Forg
Контакты
  • Ana Səhifə

Sizin əyləncə saytınız

Forum Mövzu Müəllif Cavablar Baxılıb Tarix Son cavab
Əyləncə HaL HaZirda SeNi Ne XosBexT EdeR? _Cinbala_ 709 14821 Bu gün, 03:28 DaviDoFF
Əyləncə Ad Gununuz Kamran_98 183 4354 Bu gün, 00:35 DaviDoFF
Ordan Burdan Nam Nam NAm=) Бакинка 371 8251 Bu gün, 00:32 DaviDoFF
Əyləncə Ən çox işlətdiyiniz "smile" CooL_Man 301 4497 Bu gün, 00:29 DaviDoFF
Ordan Burdan Ozunuzde beyendiyiniz en yaxsi xususiyyet Aelita 104 2903 Bu gün, 00:27 DaviDoFF
Əyləncə En son Kimin Profiline Baxdin? Single Girl 157 3076 Bu gün, 00:24 DaviDoFF
Əyləncə Nə EşiDiRSəN YaZ =) BaCaRMaRSaN 2242 42875 Dünən, 01:40 DaviDoFF
Əyləncə En çox dinlediyiniz rap ve reper QENKA 0 48 19 aprel 2014 20:27 QENKA
Ordan Burdan Bu gün dilimdə dolanan mahnı:) El3ktra 457 14844 19 aprel 2014 20:13 QENKA
Ordan Burdan Yuxudan duranda... Single Girl 349 9822 19 aprel 2014 11:29 Admin


Saytda olanlar

Saytda olanlar: 50
İstifadəçilər: 0

yoxdur

Botlar: 


Son 20 istifadəçi: 



Təqvim

«    Aprel 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Səsvermə

Saytımızda pullu hədiyyələr göndərilməsini istəyərdinizmi?
Hə istəyirik yes
Pulsuz hədiyyələr olsun nea

Reklam


RSS

Sumqayıt şəhəri..


Ölkə: Azərbaycan
Ərazi: 83 km²
Əhali: 308.7 nəfər (2009)
Əhali sıxlığı: 3621 nəfər/km²
Nəqliyyat vasitəsi kodu: 50
Telefon kodu: +994 18
Poçt indeksi (Mərkəzi PŞ): AZ 5000
İcra başçısı: Eldar Əzizov

Sumqayıt — Bakıdan sonra Xəzər dənizi sahillərində yerləşən ən böyük şəhər.

Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, kimyaçılar şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.

"Sumqayıt" toponimi

"Sumqayıt" sözünün yaranması barəsində 3 fərqli versiya mövcuddur.
"Sum qayıt" Əfsanəsi
Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir.Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Tayfa adı ilə
Şəhərin adı qədim türk tayfası olan "suqa" və ya "sunqa"ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait" - "Sunqa-lar" , yəni "sunqaların yerləşdiyi ərazi" mənasını daşıyır.

Sumqayıt çay
Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şımalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay guraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

Sumqayıt şəhərinin simvolu

Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur.15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir(Şəkinski)

Sumqayıtın gerbi

Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir

Sumqayıtda ekoloji vəziyyət

Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Alüminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir “payı” bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında “Kimyasənaye” İstehsal Birliyinin də çox böyük “əməyi” var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 İyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri “Sintezkauçuk” birliyində “EP-300”, “Üzvisintez” birliyində “Polimer-120” və başqa müəssisələr tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan “İnşaatçılar” və “Kimyatikinti” yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.

İnkişaf tarixi

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sovet İmperiyası Azərbaycanı işğal etdikdən sonra öz iqtisadi maraqları naminə Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəldi. Bu məqsədlə kommunistlər Abşeronda ikinci bir sənaye mərkəzi tikmək istəyirdilər. İlk tikinti işləri 1938-ci ildə başlandı. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. [2] 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.
1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
1939-40-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.
1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il - Marten sobalarında ilk polad əridilməsi.
1955-ci il - Sumqayıt alüminyum zavodu işə başladı.
1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.

