Forg
Контакты
  • Ana Səhifə

Sizin əyləncə saytınız

Forum Mövzu Müəllif Cavablar Baxılıb Tarix Son cavab
Əyləncə Ən çox işlətdiyiniz söz?? MURAD_X 44 1514 Dünən, 21:31 QENKA
Əyləncə Karaoke N_I_C_L_E 248 5606 Dünən, 21:28 QENKA
Əyləncə Nə EşiDiRSəN YaZ =) BaCaRMaRSaN 2238 42736 Dünən, 21:23 QENKA
Əyləncə HaL HaZirda SeNi Ne XosBexT EdeR? _Cinbala_ 704 14735 Dünən, 21:09 QENKA
Əyləncə KiM ÜçüN DaRıXDuN? DaviDoFF 4571 94458 Dünən, 21:07 QENKA
Ordan Burdan Yuxudan duranda... Single Girl 348 9769 Dünən, 03:59 DaviDoFF
Ordan Burdan Bu gün dilimdə dolanan mahnı:) El3ktra 454 14777 Dünən, 03:56 DaviDoFF
Əyləncə BirBirinə yaraşan 2 user=) Демон 67 4404 Dünən, 03:55 DaviDoFF
Ordan Burdan Ozunuzde beyendiyiniz en yaxsi xususiyyet Aelita 99 2822 Dünən, 03:54 DaviDoFF
Ordan Burdan Nam Nam NAm=) Бакинка 351 8183 Dünən, 03:51 DaviDoFF


Saytda olanlar

Təqvim

«    Aprel 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Səsvermə

Saytımızda pullu hədiyyələr göndərilməsini istəyərdinizmi?
Hə istəyirik yes
Pulsuz hədiyyələr olsun nea

Reklam


RSS

Cövşən Kəbir Duası (tərcüməsi)

