəsi 16 hektar , ərazinin 46000 kv metri istehsal sahəsidir. Zavod əsasən iki növdə məhsul istehsal edir :
a) Elektrik izolyasiya məmulatları (illik istehsal-5400 ton) ;
b) Plastik şüşe memulatları (illik istehsal- 8500 ton);
Müəssiseede üç istehsal şöbəsi mövcuddur. Müsxtəlif növ plastik şüşə boruları, dekorativ plastik, şüşe silindrler ve diger memultlar bu istehsal şobelerinde istehsal olunur.
Zavod üçün gereken xammalın ekser hissesi Mingeçevir şüşe lif zavodu ve Sumgayıt kimyevi müessiselerinden alınır. Xammalın bir qismi isa Rusiya Federasiyasından idxal edilir.
Zavodun hasilatı Rusiya ve ekraynanın elektrik avadanlıqlarla elaqedar müəssisəlerine ixrac edilir. Zavodda istifadə olunan avadanlıq son derece keyfiyyətli olub, D, DA və DB markalı presləmə maşınlarından ve diger avadanlıqlardan ibarətdir.
Əsas istehsal şöbələrindən başqa burda temir emalatxanaları, qızdırma sistemləri, məşınların saz təmiri ,enerji teminatı sektoru, demiryolu ve diger növ mühəndis elaqə gurğuları mövcuddur. Demək olar ki, bütün bu saheler saz vəziyyetdədir. 2001 ci ildə zavod 36 ton plastik şüşe boru istehsal edib.

Şüşə lif zavodu
Şüşə lif zavodu 1965 ci ildən etibarən fəaliyyət göstərir. Zavodun ümumi sahəsi 8.28 hektar , ərazinin 12700 kv metri istehsal sahəsidir. 1990 cı ildə ümumilikdə zavodda 850 nəfər işləyirdi.
Zavod istehsalını əsas olaraq elektrik izolyasiya, qızdırma izolyasiyası, su izolyasiyası, elektrik mühərriklərin daxili hissələri üçün şüşə lentlər və digər sahələr üzrə şüşə məmulatlarının istehsalına yöneldib.Zavodun istehsal şöbələri elektrik qızdırma və toxuculuq şöbəsin emalatxanalarından ibarətdir.
Bu şöbələrdən başqa zavodda təmir şöbəsi, elektrik sektoru, soyuducu və kompressor şöbəsi, labaratoriya, maşınların sazlama şöbəsi, su nasois stansiyası, və digər yardımçı şöbələri mövcuddur. Zavod bütün lazımı əlaqə vasitələriylə təchiz olunub. Zavodda hər şey saz vəziyyətdədir. zavodda istifadə olunan avadanlıq və qurğular Rusiya və Çexiya Respublikasında istehsal edilib. Zavodda istifadə olunan əsas xammal – şüşe küreler, parafin, vazelin və müxtəlif növ sürtgü maddələri Rusiya Federasiyasından idxal edilir. Burda istehsal olunan məhsullar bu ölkəyə ixrac olunur.
2001 ci ildə ümumilikdə 180,000 metr şüşə məmulatı ve 168 ton şüşe lifi istehsal edilib. Hal hazırda zavodda 120 nəfər işləyir.

Yol tikinti maşınları zavodu
Yol tikinti maşınları zavodu 2,3 milli ağır yol tikinti maşınları, ekskavatorlar, müxtəlif növ kənd təsərrüfatı maşınları və mal qara yetişdirmə fermaları üçün ventilyatorlar istehsal edir.
Yol tikinti maşınlarının təmiri zavodu
Yol tikinti maşınlarının təmiri zavodunda maşınlar temir edilir və bu zavodda müxtəlif növ metal qurğuları tertib edilir.

