Omru uzadan meyveler…

Omru uzadan meyveler...

Meyvələr bədən sağlamlığı üçün çox əhəmiyyətli olan vitamin, mineral və liflərlə zəngindir.

Onların mümkün olduğu qədər qabıqlı yeyilməsi orqanizmə daha da xeyirlidir. Lent.az-ın Türkiyə mətbuatına istinadən bildirdiyinə görə, Yaponiyanın Okinava adasında yaşayan insanlar bol-bol meyvə yeyir. Fransız jurnalistlər Ana Dufour və Laurence Vittner, “Okinava rejimi” adlı kitabda onların hər gün 2-4 boşqab meyvə yediyini söyləyir: “Bir boşqab meyvə dedikdə bir alma, ya da iki albalı nəzərdə tutulur, hərəsindən bir kilo deyil. Bir porsiyaya hansısa bir meyvə (alma, armud, portağal), iki kiçik meyvə (çiyələk, ərik) ya da 100 qram üzüm, bir dilim ananas, qarpız da daxil ola bilər”.

Portağal Okinavada ən çox yeyilən meyvələr arasındadır. Portağalın C vitamini ilə zəngin olduğunu bilirik, lakin bu hələ hamısı deyil. Bütün sitrus bitkiləri kimi tərkibində yetərli nisbətdə kalsium, antixolesterol liflər var.

Ananas ekzotik meyvələrin önündə gəlir. Aşağı kalorili olması ilə diqqəti cəlb edər. Xüsusilə balıq və ətdə olan “bromelain” adında ferment ehtiva edir. Bu ferment qan laxtalanmasının qarşısını alır və ürəyi qoruyur. Bundan başqa mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.

Avokadoda kalori sıxlığı çox yüksək olsa da, gündəlik menyuda yer ala bilər. Çünki tərkibindəki yağlar zeytun yağı qədər çox faydalıdır. Digər tərəfdən ürək üçün də xeyirlidir.


Alma xolesterolu və təzyiqi salır. Nizamlı olaraq yeyildikdə qandakı şəkər nisbətini nizamlayır və diabetin sürətləndirdiyi erkən yaşlanmaya mane olur. İmmunitet sistemini gücləndirir, oynaq və revmatizm ağrılarını kəsir. Qəbizliyə mane olur. Hər gün yemək çox faydalıdır.


Ərikdən Okinavada şoraba da hazırlanır. C vitamini ilə çox da zəngin olmasa da, qan damarlarını gücləndirir. Sidik qovucudur, bağırsaqlara yumşaldıcı təsir göstərir. Minerallarla zəngindir.

Qarpız sərinləşdirici təsirə malikdir. Tərkibində su zəngindir. Digər meyvə və tərəvəzlər kimi, xərçəng və kardioloji xəstəliklərdən qorunmaqda effektlidir.

Yapon armudu bir növü almadır, amma yeyildikdə ağızda armud təsiri bağışlayır. Yapon armudu, adi armuda çox yaxındır, faydaları və daşıdığı qida dəyərləri baxımından da.

Gilas mövsümü Okinavada ən gözəl mövsümdür. Albalı piqment olaraq güclü qoruyucuları sayəsində qan damarlarını qoruyur. Bədənin digər hissələrinə dağılan (ayaqlar, əllər, gözlər) flavonoidlər olaraq adlandırılan bu piqmentlər qan dövranını yaxşılaşdırır. Bu, yaşlılıqla mübarizədə əhəmiyyətlidir.

Limon – bütün sitrus bitkiləri kimi limon da sağlamlığa olan çox böyük faydaları ilə tanınır. Vitaminlər və flavonoidlərlə qan damarlarını gücləndirir. Qan dövranı yolu ilə orqanlarımıza, hüceyrələrimizə güc verir və bədənin həyati vitamin materiallarını təmin edir. Üstəlik xərçəngdən qorunmada da xüsusi bir yeri var. Bütün yeməklərimizə bir az limon suyu qataraq onun xeyrindən faydalana bilərik, çünki limon qandakı şəkər nisbətini və eyni zamanda qan təzyiqini salır.

BalaM

Şərhlər:

  1. aznetin_gozeli dedi ki:

    coooooooooooooooooooooooooooooooooooooox xosuma geldi..semimi sozumdur.

    Men tebieti cox sevirem, tebietle ilgili her seyin delisiyem.Sekil mene ele lezzet eledi ki, hele xeberi oxumamisam, xebri saxladim cox lazimli ve deyerli xeberdir.Wekildeki su damlalarini baxin, insnaa nece de pozitiv enerji verir.

    skromnaya moya pasibki tebe canaaa

  2. ayka21 dedi ki:

    coooox sagolun xabara gore tesakkurlar applause heart ayka21 heart
  3. Cristi dedi ki:

    Coxxxxxxxxxxxxxxxx sagol heyatim!!!!! Superrrrrrrrrrr coxxxxxxxxx xowuma geldi!!!! opucuk

  4. QEMLI_GECE dedi ki:

    xebere gore cox sagol maraqlidir

  5. Melekcik dedi ki:

    Alma xolesterolu və təzyiqi salır. Nizamlı olaraq yeyildikdə qandakı şəkər nisbətini nizamlayır və diabetin sьrətləndirdiyi erkən yaşlanmaya mane olur. İmmunitet sistemini gьcləndirir, oynaq və revmatizm ağrılarını kəsir. Qəbizliyə mane olur. Hər gьn yemək зox faydalıdır.

    coox saol maraqli melumatlara gore

  6. CEYHUN dedi ki:

    XEBERE GORE CHOX SAG OL.MEYVELERIN HAMISI XEYIRLIDI.BU XEBERI HAMI OXUYUB FAYDALANA BILER.TEWEKKUR

  7. Leonel-207 dedi ki:
    maraqli ve lazimli melumatlar ucun cox sag ol…teshekkurler….
  8. BalaM dedi ki:

    Suphenallah,
    rey yazdigin ucun senede tShK give_rose

  9. Suphenallah dedi ki:

    SEMIMI DEYIREM COX VACIBDI AAMMA INDIKI MEYVELERDE QALMAYIBE ONLAR
    TEWEKKURLER BACIW

  10. BalaM dedi ki:

    Avtosh_227,
    Crazy,
    rihanna,
    Single Girl,
    BadBoy,
    tShK give_rose

  11. Single Girl dedi ki:

    Skromnaya,
    cox sagol awkim ellerine saglik oxudum,belke lazim olar…:)))))ama dogurdanda xeberin wekli super idi:)))))))

  12. BadBoy dedi ki:

    Ogo Super Xeberdi CooooX Sag Ol….

  13. rihanna dedi ki:

    cox sagol.maraqli xeberdi.

  14. Crazy dedi ki:

    COX SAG OL DOSTIK MARAQLI XEBERDI

  15. Avtosh_227 dedi ki:

    Ananas ekzotik meyvələrin цnьndə gəlir. Aşağı kalorili olması ilə diqqəti cəlb edər. Xьsusilə balıq və ətdə olan ”bromelain” adında ferment ehtiva edir. Bu ferment qan laxtalanmasının qarşısını alır və ьrəyi qoruyur. Bundan başqa mədədə kanserojen maddələrin birləşməsinə mane olaraq mədəni qoruyur.


    dosi cox sagol xeberine gore.ellerine sagliq.qeweng xeberdir.yeri var.ama xeberin wekli daha cox xowuma geldi ee.qeweng wekildir:))bir daha tewekkurler dosi…

  16. BalaM dedi ki:
    aznetin_gozeli Ne zawto Doroqaya sps give_rose