alt

Bəzi rəvayətlərdə gəlib ki, bu əzəmətli duanı mübarək Ramazan ayının gecələrində oxumaq müstəhəbdir. Onun məcmusu 100 fəsildən ibarətdir. Hər fəsli isə Allah-Taalanın 10 adına şamildir. Hər fəslin axırında bunu demək lazımdır:
"Sübhanəkə ya la ilahə illa ənt, əl ğovs, əl-ğovs, xəllisna minən-nari, ya Rəbb"
Tərcüməsi: Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey O Kəs ki, Səndən başqa bir məbud yoxdur, bizə kömək et, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb!
Bismillahir Rəhmanir Rəhim
1. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Allah (bütün kamal və camal sifətlərini Özündə cəm edən Vacibül-vücud Zatən qəni olan varlıq), ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm möminə, həm də kafirə şamil olan), ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), ey Kərim (ehsan və nemət sahibi), ey Müqim, ey Əzim (əzəmətli), ey Qədim (əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), ey Əlim (sonsuz elmli), ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs), ey Həkim (hakim, hikmət üzündən iş görən) Hər bir eyb və nöqsandan pak və münəzzəhsən, ey o Kəs ki, Səndən başqa heç bir məbud yoxdur, bizim fəryadımıza yet, bizi oddan xilas et, ey Rəbb)!
2. Ey seyyidlərin ağası, ey duaları qəbul edən, ey dərəcələri yüksəldən, ey yaxşılıqları sevən, ey xətaları bağışlayan, ey istəyənlərə əta edən, ey tövbələri qəbul edən, ey səsləri eşidən, ey məxfi şeyləri bilən, ey bəlaları dəf edən!
3. Ey bağışlayanların ən yaxşısı, ey fəth edənlərin ən yaxşısı, ey kömək edənlərin ən yaxşısı, ey hakimlərin ən yaxşısı, ey ruzi verənlərin ən yaxşısı, ey varislərin ən yaxşısı, ey həmd (tərif) edənlərin ən yaxşısı, ey zikr edənlərin ən yaxşısı, ey nazil edənlərin ən yaxşısı, ey ehsan edənlərin ən yaxşısı!
4. Ey O Kəs ki, yalnız Sənin üçündür izzət və cəmal, ey O Kəs ki, yalnız Sənin üçündür qüdrət və kamal, ey O Kəs ki, yalnız Sənin üçündür mülk (səltənət) və cəlal, ey Kəbir və Mütəal, ey ağır buludları vücuda gətirən, ey intiqamı (tədbir, əzab və qüdrəti) şiddətli olan, ey hesablara çox sürətlə yetişən, ey cəzası şiddətli olan kəs, ey O Kəs ki, gözəl savablar Sənin yanındadır, ey O Kəs ki, Ümmül-kitab Sənin yanındadır!
5. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan), ey Dəyyan (qəhhar, məxluqatı Öz itaətinə vadar edən), ey Bürhan, ey Sultan, ey Rizvan, ey Ğüfran (məğfirət sahibi, tövbə edən bəndənin günahını silib yerinə savab yazan), ey Sübhan (hər bir eyb və nöqsandan pak və münəzzəh), ey Müstəan (kömək istənilən), ey nemət və bəyan sahibi!
6. Ey O Kəs ki, hər şey Sənin əzəmətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin qüdrətin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin izzət və şövkətinin müqabilində zəlildir, ey O Kəs ki, hər şey Sənin heybətindən xazedir, ey O Kəs ki, hər şey Sənin xəşyətin müqabilində zəlildir, ey O Kəs ki, dağlar Sənin qorxundan parçalanır, ey O Kəs ki, asimanlar Sənin əmrinlə bərqərardır, ey O Kəs ki, yerlər Sənin iznin ilə müstəqərdir (sabit, qərarlaşmış), ey O Kəs ki, şimşək həmd ilə Sənə təsbih deyir, ey O Kəs ki, Öz məmləkətinin əhalisinə (Öz bəndələrinə) zülm etməz!
7. Ey xətaları bağışlayan, ey möhnəti (qəm-qüssəni) dağıdan, ümidlərin sonu, ey ətaları böyük (vüsətli) olan, ey hədiyyələri bəxşiş edən, ey məxluqata ruzi verən, ey arzuları yerinə yetirən, ey şikayətləri eşidən, ey məxluqatı dirildən, ey əsirləri azad edən!
8. Ey həmd və səna sahibi, ey fəxr və əzəmət sahibi, ey məcd və rəfət (uca məqam) sahibi, ey əhd və vəfa sahibi, ey əfv və riza (razılıq) sahibi, ey minnət (nemət) və əta sahibi, ey fəzl və fərman sahibi, ey izzət və əbədiyyət sahibi, ey ehsan və səxavət sahibi, ey zahiri və batini nemətlər sahibi!
9. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mane (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən), ey Dafe (möminlərdən bəlaları dəf edən), ey Rafe (möminlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən), ey Sane (kainatı ixtira edən), ey Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən), ey Same (eşidən), ey Came (cəm edən), ey Şafe (şəfaətçi), ey Vase (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzisi və rəhməti bütün məxluqata şamil olan), ey Müin (köməkçi)!
