Yuxuda at görmək

Yuxuda ağ atın belinə minmək yaxşı əlamətdir. Arzularınız həyata keçəcək. Atınız çirklidirsə, yalan və etibar etdiyiniz adamların paxıllığı gözlənilir. Qara atın belinə minmisinizsə, bu o deməkdir ki, işlərinizdə uzun müddət uğur əldə edəcəksiniz. Kürən atların qaçışını izləmək xoş güzəranınızın pisliyə doğru dəyişəcəyinə işarədir. Xalxal at görmək işlərdə uğura işarədir. Kəhərin atın belində çapmaq arzuların gerçəkləşməsinə işarədir. Bu yuxunu görən gənc qadın üçün tezliklə maddi tərəfdən gəlir və usandırıcı pərəstişkarına yox cavabı verməkdə qərarlı olacağına işarədir. Yuxuda atınızın vəhşi ilxıya qoşulduğunu görmək o deməkdir ki, kiminsə xəstəliyi haqqında xəbər alacaqsınız. Yuxuda qəşəng atlar görmək uğur və xoşbəxtlik əlamətidir. Yuxuda yaralı və ölü at görmək bədbəxt hadisələrə işarədir. Şıltaq atın üstündə çapmaq uğura gedən yolda müxtəlif çətinliklərə işarədir. Yuxuda at sizi güclü şəkildə yerə salsa – xəstəlik əlamətidir. Atın cilovundan yapışmaq və onu özünə tabe etmək həyatınızda xoş dəyişikliklərə işarədir. At yarışlarında iştirak etmək uğurlu, xoşbəxt həyata işarədir. Atı nallamaq mal-mülkün şübhəli yolla qazanılmasına işarədir. Yuxuda yəhərlənməmiş atı məharətlə çapırsınızsa, bu, yüngül mübarizədə var-dövlət qazanacağınıza və ola bilsin ki, dostların köməyini qazanacağınıza işarədir. Yuxuda atların təmizləndiyinə baxırsınızsa və yaxud özünüz təmizləyirsinizsə, həyatda çətin vəziyyətə düşəcəyinizə işarədir. İşgüzar adamlar, kəndlilər üçün yuxuda atın yalını və quyruğunu bəzəmək yaxşı əlamətdir. Gənc qız yuxuda sevgilisinin atın belində onun arxasında gəldiyini görübsə, bu, qadın üçün maraqlı pərəstişkarlarla bağlı uğura işarədir. At sürən qadın qorxubsa, bu, həyatda onun üçün həyəcan və yaxın adamının qısqanclığına işarədir. Yuxuda gənc qız atın belindən sıçrayıb düşübsə və o bir anda donuza çevrilibsə, bu o deməkdir ki, ona gələn evlilik təkliflərini rədd edəcək və sonda onun azadlıq hesab etdiyi hisslər çox usandırıcı olacaq. Yuxuda atın göydən düşdüyünü və sizə nə isə atan tanımadığınız adama çevrildiyini görmüsünüzsə, bu həyatda ciddi uğursuzluq və bir müddət ümidlərin gerçəkləşməyəcəyinə işarədir.Yuxuda atların otlaqda otarıldıqlarını görmək işlərin yaxşı qurulması və ortaqlarınızın razılaşdırılmış işlərinə işarədir. Quru otlaq kasıb, lakin sədaqətli dostlara işarədir. Gənc üçün belə yuxu xoşbəxt evliliyə işarədir. Yuxuda at alveri edən ticarətçi görmək maddi gəlir, lakin riskli işə işarədir. Yuxuda at almaq və ticarətçinin sizi aldatdığını hiss etmək itki əlamətidir. Yuxuda o qədər də yaxşı olmayan atı satmaq, cins atı isə özünə saxlamaq həyatda bəxtinizin gətirəcəyinə işar

TARKAN profil fotoğrafı

TARKAN

Şərhlər:

  1. Agresiv_qiz profil fotoğrafı Agresiv_qiz deyir ki:

    men gormemisem neyse thanks

  2. ASKO profil fotoğrafı ASKO deyir ki:

    saq ol dost maraqli melumatdi ama men yuxuda hec at gormemisem eziyyte gore thank you

  3. painter girl profil fotoğrafı painter girl deyir ki:

    Salam xebere qore tesekur men 1 defe ag iri qozlu at gormusdum o yuxudan sora men mektebe qebul xeberini esitmisdim

  4. _Aynur_ profil fotoğrafı _Aynur_ deyir ki:

    Cox saq ol xebere gore…mende ewitmiwdim yuxuda at gormek yaxwi elametdir…

  5.  profil fotoğrafı deyir ki:

    Maraqli idi thanks

  6. Sweet_Love profil fotoğrafı Sweet_Love deyir ki:

    bir nece defe yuxuda at gormuwem inwallah yaxwi olar. xebere gore tewekkurler….

  7.  profil fotoğrafı deyir ki:

    AHHHHHH CANIM COX SAQ OL

  8. sabinocka profil fotoğrafı sabinocka deyir ki:

    melumat maraqli idi eziyyete gore twk

  9. BadBoy profil fotoğrafı BadBoy deyir ki:

    Cox saq Ol xebere Gore

  10. merry-girl profil fotoğrafı merry-girl deyir ki:

    yuxudan her sey gorurem atdan basqa

  11. TARKAN profil fotoğrafı TARKAN deyir ki:

    rey yazan elleriniz var olsun
    merry-girl,
    insallah gorersen yaxsidi gormek :_)))))))))

  12. ELIK28 profil fotoğrafı ELIK28 deyir ki:

    SAGOL BRAT SUPER BUBER

  13. TARKAN profil fotoğrafı TARKAN deyir ki:

    ELIK28,
    kilipton,
    deymez qedos

  14. mR_bAkiNec profil fotoğrafı mR_bAkiNec deyir ki:

    Hmm cox sagol qaqaw amma men yuxu gormurem qaLMiwdi at))