NUR SEHERI MINGECEVIR

KURUN SAHILINDE "RIVER SIDE" OTELI
NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

3 QARDAS FEVVARESI
NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

NUR SEHERI MINGECEVIR

SU ELEKTRIK STANSIYASI

Medeniyyet
Şeherde ümumilikdə tərkibində 406,677 kitab olan 16 açıq kitabxana fəaliyyət göstərir. Bu kitabxanalarda abunəçilərin- oxucularının sayı 46,282 nəfəri əhatə edir. Hər kitab ortalama olaraq ildə 2.9 dəfə istənilir və son ildə oxucular 904,395 dəfə bu kitabxanalardan kitab götürüblər.
Muzeylər
Mingəçevir Tarixi Muzeyi 1968 ci ilinin Yanvar ayında yaradılıb. Muzeyin iki filialı- Şəhidlər Abidəsi və Müstəqil Muzey. Muzey 14,461 eksponata sahibdir.
Galereya
Mingəçevi Galereyasındakı eksponat sayısı 310 ədəddir.
Klublar
Şəhərdə tərkibinə Şəhid Azər Niftəliyev adına klub, S.Vurğun adına klub, N.Nerimanov adına klub və digərləri də daxil olmaqla 8 klub fealiyyet gösterir. Şeher sakinleri həmçinin Sahil və Dostluq parklarına oxşayan parklardan zövq alaraq istifade etmə imkanlarına sahibdirlər.
Musiqi Mektebleri
Mingəçevirdə 3 Musiqi mektebi- Hacıbeyov Mektebi, Bülbül Mektebi ve Şehid Qasımov Mektebi mövcuddur. Bu mekteblerde tehsil yeddi illikdir. Ümumilikde ise bu mekteblerde 1,500 telebe tehsil alır ve 350 neferden ibaret mütexessis müellim heyyeti onların telim-tedrisi ile meşğul olur. Bu mekteblerde müxtelif aletler- tar, kamança, nağara, saz, pianino, skripka ve vokal üzre kurslar fealiyyet gösterir.
Teatr

Teqlər:

Oxşar xəbərlər:

Saytdan tam şəkildə istifadə etmək üçün
Zəhmət olmasa qeydiyyatdan keçin və ya oz profilinizə daxil olun.

Angelocka

  • 22 iyul 2009 15:56

Sagol canim baciwkam coxxxx coxxx tewekkurler bele gozel xebere gore Mingecevir weheri cox gozel weherdi duzdu orda olmamiwam amma sen mene ora haqqinda uje orda olmuw kimi sayiliram))) cox sagol eziyyet cekmisen hemiwe gozel xeberlerinle men baciwkani heyran edirsen canim bacim sagol cox sagol opucuk opucuk

--------------------
İnsan yıkılırken bıle "Lamelif" gibi devrilmeli bükülmeden.( لا )
İnsan sevdiğine atılan kurşunları "Cim" gibi alabilmeli bağrına. ( ج )
İnsan sırtına dağlar yüklendiğinde "Elif" gibi dimdik durabilmeli. (ا ).
İnsan bir ömür "Kef" gibi sevdiğini kucağında taşıyabilmeli. (ك)
İnsan sevdiğine ölürken bile "Te" gibi tebes...süm edebilmeli. (ت )
İnsan bir tek RABB karşısında "Mim" gibi secdeye koymalı başını.. ( م )

Бакинка

  • 4 noyabr 2010 20:26

angel

--------------------
_Я_Не_МоГу_ ВеЗ_тЕбЯ_
_Cinbala_ Ve Sİngle Girl.......Tek ureylerimmmmm YEdinkalarimmmmmm

kaktus

  • 5 may 2011 21:49

MINGECEVIRLILERE ATESHLI SALAMLAR!!! twk twk

MINGECEVIR HEQIQETEN DE GOZEL WEHERDIR... BURDA OLMAGINIZ DA KI MESLEHETDIR!!! twk twk twk

--------------------
GOZLER BIR OMUR GOZLEYEN GOZLERI GOZLERMI...

new girl

  • 31 may 2011 14:53

menim canim weherim cooox gozel weherdi yaxwiki mingecevirliyem. MINGECEVIRLILERE ewq olsun!!!!!!!!!

--------------------
Seni sensiz yawamaq da gözeldi, çünki senin sensizliyinde de sen varsan!!!

Umidlerin izi ile

  • 17 fevral 2013 18:54

o weherde men qaliramsa tebii gozel olmalidi :))) tewekkurler xebere gore

--------------------
Qar Kimi Bəyaz oL...
- Yağ Həyatımın YoLLarına!..♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.