10. Ey hər şeyin yaradanı (Faili), ey bütün məxluqatın xəlq edəni, ey bütün ruzi verilənlərin ruzi verəni, ey bütün mülkiyyətdə olanların maliki (sahibi), ey bütün qəm-qüssə və çətinlikdə olanların qəm-qüssələrini dağıdan, ey bütün müsibət görənlərin qəmini dağıdan, ey bütün mərhumlara rəhm edən, ey bütün köməksizlərə kömək edən, ey bütün eyblilərin eybini örtən, ey bütün qovulmuşların pənahı!
11. Ey çətinliklərdəki zəxirəm (ehtiyatım), ey müsibətlərdəki ümidim, ey vəhşətlərdəki munisim, ey qürbətdəki yoldaşım, ey nemət sahibim, ey qəmli halımdakı dadıma yetənim, ey sərgərdan qaldığım vaxt yol göstərənim, ey fəqirlik (ehtiyac) çağında məni qəni edən, ey iztirar çağında mənim pənahım, ey qorxu halında mənim kömək edənim!
12. Ey qeybləri bilən, ey günahkarları bağışlayan, ey eybləri örtən, ey qəm-qüssəni dağıdan, ey qəlbləri (mənəvi cəhətdən) halbahal edən, ey qəlblərin təbibi, ey qəlbləri nurlandıran, ey qəlblərlə üns tutan, ey qüssələri dağıdan, ey qəmləri aradan aparan.
13. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Cəlil (sifətlərində kamil), ey Cəmil (felləri gözəl, vəsfləri kamil), ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən), ey Kəfil (zamin), ey Dəlil (düz yol göstərən), ey Qəbil, ey Müdil (qələbə və nüsrətə yetirən), ey Münil (əta edən), ey Müqil (xətadan keçən), ey Mühil (çarə, tədbir edən)!
14. Ey sərgərdan qalanların yol göstərəni, ey fəryad edənlərin fəryadına yetən, ey imdada çağıranların imdadına yetişən, ey pənah istəyənlərə pənah verən, ey qorxanlara əmin-amanlıq verən, ey möminlərin köməyi, ey miskinlərə rəhm edən, ey asilərin (günahkar bəndələrin) pənahgahı, ey günhakarları bağışlayan, ey çarəsizlərin duasını qəbul edən!
15. Ey ehsan və cud (bəxşiş) sahibi, ey fəzl və nemət sahibi, ey əmin-amanlıq sahibi, ey qüds (paklıq, müqəddəslik) və sübhan (münəzzəhlik) sahibi, ey hikmət və bəyan sahibi, ey rəhmət və rizvan sahibi (razılığın yüksək dərəcəsi), ey höccət və bürhan sahibi, ey əzəmət və səltənət sahibi, ey rəfət və kömək sahibi, ey əfv və ğüfran sahibi!
16. Ey hər şeyin Rəbbi (təkamülə doğru hidayət edəni), ey hər şeyin məbudu, ey hər şeyin xaliqi, ey hər şeyin icad edəni, ey hər şeydən əvvəl olan, ey hər şeydən sonra qalan, ey hər şeyin fövqündə olan, ey hər şeyə alim olan Kəs, ey hər bir şeyə qadir olan Kəs, ey O Kəs ki, hər şey fani olar və Sən qalarsan!
17. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Mömin (əmin-amanlıq bəxş edən), ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən), ey Mükəvvin (vücuda gətirən), ey Müləqqin (başa salan), ey Mübəyyin (bəyan edən), ey Mühəvvin (asanlaşdıran), ey Müməkkin (səltənət bəxş edən, sabitqədəm edən), ey Müzəyyin (zinət verən, gözəlləşdirən), ey Mülin (izhar edən), ey Müqəssim!
18. Ey Öz mülkündə müqim (nəzarətçi) olan, ey Öz səltənətində əzəli olan, ey Öz cəlalında əzim olan, ey Öz bəndələrinə rəhimli olan, ey hər bir şeyə əlim (elmli) olan, ey Ona qarşı məsiyət edənlərə həlim olan, ey Ona ümid bağlayanlara kərim olan, ey Öz məxluqunda həkim (hikmətli), ey Öz hikmətində lətif, ey Öz lütfündə qədim (əzəli) olan!
19. Ey O Kəs ki, yalnız fəzlinə ümid dikilər, ey O Kəs ki, yalnız əfvi istənilər, ey O Kəs ki, yalnız yaxşılığına ehsanına göz dikilər, ey O Kəs ki, yalnız ədalətindən qorxarlar, ey O Kəs ki, mülkündən başqa heç nə davamlı deyil, ey o Kəs ki, Sənin səltənətindən başqa heç bir səltənət yoxdur, ey rəhməti hər şeyi əhatə edən, ey rəhməti qəzəbini qabaqlayan, ey elmi hər bir şeyi əhatə edən, ey misli bərabəri olmayan Kəs!
20. Ey qüssələri dağıdan, ey qəmlilərin qəmini açan (sevinc bəxş edən), ey günahları bağışlayan, ey tövbələri qəbul edən, ey məxuluqun xaliqi, ey vədəsinə sadiq olan, ey əhdinə vəfa edən, ey sirrlərə alim olan, ey çərdəyi yaran, ey camaata ruzi verən!
21. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əliyy (vəsf edənlərin vəsfinin, ariflərin elminin Onu əhatə edə bilmədiyi), ey Vəfiyy (əhdinə vəfalı qalan), ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün məxluqatın Ona ehtiyaclı olduğu), ey Məliyy (möhlət verən), ey Həfiyy (köməkçi və xeyirxah), ey Rəziyy (əmrinə itaət edib nəhyindən çəkinən bəndədən razı olan), ey Zəkiyy, ey Bədiyy, ey Qəviyy, ey Vəliyy (dost, ixtiyar sahibi, mövla)!
22. Ey gözəlliyi aşkar (zahir) edən, ey pislikləri örtən (pərdələyən), ey bəndələrini günah və cinayətlərinə görə tənbih etməyən və pərdələri yırtmayan, ey əfvi böyük olan, ey bağışlaması gözəl olan, ey məğfirəti geniş olan, ey rəhmət əllərini açan, ey gizli münacatlarla həmrah olan, ey bütün şikayətlərin qayıtdığı yer!
23. Ey sabiq nemət sahibi, ey vüsətli rəhmət sahibi, ey sabiq minnət sahibi, ey son dərəcə təkidli hikmət sahibi, ey kamil qüdrət sahibi, ey (haqla batili ayıran) qəti höccət sahibi, ey zahir olan kəramət sahibi, ey daimi izzət sahibi, ey mətin qüvvə sahibi, ey nüsrətli əzəmət sahibi!
24. Ey asimanları vücuda gətirən, ey zülmətləri qərar verən, ey qəlbdən ağlayanlara rəhm edən, ey xətalardan keçən, ey pislikləri, eybləri örtən, ey ölüləri dirildən, ey ayələri nazil edən, ey həsənatı qat-qat artıran, ey pis əməlləri məhv edən, ey cəzası şiddətli olan!
25. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəvvir (məxluqata surət verən), ey Müqəddir (qəzavü-qədəri müqəddər edən), ey Müdəbbir (tədbir edən), ey Mütəhhir (pak edən), ey Münəvvir (başqalarına nur verən, nurlandıran), ey Müyəssir (asan edən), ey Mübəşşir (müjdə verən), ey Münzir (qorxudan), ey Müqəddim (bəndələrdən istədiyini hikmət əsasında Öz rəhmətinə müvəffəq olmaqda qabağa salan), ey Müəxxir (bəndələrdən istədiyi kəsi hikmət əsasında zəlil edib rəhmətindən axıra salan)!
26. Ey Beytül-həramın (hörmətli evin) Rəbbi, ey Şəhrül-həramın (hörmətli ayın) Rəbbi, ey hörmətli vilayətin Rəbbi, ey Rükn və Məqamın Rəbbi, ey Məşəri-həramın Rəbbi, ey Məscidül-həramın Rəbbi, ey halal və haramın Rəbbi, ey nur və qaranlığın Rəbbi, ey təhiyyət və salamın Rəbbi, ey məxluqatda qüdrətin Rəbbi!
27. Ey hakimlərin ən yaxşı hökm edəni, ey ədalətlilərin ən ədalətlisi, ey doğruçuların ən doğruçusu, ey pakların ən pakı, ey xəlq edənlərin ən gözəli, ey hesab çəkənlərin ən sürətlisi, ey eşidənlərin ən yaxşı eşidəni, ey nəzər edənlərin ən bəsirətlisi, ey şəfa verənlərin ən yaxşı şəfa verəni, ey kəramətlilərin ən kəramətlisi!
28. Ey arxası olmayanların arxası, ey istinad yeri olmayanların istinad yeri, ey zəxirəsi olmayanların zəxirəsi, ey heç bir möhkəm pənahgahı olmayanların möhkəm pənahgahı, ey heç bir fəryada çatanı olmayanların fəryada çatanı, ey heç bir fəxri olmayanların fəxri, ey heç bir izzəti olmayanların izzəti, ey heç bir köməkçisi olmayanların köməkçisi, ey heç bir munisi olmayanların munisi, ey heç bir aman verəni olmayanların aman verəni!
29. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Asim (bəndələri günahlardan, pisliklərdən hifz edib çəkindirən), ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən), ey Daim (həmişəlik varlıq), ey Rahim (rəhm edən), ey Salim (sağlamlıq bəxş edən), ey Hakim (hikmətli, hökm edən), ey Alim, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən), ey Qabiz (hikmət əsasında bəzi bəndələri ruzidən məhrum edən), ey Basit (Öz rəhmət və bəxşişi ilə bəndələrinə ruzi müqəddər və vüsətli edən)!
30. Ey ismət (günahdan amanda qalmaq) istəyənlərə ismət bəxş edən, ey rəhmət istəyənlərə rəhm edən, ey məğfirət istəyənləri bağışlayan, ey kömək istəyənlərə kömək edən, ey hifz olunmaq istəyənləri hifz edən, ey ikram olunmaq istəyənlərə ikram edən, ey (təkamül üçün) yol istəyənlərə yol göstərən (Mürşid), ey fəryadına çatmasını istəyənlərin fəryadına yetən, ey kömək istəyənlərin köməyi, ey dadına yetişmək istəyənlərin dadına yetişən!