Əhalisi

27 yanvar - 4 fevral 1999-cu il tarixlərində aparılmış siyahıya almaya əsasən Sumqayıt şəhərinin 283,184 nəfər (95,74%-i azərbaycanlılar , 1,65%-i ruslar , 1,55%-i ləzgilər , 0,29%-i ukrayınlar , 0,28%-i tatarlar , 0,19%-i talışlar , 0,05%-i yəhudilər , 0,04%-i mesxeti türkləri , 0,02%-i gürcülər , 0,2%-i digər millətlər olmaq üzrə)[3] əhalisi var . 2009-cu ildə aparılmış siyahıya almaya əsasən isə Sumqayıtın 310,000 nəfər əhalisi var.

Təhsil

1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, bu məktəblər də Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır.

Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

Bu kateqoriyadan olan, həmçinin aztəmintalı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili – inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.

Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun «Addım-addım» proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in «Yuva» humanitar təşkilatının iştirakı ilə «Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası» proqramına qoşulmuşdur.

Səhiyyə

Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər «Sumqayıt şəhər Səhiyyə şöbəsi» adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.

Xəstəxanalar
1 saylı xəstəxana
Təyinatı: Müalicə profilaktika işi Tutumu: 460 çarpayı Baş həkim - Əsədov Bayram Niyazəli oğlu Əlaqə telefonları: 642-13-55, 642-13-56

2 saylı xəstəxana
Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım Tutumu: 400 çarpayılıqdır Baş həkim - Səfərov İbrahim Əli oğlu Ünvan: Sumqayıt şəhər 57-ci məhəllə Sumqayıt-Novxanı şossesinin 5-ci km-i Əlaqə telefonu: 645-49-84.

3 saylı xəstəxana
4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları Baş həkim: Paşayev Bəhram Həbib oğlu Əlaqə telefonu: 643-05-13

Bərpa xəstəxanası
Tutumu: 190 çarpayı Terapiya şöbəsi: 60 çarpayı Nevrologiya: 60 çarpayı Cərrahiyyə: 40 çarpayı Kardiologiya: 30 çarpayı Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir. Baş həkim - Məmmədov Vahid Haman oğlu Əlaqə telefonu: 645-91-65 Ünvan: Sumqayıt şəhəri, S.Vurğun 45
Ak. U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana

Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət. Xəstə tutumu: 120 çarpayı Baş həkim: Əliyeva İradə Tofiq

Uşaq xəstəxanası
Təyinatı: Çox profilli uşaq xəstəxanası Xəstə tutumu: 320 çarpayılıq Baş həkim: Şahverdiyev Abbas Səttar Əlaqə telefonu: 645-37-17

Mədəniyyət və incəsənət
Şəhər Mədəniyyət və Turizm İdarəsi

50-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.
1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıtın Tarixi Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.

Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – “Gənclik”, “Veteran”, “Poeziya”, 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C.Cabbarlı adına mədəniyyət evi, N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, “Energetik” mədəniyyət evi, “İnşaatçılar” mədəniyyət evi, “28 may” mədəniyyət evi, “Dostluq” mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.

Şəhər Mədəniyyət İdarəsi nəzdində olan təşkilatlar:
1. Klublar
1. “Gənclik”
2. “Veteran”
3. “Poeziya”
4. 4 saylı şəhər klubu
5. 5 saylı şəhər klubu
6. 6 saylı şəhər klubu

