Kaşki uşaq olaydıq

Kaşki uşaq olaydıq

Uşaq idik hələ…

Soyuducunun üstünü görə bilmək üçün boyumuzun uzanmasını dilədiyimiz günlər idi… Çox maraqlı idi bizim üçün: “Görəsən nə var üstündə?” – deyə. Çox vaxt bir kürsü kömək edərdi görə bilməmizə…

Uşaq idik hələ…

Pilləkənləri çıxmaq çətin gəlirdi bizə. Qışqırardıq balkonların altından: “Anaaaaa!”, anamız çıxanda da: “Pul aaat!”. O pulu istəməyimizin çox səbəbi vardı. Çünki ya məhlədən pambıq satan keçərdi, ya topumuz partlayardı, ya marojna almaq istəyərdik,ya da qonşumuzun uşağı dükana gedib, əlində bir şeylərlə geri qayıdardı. Saysız dəfə səslənərdik anamıza: “Anaaaaa! Pul at!”, – deyə…

Uşaq idik hələ…

Qışda qarla oynamaq üçün çıxdığımız küçələrə, yazda torpaqla oynamaq üçün çıxardıq. Amma elə bil yaz daha bir gözəl idi. Evin arxa bağçasındakı otların meşəyə çevrildiyi gəzintilər və qonşu bağçaların ağaclarının üstünə çıxıb alça dərməyimiz… Hər ağaca çıxdığımızda “Biri gəlir” deyə aşağıda növbətçi buraxdığımız dostun bizi ağacda unutması )… Həm də əlindəki alçalarla birlikdə. Sonrası? Sonrasını təxmin edərsiniz artıq! Əvvəl bağça sahibinin səsi, sonra da uzaqda görünən özü )…

Uşaq idik hələ…

Axşamüstü başlayardı əsl oyunlar… Ortada qaldı, yeddi şüşə, bənövşə, əl səndə və təbii ki kefi ancaq hava qaralanda çıxan gizlənpaçlar… Gecə saatlarına qədər oyun oynadıqdan sonra, aclıqdan ölmək üzrə olduğumuzu hiss edincə evə gedərdik. O saata qədər bizi min dəfə evə çağırmış olan anamızdan qorxaraq )… Nə qədər gizlətsək də xeyri yox idi! Anamız hər səfərində bilirdi üstümüzü nə qədər çox çirklətdiyimizi. “Üstünüz başınız toz torpaq içindədi! Mən sizi beləmi göndərdim küçəyə?” deyə hirslənərdi bizə. Necə olsa təcrübəliydik biz də… O dəqiqə duşa)…

Uşaq idik hələ…

Amma artıq böyüdük, hər nə qədər bir tərəfimiz həmişə uşaq qalsa da… Və artıq bilirik soyuducunun üstündə nə olduğunu nə olmadığını… Daha doğrusu heç bir şey olmadığını… Amma o uşaqlıqdakı sirləri heç cür həll edə bilmirik… Bir çoxumuz unutduq xəyal qurmağı və hətta kiçiklikdən qalma xəyallarımızın bir çoxunu. İndi “Uşaq idik hələ…” deyirik keçmişə dönüb baxınca və əhəmiyyətsiz hesab edirik soyuducunun üzərindəkiləri…

Böyüməyi mühüm bir şeymi sayırıq görəsən?

Bəli… Bəli biz böyüməyi mühüm bir şey saydıq ömrümüz boyunca…

Əgər böyümənin əsl mənasını desəydilər, heç istəməzdim böyüməyi, inanın mənə! Mən böyüdükcə dərdlərim də böyüyürmüş halbuki…

Uşaqlığınızdan nə qaldı sizə? Ürəyinizin böyüməmiş yanı haradı? Harada saxlanır ən saf duyğularınız?

Axşam vaxtları balkonunuza çıxıb da gizlənpaç oynayan uşaqların yerlərini tapmağa çalışırsınızmı ?

Yoxsa ürəyinizin çıxmaz küçələrində uşaqlar qışqırmırmı: “Gördüm səni çıx ağacın arxasından! Əlim səndə!” deyə…?

Yoxsa qapınızı döymürmü uşaqlar balkonunuza qaçan toplarını istəmək üçün?