31. Ey zülm olunmayan Əziz (izzət sahibi), ey lütfü əbədi olan Lətif, ey yatmayan Qəyyum, ey fövtə getməyən Daim, ey ölməyən Həyy, ey səltənəti zavala uğramayan Məlik, ey fani olmayan Baqi, ey cəhalətin yol tapmadığı Alim, ey təam verilməyən Səməd, ey zəifləməyən Qəviyy!
32. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Əhəd (zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm), ey Vahid (vücud, əql və dərkdə təcəzzi (hissə-hissə olma) və təkəssürün (çoxluğun) səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə), ey Şahid (bütün işlərə nəzarət edən), ey Macid (kərəm və izzət sahibi), ey Hamid (təşəkkür edən), ey Raşid (bəndələri (məxluqları) onların Öz mənfəətli işlərinə hidayət edib yol göstərən), ey Bais (ölüləri dirildən), ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan), ey Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), ey Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən)!
33. Ey bütün əzimlərdən ən əzəmətli, ey bütün kərimlərdən ən kərim, ey bütün rəhimlilərdən ən rəhimli, ey bütün alimlərdən ən elmli, ey bütün həkimlərdən ən həkim, ey bütün qədimlərdən ən qədim (əzəli), ey bütün kəbirlərdən ən böyük, ey bütün lətiflərdən ən lətif, ey bütün cəlillərdən ən cəlil, ey bütün əzizlərdən ən əziz!
34. Ey bağışlaması kərim olan, ey minnəti (neməti) böyük olan, ey xeyri çox olan, ey fəzli qədim (əzəli) olan, ey lütfü daim olan, ey xilqəti lətif olan, ey qəm-qüssəni dağıdan, ey bəd-hallığı, süst hallığı aradan qaldıran, ey mülkün maliki (sahibi), ey haqqın qazisi!
35. Ey Öz əhdində vəfalı olan, ey Öz vəfasında qəviyy (qüvvəli) olan, ey Öz qüvvəsində əliyy (uca məqamlı) olan, ey Öz uca məqamında qərib (yaxın), ey Öz qürbündə (yaxınlığında) lətif, ey Öz lütfündə şərif, ey Öz şərəfində əziz, ey Öz izzətində əzim, ey Öz əzəmətində məcid, ey Öz məcdində həmid (bəyənilən həmd olunan)!
36. Ilahi, həqiqətən mən Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Kafi, ey Şafi, ey Vafi, ey Müafi (əziyyət və xəstəlikdən qoruyan), ey Hadi (hidayət edən), ey Dai (dəvət edən), ey Qazi, ey Razi (əmrini icra edən bəndələridən razı olan), ey Ali, ey Baqi!
37. Ey O kəs ki, bütün varlıqlar Sənin müqabilində xazedir, ey o Kəs ki, bütün varlıqlar Sənin müqabilində xaşedir, ey O Kəs ki, bütün varlıqlar Sənin üçün yaranıb, ey o Kəs ki, bütün şeylər Sənin vasitənlə mövcud olur, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar Səndən (əzəmətindən) qorxur, ey O Kəs ki, bütün varlıqlar Sənin səbəbinlə dayanıqlıdır, ey O Kəs ki, bütün varlıqlar Sənə tərəf qayıdır, ey O Kəs ki, bütün varlıqlar həmdinlə Sənə, təsbih deyir, ey O Kəs ki, Sənin vəchindən başqa bütün varlıqlar həlak (məhv) olur.
38. Ey O Kəs ki, Səndən başqa yerə qaçış yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf sığınacaq yeri yoxdur, ey O Kəs ki, Səndən başqa kəsə tərəf məqsəd (qəsd olunan yer) yoxdur, ey O Kəs ki, Səndən başqa heç bir qurtuluş yeri yoxdur, ey O Kəs ki, Səndən başqasına rəğbət bəslənməz, ey O Kəs ki, Səndən başqa qüvvə və hövl əta edən yoxdur, ey O Kəs ki, Səndən başqasından kömək istənilməz;, ey O Kəs ki, Səndən başqasına təvəkkül olunmaz;, ey O Kəs ki, Səndən başqasına ümid bağlanmaz, ey O Kəs ki, Səndən başqasına ibadət (pərəstiş) olunmaz!
39. Ey xovf olunanların ən yaxşısı, ey rəğbət olunanların ən yaxşısı, ey istənilənlərin ən yaxşısı, ey sual olunanların ən yaxşısı, ey qəsd olunanların (məqsəd) ən yaxşısı, ey zikr olunanların ən yaxşısı, ey şükr (təşəkkür) olunanların ən yaxşısı, ey məhəbbət göstərilənlərin (məhbubların, sevilənlərin) ən yaxşısı, ey çağırılanların ən yaxşısı, ey üns tutulanların ən yaxşısı!
40. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Ğafir (bağışlayan), ey Satir (eybləri örtən), ey Qadir (hər işə qüdrəti olan), ey Qahir (qəhr və qələbə sahibi), ey Fatir (xəlq edən, ixtira edən), ey Kasir (bəndələrə məhəbbət qanadlarını açan, yaxud bəndələrin fikrini yaxşı fikirlərə döndərən), ey Cabir (bəndələrin nöqsanlarını aradan qaldıran, yaxud bəzi işlərə məcbur edən), ey Zakir, ey Nazir, ey Nasir!