1. Mədəniyyət evləri
C.Cabbarlı adına mədəniyyət evi lk mədəniyyət evi sayılan C.Cabbarlı adına mədəniyyət evi 1952-ci ildə BTZ zavodunun nəzdində yaradılmışdır. Burada xalq teatrı, estrada, aşıqlar, nəfəs alətləri ansamblları fəaliyyət göstərirdi. Daha sonralar mədəniyyət evində rəqs və rus dram dərnəkləri yaradıldı. 1960-cı illərdə Rusiyada Kreml sarayında xalq teatrının əsasında “Fərhad və Şirin” tamaşası göstərilmişdir. Dərnək üzvləri – Məmməd Ələkbərov, Svetlana Həşimova, Səkinə Süleymanova, Sabir Əliyev respublikanın tanınmış teatr xadimləridir. 1970-ci ildə mədəniyyət evində bal rəqsləri, 1984-85-ci illərdə şəhərimizdə ilk dəfə olaraq qızlardan ibarət xalq çalğı alətləri ansamblları yaradılmışdır. 2000-ci ilin sentyabr ayından etibarən, mədəniyyət evi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyinə verilmişdir.

“Bərgüşad” instrumental ansamblı, “Break dance”, “Gözbağlayıcı”, “Milli rəqs” kimi kollektivlər yenicə yaranmışdır. Milli rəqs kollektivi dəfələrlə Türkiyədə qastrol səfərlərində olmuşdur. “Bərgüşad” instrumental ansamblı dəfələrlə “N” hərbi hissəsində əsgərlər qarşısında çıxış etmiş, diplom və fəxri fərmanlara layiq görülmüşdür. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri mütəmadi olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirak edir, şəhər əhalisinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradır.

N.Nərimanov adına mədəniyyət evi 1954-cü ildə xüsusi layihə üzrə 300 yerlik tamaşa zalı və 15 iş otağından ibarət yeni mədəniyyət evi - N.Nərimanov adına mədəniyyət evi istifadəyə verildi. Sumqayıt Alüminium zavodunun balansında olan mədəniyyət evi 1999-cu ilin dekabr ayından etibarən, Sumqayıt Mədəniyyət İdarəsinin tabeliyinə daxil olmuşdur. 1985-ci ilə qədər mədəniyyət evində 18 adda müxtəlif janrlar üzrə bədii özfəaliyyət kollektivləri “Karavella” instrumental ansamblı (rəhbər V.Gelas), nəfəs alətləri orkestri (rəhbər F.Gerson), Azərbaycan xalq rəqsləri kollektivi (rəhbər A.Rəhimov), Uşaq Estrada kollektivi (rəhbər A.Dubrovina), Rus rəqs kollektivi (rəhbər Z.Şqadenko), “Pöhrə” aşıqlar ansamblı (rəhbər S.Abbasov), “Səma” qızlar ansamblı (rəhbər C.Bəkirova), “Seqal” muğam ansamblı (rəhbər M.Musateva), “Rəndə” satira teatrı (rəhbər S.Məsimova), Bədii Qiraət dərnəyi (rəhbər Z.Kazımova), Xalq Çalğı Alətləri ansamblı (rəhbər L.Əliyeva) fəaliyyət göstərmişdir. 1975-77-ci illərdə “Karavella” vokal instrumental ansamblı və nəfəs alətləri orkestri, 1985-ci ildə “Pöhrə” aşıqlar ansamblı I Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalında iştirak edərək laureat adını qazanmışdır. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri dəfələrlə festival, müsabiqələrin iştirakçısı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir.

Mədəniyyət evində Sumqayıtda ilk dəfə olaraq aşıq musiqisi üzrə kurs açılmışdır. Kursun rəhbəri istedadlı aşıq B.Əhmədovdur. tanınmış müğənnilər M.Musayeva, S.Kazımova, V.Gülməmmədov, aşıqlar Kəmalə Qubadlı, Ulduz Quliyeva və b. mədəniyyət evinin yetirmələridir. Hazırda mədəniyyət evində ingilis dili, kompüter, rəssamlıq, qadın bərbəri, ev tibb bacısı, biçmə-tikmə dərnəkləri, habelə aşıqlar ansamblı, “Dəcəl qızlar” rəqs kollektivi, “Arzu” instrumental ansamblı, məktəblilər üçün musiqinin vokal , qarmon, elektro-gitara, piano, sintezator, nağara və s. sahələri üzrə dərnəklər fəaliyyətdədir. Mədəniyyət evində hər il istər əlamətdar günlər, bayramlar, istərsə də qan yaddaşımıza həkk olunmuş tarixlərlə bağlı tədbirlər keçirilir, sənət adamları, şair və yazıçılarla görüşlər təşkil olunur. Mədəniyyət evində keçirilən tədbirlərin yüksək şəkildə təşkil olunmasında, onların metodiki və bədii cəhətdən hazırlanmasında yüksək ixtisaslı işçilərin – bədii rəhbər K.Quliyeva, metodist S.Ağayeva və b. əməyi böyükdür. Mədəniyyət evinə 31 ildir ki, mədəniyyət işi sahəsində böyük təcrübəsi olan Felman Lazımov rəhbərlik edir.

Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь.
Мы рекомендуем Вам зарегистрироваться либо войти на сайт под своим именем.
  • Xəbərləri: 0
  • Rayləri: 23
  • ICQ: --
19 sentyabr 2011 22:47

E_M_O

  • Qrup: İstifadəçi
  • Qeydiyyat tarixi: 3.03.2011
 
TWK EDIREM MEN SUMQAYITDA 48 CI MEHELLE NIYAZI KUCESINDE QALIRAM DTV STUDIYASININ YANINDA

  • Xəbərləri: 186
  • Rayləri: 338
  • ICQ: --
19 sentyabr 2011 23:29

balaca

  • Qrup: Brilliant User
  • Qeydiyyat tarixi: 20.12.2009
 
ne qeder qocalsan da cavansan ay Sumqayit yenede yamansan ki yaman Sumqayit

İmza --------------------

  • Xəbərləri: 108
  • Rayləri: 374
  • ICQ: 488580013
20 sentyabr 2011 00:55

BEACH

  • Qrup: Mp3 Admin
  • Qeydiyyat tarixi: 26.01.2009
 
Cox saol balaca Sumqayit haqqinda bele deyerli melumatlar verdin.Men ozumde Hal hazirda Sumqayitda yahsiyram.Esas odurki Azerbaycanin her bir sheheri her bir gushesi gozeldi

İmza --------------------

  • Xəbərləri: 36
  • Rayləri: 1169
  • ICQ: --
20 sentyabr 2011 14:20

emo15

  • Qrup: Silver User
  • Qeydiyyat tarixi: 4.06.2011
 
thank you

İmza --------------------

  • Xəbərləri: 97
  • Rayləri: 2431
  • ICQ: --
20 sentyabr 2011 14:28

polo

  • Qrup: Brilliant User
  • Qeydiyyat tarixi: 26.06.2011
 
men hec ora getmemiwem lap getmek istedim twk

İmza --------------------

  • Xəbərləri: 82
  • Rayləri: 1569
  • ICQ: --
20 sentyabr 2011 18:56

Optimist...

  • Qrup: Gold User
  • Qeydiyyat tarixi: 4.08.2011
 
applause

İmza --------------------

  • Xəbərləri: 0
  • Rayləri: 878
  • ICQ: --
20 sentyabr 2011 20:03

Agresiv_qiz

  • Qrup: Bronze User
  • Qeydiyyat tarixi: 21.05.2011
 
oydaaaa bu qeder xeberin hamisi oxuyanlara halladi. twk

  • Xəbərləri: 37
  • Rayləri: 1063
  • ICQ: --
20 sentyabr 2011 21:43

Gunes

  • Qrup: Silver User
  • Qeydiyyat tarixi: 21.01.2010
 
twk twk twk

  • Xəbərləri: 144
  • Rayləri: 4541
  • ICQ: --
20 sentyabr 2011 22:17

...::EMERALD::...

  • Qrup: V.I.P
  • Qeydiyyat tarixi: 6.07.2010
 
Xebere gore sag ol

  • Xəbərləri: 86
  • Rayləri: 1460
  • ICQ: --
23 sentyabr 2011 19:30

RED DEVIL

  • Qrup: Active User
  • Qeydiyyat tarixi: 11.06.2010
 
te6ekkur

İmza --------------------

İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.