Peleng Ili

Peleng Ili
2010-cu il ağ Pələng ili olacaq.

Pələnglər işığın dörd tərəfinin və mərkəzin qoruyucu simvoludur. Bu şah heyvanın gücü həmişə heyranlıq və qorxu yaradıb. Qəhramanlar çiyinlərində məhz pələng dərisi daşıyıblar.

Pələng enerjini təcəssüm etdirir. Yer kürəsinin və bütün yer enerjilərinin ali hökmdarı – pələngin təsvirindən bir çox xalqlar simvollarında istifadə edirlər. Banqladeş, Nepal, Hindistan, Malayziya, Şimali və Cənubi Koreyada pələngə dövlət simvolu kimi hörmət olunur.
Əfsanələrin birində deyilir ki, qədim dövlətdə qadın kəbindənkənar uşağını tarlada atıb gedir. Dişi pələng körpəni tapır və südüylə əmizdirir. Böyüyən uşaq sonradan baş nazir olur. Pələng tərəfindən xilas edilən məşhur insanlardan biri də Konfutsi olub. Konfutsi o qədər çirkin olub ki, valideynləri ondan imtina edərək, dağda atıb gediblər. Bu dəfə də pələng gələcək məşhur insanın həyatını xilas edib.

Daha bir əfsanədə deyilir ki,dağda iki qardaş yaşayırmış və bir-birilə dalaşan zaman pələngi yedizdirirmişlər. İnsanlar pələngin şər üzərində hamiyyəti olduğuna inanıblar.
Pələng təsviri olan tilsim – qoruyucu və uğur simvolu kimi təqdir edilir. Pələngin zolaqlarını insan həyatının uğur və müvəffəqiyyətsizliyinin, xeyir və şərin, işıq və qaranlığın zolaqları kimi qiymətləndirirlər. Pələngin gözlənilməz hadisə və vəziyyətlərlə zəngin istisna taleyi var. O həddən artıq emosionaldır və güclü hissə malikdir. Bu simvolun xüsusiyyəti – gözəlliyində, gücündə və hərəkətliyindədir. Bu üç qabiliyyət istənilən varlığın çətin vəziyyətlərdə yaşamasına kömək edir.

Şərq təqviminə görə, Pələng ili fevralın 14-də başlanacaq və gələn il heç də stabil olmayacaq. Lakin 2010 perspektivli və maraqlı hadisələrlə zəngin il olacaq. Pələng həmişə irəli gedir, şərtiliyə, ierarxiya və ağlın mühafizəkarlığına nifrət edir. Pələng – qeyri-adi hərəkətlərin və istisna tale simvoludur. İnadkar və zəhmətkeş 2009-cu il yerini qiyamçı – Pələngə verəcək. Buna görə də, 2010-cu ilin hər kəs üçün sərt və mürəkkəb dövr olacağı ehtimal edilir.
Pələng ilində müəssisələrdə qəzaların, sabotajların, əhəmiyyətsiz səbəblərə görə tələ işdən qovulmaların sayı artacaq. Pələng ilində səbirli və zəhmətkeş olanlar niyyətlərinə çata biləcəklər.
2009 tənəzzül və böhran ilindən sonra 2010-cu il insanlarda nikbinlik və entuziazm hissinin yaranmasına təkan verəcək. Pələngin sərtliyi və inqilabçılığı özünü cəmiyyətin əhəmiyyətli dayaqlarının dərin islahatında büruzə verəcək. Xatırladaq ki, 1998-ci ildə də baş vermiş maliyyə böhranı da Pələng ilinə təsadüf etmişdi. 2010-cu il də maliyyə-iqtisadi planda şən keçməyəcək. 2010-cu ildə 2008-ci Siçan ilində baş vermiş qlobal iqtisadi böhranın nəticələrilə fəal mübarizə aparmaq lazım gələcək. Pulları xarici valyutalarda saxlamaq məsləhətdir. Krediti biznesə yatırımaq məqsədilə bankdan kredit də götürmək olar.
Pələng ilində həyatın bütün sahələrində rəqabət güclənəcək. Kişi və qadınların romantika və gözəl sevgi hissləri üçün darıxacaqlarını da ehtimal etmək olar. Sevgililər bir-birilərinə tez-tez gözəl hədiyyələr verəcək və sevdiklərini etiraf edəcəklər. Romantika cəbhəsində Şekspir ehtirasları qaynayacaq, qısqanclığın təzahürü də sərhəd tanımayacaq.
2010-cu il – şəxsi həyatda və karyerada, maliyyədə və cəmiyyətin siyasi həyatında bir çox xoş anların yaşanacağı da vəd edilir. İstənilən halda ağ rəngli Pələng ili görkəmli insanların, dahilərin və döyüşlərin, güclü insan ambisiyaların, uğurların və sınaqların ili olacaq.