41. Ey xəlq edib dərhal normal hala salan, ey müqəddər edib dərhal hidayət edən, ey bəlaları aradan qaldıran, ey gizli pıçıltıları (münacatı) eşidən, ey qərq olanları xilas edən, ey həlak olanlara nicat verən, ey xəstələrə şəfa bəxş edən, ey ağladıb və güldürən, ey öldürən və dirildən, ey cüt varlıqları (erkək və dişini) yaradan!
42. Ey quruda və dəryada yolu olan, ey asimanlarda nişanələri (möcüzələri) olan, ey nişanələrdə bürhanı olan, ey ölülərdə qüdrəti olan, ey qəbirlərdə ibrəti olan, ey Qiyamətdə mülkü (səltənəti) olan, ey hesabda heybəti olan, ey mizanda qəzavəti (hökmü) olan, ey cənnətdə savabı olan, ey odda (cəhənnəmdə) cəzası olan!
43. Ey O Kəs ki, qorxanlar yalnız Sənə tərəf qaçar, ey O Kəs ki, günahkarlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, tövbə edənlər yalnız Sənə tərəf qayıtmağı qəsd edər, ey O Kəs ki, zöhd əhli yalnız Sənə rəğbət edər, ey O Kəs ki, sərgərdan (heyrətdə) qalanlar yalnız Sənə tərəf pənah gətirər, ey O Kəs ki, müridlər yalnız Sənin vasitənlə üns bağlayarlar, ey O Kəs ki, mühiblər (Səni sevənlər) yalnız Səninlə fəxr edər, ey O Kəs ki, xəta edənlər yalnız Sənin əfvinə göz dikərlər, ey O Kəs ki, əhli-yəqin yalnız Sənə tərəf məskunlaşar, ey O Kəs ki, təvəkkül edənlər yalnız Sənə təvəkkül edərlər!
44. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Həbib (bəndələrə nemət verib Öz itaətinə müvəffəq edən, razı olduğu dinə (Islama) hidayət edən), ey Təbib, ey Qərib (yaxın), ey Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi), ey Həsib (kifayət edən), ey Mühib (heybətli), ey Müğis (pənah verən), ey Mücib (icabət edən), ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), ey Bəsir (varlıqların hamısını, heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri Onun üçün aşkar olan)!
45. Ey bütün qəriblərdən ən qərib (yaxın), ey bütün həbiblərdən ən sevimli, ey bütün bəsirətlilərdən ən bəsirətli (agah), ey bütün xəbirlərdən ən xəbir, ey bütün şəriflərdən ən şərafətli, ey bütün uca məqamlılardan ən uca məqamlı, ey bütün qüvvəlilərdən ən qüvvəlisi, ey bütün qənilərdən ən qəni, ey bütün ehsan sahiblərindən ən çox ehsan edən, ey bütün rəuflardan (mehr-məhəbbətlilərdən) ən rəuf!
46. Ey məğlub edilməyən Qalib, ey Özü ixtira olunmayan ixtiraçı, ey Özü xəlq olunmayan Xaliq, ey heç kimin mülkiyyətində olmayan Malik, ey heç kəsin zəfər çala (qəhr edə) bilmədiyi Qahir (qəhr və zəfər sahibi), ey kimsənin (Onun) məqamını yüksəyə qaldırmadığı uca məqamlı, ey Özünün hifz olunmasına ehtiyacı olmayan Hafiz, ey heç kəsin köməyinə ehtiyacı olmayan köməkçi, ey heç nədən qaib olmayan Şahid, ey heç nədən uzaq olmayan Qərib!
47. Ey nurun nuru, ey nuru nurlandıran, ey nuru xəlq edən, ey nuru tədbirli edən, ey nuru müqəddər edən, ey hər bir nurun nuru, ey hər bir nurdan öncə olan nur, ey hər bir nurdan sonra qalan nur, ey hər bir nurun fövqündə olan nur, ey misli-bərabəri olmayan nur!
48. Ey ətası şərif olan, ey feli lətif olan, ey lütfü əbədi (qalarlı) olan, ey ehsanı qədim (əzəli) olan, ey sözü haqq olan, ey vədəsi doğru olan, ey əfvi fəzilət olan, ey əzabı ədalət olan, ey zikri şirin olan, ey fəzli ümumi olan!
49. Ilahi, Səndən istəyirəm və Səni and verirəm Öz adına, ey Müsəhhil (asanlaşdıran), ey Müfəssil (Quranı surə-surə, ayə-ayə nazil edən), ey Mübəddil (dəyişdirən), ey Müzəllil (pis bəndələri, təkəbbürlüləri zəlil edən), ey Münəzzil (rəhmət nazil edən), ey Münəvvil (nemət əta edən), Müfəzzil (fəzilətli edən), ey Müczil (çox-çox əta edən), ey Mümhil (möhlət verən), ey Mücmil (gözəl fellər sahibi)!
50. Ey görən və Özü görünməyən, ey xəlq edən və Özü xəlq olunmayan, ey hidayət edən və Özü hidayətdən ehtiyacsız olan, ey dirildən və Özü həmişə diri olan, ey soruşan və Özü isə soruşulmayan, ey təam verən və Özü təam verilməkdən ehtiyacsız olan, ey pənah verən və Özü pənah verilməkdən ehtiyacsız olan, ey qəzavət edən və Özü qəzavət olunmayan, ey hökm edən və Ona hökm edilməyən, ey doğmayan, doğulmayan, tayı-bərabəri olmayan!


