

Yesssssssss bu gün Sevgilimin Chingizimin Ad Günüdür
İndi burda
yazacaqların bəlkə az olaçaq amma hər bir söz Ürəyimdən gəlir

Sən mənim qalan yarımı tamamlamaq və sevmək üçün doğulmusan.
Sən mənə güclü olduğumu və ikinci ürəyimin olduğunu göstərmək, məni
yaşatmaq üçün doğulmusan.
Sən məni xoşbəxt edən hər şeyi mənə vermək üçün yanımdasan, məndən sevgini əsirgəmirsən.
Hər ad günündə səninlə olum, sən tortun şamlarını üfləyəndə mən
"ürəyində arzu tut, bizim haqqımızda" deyim, sən də mənə gülümsə və arzula.

Sonra şamları üfləmək üçün ürəyi gedən balaca mələyin gəlsin, onu hər görəndə
"yaxşı ki, mən bu dünyaya gəldim" deyəsən.
Neçə yaşın olursa, olsun məni 22 yaşındakı kimi sev. Hər gün çoxalan sevginlə.

İstəyirəm səni hamı tanısın, onlar mənim necə varlı və xoşbəxt olduğumu
görsünlər. Bunu, mən, sənin varlığında tapmışam.
Sənə baxdıqca səni Yaradanın necə gözəl və sevgiyə həmişə ehtiyacım olduğunu
hiss edirəm. O sənə ən gözəl sevgiləri və təbəssümləri yaşatsın.

Hər yaşına qədəm qoyduqca, xoşbəxtliyi daha dərin yaşayasan və
sevgini sənə hiss etdirən bütün gözəlliklər səninlə olsun.
Səninlə qurduğumuz bütün xəyallar gerçəkləşsin, xəyallarda
olduğundan daha da şirin olsun. Axı sevgimiz şirindi.

Sevgim, hörmətim, gözəl ailə, verə biləcəyim xoşbəxtlik sənə
hər ad gününün hədiyyəsi olsun sevgilim.

Aşkımmmmm Ürəyimmmm Həyatımmmm Canımmmmmm Sevgilimmmm
Canavayımmm nə yaxşı ki varsan və nə yaxşı ki mənimsənnnn
Səni coooooox lap coooooooooooooooooooooooooooooooooooooox
dəlilər kimi sevirəmmmmm

Necədi xoşunuza gəldi?

Bu da mənim Aşkima hədiyyəm amma sabah görəcək qoy biy az şişsinnnnn