2010-cu ilin ən əlamətdar hadisələri:

• 15 yanvar-yeni əsrdə ən uzun sürəcək üzükvari Günəş tutulması baş verəcək
• 12-28- fevral-Kanadanın Vankuver və Uistler şəhərlərində Qış Olimpiya Oyunları keçiriləcək
• 22 may-Norveçdə “Avrovizion-2010” musiqi festivalı keçiriləcək
• 22 may-UEFA Çempionlar Liqasının Final qarşılaşması keçiriləcək
• 10 iyul-yalnız Sakit okeanın cənub hissəsində müşahidə ediləcək Günəş tutulacaq
• 30 sentyabr-NASA “Space Shuttle” gəmi sisteminin istismar müddətini başa çatdıracaq
• 21 dekabr-Ayın tam tutulması baş verəcək
Tanınmış astroloq Pavel Qloba deyir ki, 2010-cu ildə Qərb sistemli böhranla qarşılaşacaq və bunun nəticəsində dünya quruluşu dəyişəcək. Dünya böhranı 10 il davam edəcək və 2020-ci ildə başa çatacaq.


Fikirlerinizi Bildirmeyi Unutmayin!!!

Suskun-Ruh profil fotoğrafı

Suskun-Ruh

Şərhlər:

  1. Suskun-Ruh profil fotoğrafı Suskun-Ruh deyir ki:

    xex ozu ozumee inanmiramkii menen bele xeber cixarmish

  2. IzYuMinKa profil fotoğrafı IzYuMinKa deyir ki:

    SPASIBKI ZA INTERESNUYU NOVOSTTTT

  3. Leonel-207 profil fotoğrafı Leonel-207 deyir ki:

    cox sag ol maraqli idi.

  4. MMO profil fotoğrafı MMO deyir ki:

    Coxsagol ay ASTROLOQ isa

  5. N_E_R_R_G_I_Z profil fotoğrafı N_E_R_R_G_I_Z deyir ki:

    Sitat: SuZaN
    tskr… maraqli melumatdir…


    applause

  6. DaRk_AnGeL profil fotoğrafı DaRk_AnGeL deyir ki:

    xebere gore sag ol dostik

  7. DaviDoFF profil fotoğrafı DaviDoFF deyir ki:

    kecen il ne olduki bu il nolsun =)

    cox saol xebere gore..

  8. BadBoy profil fotoğrafı BadBoy deyir ki:
    Mence Bunlar Putinin Wirleridi Itirib Indi axtarir Bunlardi deyesen Deyanin zeng edim deyimki ForGenc den Gelib gotursun!!
  9. Miss_Koroline profil fotoğrafı Miss_Koroline deyir ki:

    Insallah bu il hamimiza ugur getirer! Amin!

  10. _Aynur_ profil fotoğrafı _Aynur_ deyir ki:

    Maraqli xebere gore cox saq ol.

    2010 cu il aq peleng ili her kese uqur getirsin

  11. BalaM profil fotoğrafı BalaM deyir ki:

    COX SAGOL…YENI ILINIZ MUBAREK heart

  12. SuZaN profil fotoğrafı SuZaN deyir ki:

    tskr… maraqli melumatdir…

  13. Avtosh_227 profil fotoğrafı Avtosh_227 deyir ki:

    hmmm.maraqli xeberdir.ellerin agrimasin.bunu da bildik.cox sagol…

  14. reyhan profil fotoğrafı reyhan deyir ki:

    tesekkurler super sekillere gore