alt
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
  • Xəbərləri: 446
  • Rayləri: 5148
  • ICQ: --
21 avqust 2011 03:32

Leonel-207

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 26.11.2009
 
cox sag ol bele gozel xeberi boluwduyun ucun duzu tam oxumadim redaktede goz gezdirdim inwallah seher tam oxuyacam...

  • Xəbərləri: 30
  • Rayləri: 862
  • ICQ: --
21 avqust 2011 03:56

yAgmurlar

  • Qrup: Bronze User
  • Qeydiyyat tarixi: 9.08.2011
 
Allah razi olsun,tewekkurler

İmza --------------------

  • Xəbərləri: 82
  • Rayləri: 1569
  • ICQ: --
21 avqust 2011 13:06

Optimist...

  • Qrup: Gold User
  • Qeydiyyat tarixi: 4.08.2011
 
yazi cox uzundur, oxumaga da hovsele yoxdur...

İmza --------------------

  • Xəbərləri: 209
  • Rayləri: 2151
  • ICQ: --
21 avqust 2011 14:25

ASKO

  • Qrup: Brilliant User
  • Qeydiyyat tarixi: 14.08.2011
 
twk Allah razi olsun.

İmza --------------------

  • Xəbərləri: 24
  • Rayləri: 2240
  • ICQ: --
21 avqust 2011 16:09

ZakonLubvi

  • Qrup: Brilliant User
  • Qeydiyyat tarixi: 27.03.2010
 
angel ellerine saglik twk

İmza --------------------

  • Xəbərləri: 86
  • Rayləri: 1624
  • ICQ: --
21 avqust 2011 16:59

Tix_Tix_Xanim

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 20.02.2011
 
Allah razi olsun.Gozel xeberdir

  • Xəbərləri: 18
  • Rayləri: 686
  • ICQ: --
21 avqust 2011 17:31

MY SWEET

  • Qrup: Super Aktiv
  • Qeydiyyat tarixi: 10.08.2011
 
twk

İmza --------------------

  • Xəbərləri: 12
  • Rayləri: 303
  • ICQ: --
21 avqust 2011 17:37

QENKA

  • Qrup: Super Aktiv
  • Qeydiyyat tarixi: 11.05.2011
 
Allah razi olsun...

