Opera vs Mozilla Firefox

 
Hansı brauzer daha yaxşıdır,bilmək istəyirsiniz?
Mozilla firefox və Operanın müqayisəsi…
Əvvəlcə brauzerin nə olduğunundan başlayaq.Brauzer kompüter istifadəçiləri arasında ən çox istifadə olunan proqramlardan biridir.İnternet bütün ixtisas sahələrində çalışan insanlar tərəfindən istifadə olunur.Yeni informasiyanın qəbulu,yeni proqram məhsullarının yüklənməsi,alış-veriş,əlaqə-bütün bunlar internet brauzerin köməyi ilə həyata keçirilir.İnternet istifadəçilərinin çoxusu internetə hansı brauzerlə qoşulmaq barədə fikirləşmirlər.Windows paketinin hazır internet brauzeri də gılir ki,bu brauzer vasitəsilə çoxumuz internetlə tanış olmuşuq.Bu İnternet Exporerdir.
Bu gün İnternet Explorer dünyada kompüter istifadəçilərini çox böyük bir hissəsi tərəfindən istifadə olunur.Bunda ən əsas amil onun Windowsun standart brauzeri olmağındadır.Ancaq bu brauzerin rəqibləri də var.Ən əsas rəqibləri isə Opera və Mozilla Firefoxdur.Bu brauzerlərin tərəfdarların bunlardan hansının daha güclü brauzer olması barədə qızğın mübahisələr gedir.Mənə görə bu mübahisələrin sonu heç vaxt gəlməyəcək,çünki hər ikisinin də yaxşı və pis cəhətləri var.Hər ikisi də İnternet Explorerdən fərqli sistemdən istifadə edirlər.Operada bu Presto,Firefoxda isə Geckodur.Hər ikisi brauzer istehsalçılarının keçməli olduğu Acid2 testindən asanlıqla keçiblər.Həmçinin hər ikisi öz siyasətlərini elə qurublar ki,onların məhsulları bütün əməliyyat sistemlərində işləsin.Ancaq İnternet Exploreri yalnız Winodws əməliyyat sistemində işlədə bilərsiniz.
Firefox İnternet Explorerin öz istifadəçilərinə nə qədər zəif xidmətlər təklif etdiyini göstərmək məqsədi ilə yaradılmışdı.Belə baxanda buna nal də oldular.İndi bütün parametrlərdə Firefox İnternet Exploreri qabaqlayir.İldən-ilə Firefox inkişafını davam etdirir,bazardakı payını genişləndirir.Həmçinin Firefoxun Windows Vista ilə uyğulaşdırılması,əvəzində isə Windowsun Firefoxdan görüntü elementlərindən istifadə etməsi haqqında razılaşmanın da Firefoxun son zamanlarda daha da populyarlaşmasında rolu danılmazdır.
Bəs Opera barədə nə deyə bilərik?Bu brauzerin sürəti və təhlüləsizliyi üzərində Norveçli mütəxəssislər işləyiblər.Ancaq onlar istifadəçilərinin sayının çox olmasına baxmayaraq reklama çox fikir vermirdilər.Dönüş nöqtəsi isə Mobil avadanlıqlar sahəsində demək olar ki boş olan bir yeri dolduran,özünə tərpənməz mövqe tutan Opera Mini və Opera Mobile-in yaradılması oldu.Həmçinin Opera İnternet Explorerdən daha rahat və səmərəlidir.Müqayisə elədikdə Opera Firefoxa sürətdə qalib gəlir.Digər tərəfdən Firefoxu istifadəçi öz ehtiyaclarına görə uğunlaşdıra bilər.Hətta mənbə kodunu da dəyişmək olar.Bir sözlə nə istəsən etmək olar,amma bu təcrübəli istifadəçilər üçündür,adi istifadəçilər üçün bu lazımsızdır.Firefoxun əlavə eləmək imkanları da var və belə imkanlar Operadakılara nisbətən azdır.Firefox bütün parametrərdə Operaya çata bilsə də sürət amilinin yerini tuta bilməz.Norveç şirkətinin ən böyük üstünlüyü isə şüarıdır:”Opera — Dünyanın ən sürətli brauzeri”
Nəticə:
Mənim fikrimcə iki brauzer də İnternet Explorerdən üstündür,amma hansının ən yaxşısı olduğuna qərar verə bilmirəm.Hər ikisinin də açıq-aşkar müsbət cəhətləri var.Brauzer seçimindən əvvəl istifadəçi fikirləşməlidir ki,ona nə lazımdır.Bir sözlə bu kompaniyaların yeniləşmələrini gözləyək,görək onlardan hansı daha yaxşı özünü göstərir…

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər:

  1. Admin dedi ki:

    Buyurun sizde rəylərinizi bildirin hansi browser yaxshidir)))

  2. BEAUTIFUL_LIFE dedi ki:

    mence opera yaxwidi mozilla firefox cox gec iwleyir ve tez -tez donur baxmayaraqki suret coxdu ve internet explore de ki uje qocalib o.en yaxwisi operadi

  3. МиниК_Сердце dedi ki:

    firefox

  4. Бакинка dedi ki:

    twklerrrrr

  5. merry-girl dedi ki:

    tesekkurler

  6. ::HappilY:: dedi ki:

    bizde mozilla firefox-du ))

  7. CooL_Man dedi ki:

    thank you…

  8. nurlana77 dedi ki:

    thanksssssssss

  9. KaLp_KaLpA dedi ki:

    [/color][color=#CC0000][u][i menimcin opere yaxwidi

  10. TORANLIQ dedi ki:

    tesekkurler

  11. Lord of Miracles dedi ki:

    Sps :))) am

  12. meymunka dedi ki:

    sposibo ocen klyovo!!!

  13. BadBoy dedi ki:

    Cox sag Olun Minnetdaram sizlere!!!

    *ILHAM User ForGenc.net
    *User of ForGenc.net company
    *registered on 13 Dekabr 2009 13:09
    * User ForGenc.net team

  14. BLACK STAR dedi ki:

    saol cina maraqlidi!!!

  15. АнгелоЧек dedi ki:

    opera gucludu,mozila qeshengdi

  16. QEMLI_GECE dedi ki:

    ezyete hormettwk

  17. yalniz_nifrat dedi ki:

    superr

  18. QEMLI_GECE dedi ki:

    IKISIDE