Bu gun Ilaxir Cerwenbedir

 

Bu gün İlaxır çərşənbəsidir. Ardıcıl olaraq gələn Su, Od və Yel
çərşənbələrindən sonra Azərbaycan sonuncu-Torpaq çərşənbəsini qəbul
edəcək. Axır çərşənbə hər il olduğu kimi bu il də ölkədə təntənəli qeyd
olunacaq. İlaxır çərşənbə ilə bağlı paytaxtda da bir sıra tədbirlər
keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə,
bayram tədbirinə Azneft meydanından atlar və dəvələrdən ibarət karvanın
hərəkəti ilə başlanacaq. Karvanda hərəkət edən milli geyimli oğlan və
qızlar Suraxanı rayonu “Atəşgah” məbədindən od götürərək geri
dönəcəklər. Daha sonra isə onlar musiqi sədaları altında Novruz
personajlarının iştirakı ilə Heydər Əliyev sarayı qarşısından keçərək
götürdükləri odla Qız qalasının üstündəki məşəlləri alovlandıracaqlar.
Axşam saat 19-da İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının
iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək

Ayselka

Şərhlər:

  1. Admin dedi ki:

    :)) Men gordum uje bu atewfewanligi superrr)) HAMINIZIN AXIRINCI cerwenbeniz mubarek.Amma men tullana bilmedim hec kim yox idi tek qalmiwam ((((

  2. IzYuMinKa dedi ki:

    THANKSSSSSSSSSSSS ok

  3. Sip_Sirin dedi ki:

    cox sagol.dosdik niye tek qalmisanki biz olmusuk?cat ehlini yigardiq bir tonqal qalayardiq ela olardi he???