İmza --------------------

  • Xəbərləri: 46
  • Rayləri: 865
  • ICQ: --
21 avqust 2011 17:52

ADMIRAL-711

  • Qrup: Active User
  • Qeydiyyat tarixi: 30.09.2009
 
Allah razi olsun gulshan cox sag ol inan ki oxudum xeyli vaxtim getdi amma oxudum=))

İmza --------------------

  • Xəbərləri: 80
  • Rayləri: 3105
  • ICQ: --
21 avqust 2011 17:59

UNDERCOVER

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 16.11.2010
 
4ox saol Allah razi olsun

İmza --------------------

  • Xəbərləri: 158
  • Rayləri: 5589
  • ICQ: --
21 avqust 2011 19:27

DaRk_AnGeL

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 11.12.2009
 
Cox sagol ALLAH razi olsun senden

İmza --------------------

  • Xəbərləri: 86
  • Rayləri: 1460
  • ICQ: --
21 avqust 2011 20:04

RED DEVIL

  • Qrup: Active User
  • Qeydiyyat tarixi: 11.06.2010
 
ALLAH razi olsun....

İmza --------------------

  • Xəbərləri: 176
  • Rayləri: 2591
  • ICQ: --
21 avqust 2011 21:39

mR_bAkiNec

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 27.05.2011
 
Hmm cox sagol ellerine saglik eladi

İmza --------------------

  • Xəbərləri: 144
  • Rayləri: 4541
  • ICQ: --
21 avqust 2011 22:14

...::EMERALD::...

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 6.07.2010
 
Maraqli ve anlamli xebere gore sag ol.... utan

  • Xəbərləri: 97
  • Rayləri: 1072
  • ICQ: --
21 avqust 2011 22:18

gulshan

  • Qrup: Silver User
  • Qeydiyyat tarixi: 20.06.2010
 
ADMIRAL-711
,
inaniram)))

sizlerde saq olun

İmza --------------------

  • Xəbərləri: 72
  • Rayləri: 665
  • ICQ: --
22 avqust 2011 00:42

WHITE STAR

  • Qrup: Gold User
  • Qeydiyyat tarixi: 10.08.2010
 
twk

  • Xəbərləri: 67
  • Rayləri: 1246
  • ICQ: --
22 avqust 2011 00:45

Sabiw

  • Qrup: Brilliant User
  • Qeydiyyat tarixi: 30.03.2011
 
ALLAH razi olsun....

  • Xəbərləri: 118
  • Rayləri: 1545
  • ICQ: --
22 avqust 2011 09:54

Angel_a

  • Qrup: Forum Moderi
  • Qeydiyyat tarixi: 29.04.2011
 
Allah razi olsun cox sag ol

İmza --------------------

  • Xəbərləri: 0
  • Rayləri: 502
  • ICQ: --
22 avqust 2011 10:04

YEDiNKA

  • Qrup: Super Aktiv
  • Qeydiyyat tarixi: 18.03.2011
 
Allah razi olsun
pray Butun dualar qebul olsun,Amin

İmza --------------------

  • Xəbərləri: 97
  • Rayləri: 2431
  • ICQ: --
22 avqust 2011 22:24

polo

  • Qrup: Brilliant User
  • Qeydiyyat tarixi: 26.06.2011
 
allah komeyin olsun

İmza --------------------

  • Xəbərləri: 38
  • Rayləri: 1717
  • ICQ: --
22 avqust 2011 22:25

taliya

  • Qrup: Gold User
  • Qeydiyyat tarixi: 7.08.2010
 
ALLAH RAZI OLSUN SENDEN GULSAHIM ureyim

İmza --------------------

  • Xəbərləri: 73
  • Rayləri: 1347
  • ICQ: --
21 iyul 2012 19:12

_Sia_

  • Qrup: Gold User
  • Qeydiyyat tarixi: 9.06.2012
 
Nurlu kelmelerdir.

ALLAH Razi olsun !...

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.