Yoxsa siz atanızın əlindən tutub gəzməyə getmək üçün darıxmırsınız?…

Yoxsa parkların yanından keçərkən yellənmək istəmirsinizmi? Yelləncəyə oturmaq və yanınızdakına “Məni yelləyərsənmi? Amma taa buludlara uçacaq qədər çox yellə!” – deyə məcbur etmək, yellənərkən küləyin dadını çıxarmaq, qəhqəhələrlə gülmək istəmirsinizmi həqiqətən?…

Bu gün bir yaxşılıq edin… Mənim üçün deyil! Dostlarınız və ya ailəniz üçün də deyil! Yalnız özünüz üçün…

Bu gün uşaq olun yenidən…

Badi_Seba

Şərhlər:

  1. Melekcik dedi ki:

    coooooox maraqli xeberdi..heyif deyil uwaglig)))cox sagol baciw opucuk

  2. JESSICA dedi ki:

    Heyif deyildi uwaqliq,boyuduk derdlerimiz de boyudu.Caliwacam baciw sen dediyin kimi yeniden ozumu uwaq kimi hiss etmeye caliwim.Icimde caliwim uwaq olum,hereketlerimde yox.Xebere gore …………..:::Tewekkrler:::……….

  3. tatli_cadi dedi ki:
    tewekkurler baciwqa:)Ellerine salik:))))))))
  4. Badi_Seba dedi ki:

    rey yazan elleriniz agrimasin…cox sagol..

  5. Cristi dedi ki:

    Sitat: JESSICA
    Heyif deyildi uwaqliq,boyuduk derdlerimiz de boyudu.Caliwacam baciw sen dediyin kimi yeniden ozumu uwaq kimi hiss etmeye caliwim.Icimde caliwim uwaq olum,hereketlerimde yox.Xebere gore …………..:::Tewekkrler:::……….


    ya_za duz deyirsen baciw!!!!

    Baciw xebere gore coxxxxxxxx sagol!!! opucuk

  6. Badi_Seba dedi ki:

    Cristi,
    deymez heyatim beyendiyine sevindim…

  7. Melekcik dedi ki:

    Sitat: JESSICA
    Heyif deyildi uwaqliq,boyuduk derdlerimiz de boyudu.Caliwacam baciw sen dediyin kimi yeniden ozumu uwaq kimi hiss etmeye caliwim.Icimde caliwim uwaq olum,hereketlerimde yox.Xebere gore …………..:::Tewekkrler:::.


    ya_za

  8. DaRk_AnGeL dedi ki:

    bezen insan tez boyumek isdeyir amma gorendeki heyat cox cetindi ona gore hec boyumek istemir…………. girl_ang

  9. CEYHUN dedi ki:

    KAWKI O GUNLER YENE QAYIDAYDI.AMMA HEYIF KI OLMUR.CHOX SAG OL.ELLERINE SAGLIG

  10. bakili balasi dedi ki:

    lap uwaqligim yadima duwdu cox sagol xabare goreellarina saglik

  11. Suphenallah dedi ki:

    HEYATI UNUTMAQ UCUN UWAQ OLMAQ ISTIREM

  12. Admin dedi ki:

    Bezen uwaqliq eleyib her weyin ne oldugunu anlamaq lazimdir… ki Sonradan yanilmayaq :))

  13. BalaM dedi ki:
    Kawki((((( Badi cox sagol xebere gore
  14. MMO dedi ki:

    he uwaqliq illeri heyif deyil ne qaygi ne derd ne de cox fikirlewirsen,xeberine gore tewekkur cox gozeldir

  15. QEMLI_GECE dedi ki:

    eladir xeber cox sagol

  16. Leonel-207 dedi ki:
    KASHKI USHAQ OLAYDIQ…

    HEYATDAKI IKIUZLULERI GORMEYEYDIK…
    HEYATDA ARTISTLERI,AKTYORLARI GORMEYERDIK..ANCAQ SEHNEDE GORERDIK…
    MASKALI ZORROLARDAN UZAQ OLARDIQ…ANCAQ KINOLARDA GORERDIK HEYATDA YOX…
    ESEBDEN,NERVIDEN UZAQ OLARDIQ…
    KIMSENIN SHEXSI ISHINE QARISHANLARI GORMEZDIK…
    BIR SOZLE….HEYATIN CIRKIN UZLERINDEN UZAQ OLARDIQ…
    KAW…KAW…KAW…

    BADI cox sag ol…ellerine sagliq…yeri var…
  17. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore.ellerine sagliq:(((
  18. Crazy dedi ki:

    MELEK COX SAG OL COX GOZEL XEBERDI.HAYIF DEYIL USAQLIQ ILLERi

  19. rihanna dedi ki:

    xebre gore cox sagol.

  20. BadBoy dedi ki:
    Meley Xebere Gore Cox Sag Ol..!!!
  21. Single Girl dedi ki:

    Melek cox sagol xebere gore….

    kawki KAWKIi dediyimiz sozler gercek olardi :((((((((

  22. Cristi dedi ki:

    Sitat: badi_Seba
    Cristi,
    deymez heyatim beyendiyine sevindim…


    Heyatim sen yazasanda biz beyenmiyek!!! opucuko ne sozdur!! senin xeberlerin ozun kimi gozeldi!!! Bir daha tewekkurler!!!