Molla Nesreddin letifeleri…

 

Göyə niyə dırmaşmışsan?

Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar:

Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:

– Salam əleyküm, ya Allah!

Teymur deyir:

– Mən Allah deyiləm ay kişi! Mən…

Molla onun sözünü ağzında qoyub deyir:

– Qurban olum sənə, ya cənab Cəbrayıl!

Teymur deyir:

– A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?

Molla deyir:

– Başa düşmürəm. İndi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?





Bir arşın saqqal, beş yüz pud taxıl

Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O, hər il bu yerdə buğda əkər, əlli – altmış pud məhsul götürüb, külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə – beş artır. Kəndxudalar istədiklərini eləyib cammatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:

– Sənin bu il beş yüz pud taxılın olub. Gərək o haqq – hesabdan da vergi verəsən.

– Canım, vallah, mənim vur – tut əlli pud taxılım olub. . .

Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:

– Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?

Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:

– Nə oldu? Hara getdin?

– Kəndxudada günah yox imiş, qibleyi – aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də. . .





Qoxulu dilənçi

Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:

– Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, eıə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız – qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.

Molla kağız – qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:

– Niyə hirslənirsən, qibleyi – aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də. . .

Teymur deyir:

– A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?

– Niyə hirslənirsən, qibleyi – aləm!? Çidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.

– Demək, sənin fikrincə gərək mən şəhərdən sürgün olunam?

– Bəli, qibleyi – aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb – yaxarıb alırlar. Amma sən döyə – döyə alırsan.





Teymurun sualı

Teymurləng bir gün Mollaya deyir.

– Molla, sənə bir hikmətli sual vermək istəyirəm. O nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?

– Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.





Cücələrim danışır

Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda mollalar yığışıb onun əlindən Teymurləngə şikayət edirlər. Molla baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür – qoydan sonra özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da aparır rüşvət aparır ki, onu Teymurləngin hüzurunda müdafiə etsin. Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymurləngin əmrilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan sonra vəzir irəli yeriyib, Molla Nəsrəddini Teymura tərifləməyə başlayır. Teymurləng vəzirə də qulaq asandan sonra üzünü Molla Nəsrəddinə tutub deyir:

– Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?

– Şah sağ olsun! Mənim danışmağıma ehtiyacım yoxdur, mənim toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.





Yalan deyiblər

Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:

– Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.

– Qibleyi – aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.





Üzr bədtər əz günah

Bir gün Teymurləng Molladan soruşur ki:

– Molla, üzr bədtər əz günah nə deməkdi?

– Qibleyi aləm sağ olsun! Bu fars sözüdü. Mənası budu ki üzrü günahından pis

– Başa düşmürəm. Necə yəni üzrü günahından pis?

– Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.

Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:

– A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm.Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.

Molla heç nə deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:

– Dəli olmamısan ki? Nə qayırırsan?

– Üzr istəyirəm, qibleyi – aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan?

Teymur qışqırır ki:

– Nə danışırsan?

– Hirslənmə, qibleyi – aləm. Üzr bədtər əz günah bax budur!





Belimə bağlasınlar

Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:

– Bu saat bunu boğazından asasınız!

Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:

– Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!

– Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.

– De!

– Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.





Sonra gözüm üstə

Bir gün Teymurləng Molladan soruşur:

– De görüm, məni nə qədər istəyirsən?

– Mən Molla Nəsrəddinəm, sən də qibleyi – aləm. Demək ki, mən səni o qədər istəyirəm nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.

– Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi?

– Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.

– Məsələn, əgər mən əmr eləsəm bu saat özünü dənizə atarsanmı?

Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:

– Haraya?

– Qibleyi – aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedim üzməyi öyrənim, sonra gözüm üstə





Ədalətindən danışıram

Günlərin bir günü Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:

– Yenə ikim bilir nə basıb bağlıyırsan?. . .

Molla heç özünü sındırmadan baş əyib deyir:

– Nə eləyim, qibleyi – aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram

Badi_Seba

Şərhlər:

  1. Badi_Seba deyir ki:

    men Molla Nesreddin letifelerinden istifade etmeyi coox sevirem..bunlarda sizler ucun…

  2. Riyana deyir ki:

    Sağol superdi…. biggrin

  3. fanya_ya deyir ki:

    Chox saq ol chox xowuma galdi

  4. Melahet deyir ki:

    Eladi cox saqolun twk roll taunt

  5. Firuze deyir ki:

    badi_Seba,
    sag ol baciw elaaaaaaaaaaaaaaa happy supperrrr greeting

  6. G_E_C_E deyir ki:

    happy …maraqlidi

  7. K_R_A_L deyir ki:

    happy Supeer,coox guldum,coox saqol

  8. wolf190 deyir ki:

    ela idi cox saq olun

  9. Angelocka deyir ki:

    badi_Seba,
    Cox sagol canim bacim opucuk

  10. GLINKA deyir ki:

    kopyaladim sonra oxuyacam

  11. Badi_Seba deyir ki:

    Sitat: PROmeTe
    BADI-SEBA QARNIM CIRILDI GULMƏKDEN ALLAH SENI GULDURSUN BIRDƏKI SƏNIN XƏBƏRIN HEMIŞƏKI KİMİ SUPERDİ

    cooox sagol super gunun olsun Inwallah…

    Sitat: star
    girildimmmmeeeeeeee,thanx.

    olerem hele… opucuk

  12. star deyir ki:

    girildimmmmeeeeeeee,thanx.

  13. PROmeTe deyir ki:

    BADI-SEBA QARNIM CIRILDI GULMƏKDEN ALLAH SENI GULDURSUN BIRDƏKI SƏNIN XƏBƏRIN HEMIŞƏKI KİMİ SUPERDİ

  14. Badi_Seba deyir ki:

    Sitat: Black_Boy
    bahem canim seni gorum hemiwe uzu gulsun ve kefin hemise cag olsun


    bahem

  15. Black_Boy deyir ki:

    bahem canim seni gorum hemiwe uzu gulsun ve kefin hemise cag olsun

  16. Badi_Seba deyir ki:

    Sitat: Dj ExTrEmE
    Qarnim cirildi gulmekden allah seni guldursun ay badi-seba


    allah hamimizi guldursun…)))

  17. Dj ExTrEmE deyir ki:

    Qarnim cirildi gulmekden allah seni guldursun ay badi-seba happy

  18. nurlana77 deyir ki:

    gulmeliydi twk