Zinət Əşyalarına Qulluq

Zaman keçdikcə bizim sevimli bəzək əşyalarımız özünün ilkin gözəlliyini və parıltısını itirir.Bəs necə etmək, necə saxlamaq lazımdır ki, bəzək əşyaları həmişə effektli görünsün?Bu elə də çətin deyil.Sadəcə ,aşağıdakılara əməl etməyiniz kifayətdir:
Qızılın təmizlənməsi:

Zin601;t 399;351;yalar305;na Qulluq

Qızıldan hazırlanmış zinət əşyalarını birlikdə təmizləmək təhlükəsizdir.Zinət əşyalarını içərisində müəyyən miqdarda yuyucu tozla qarışdırılmış su olan qabın içərisinə salıb mütəmadi olaraq silkələyin.Zinət əşyalarını bu məhlulun içərisində 1 sutka da saxlamaq olar.Sonra hər bir qızılı ayrılıqda yuyub qurulayın.Bu üsulla qaşlı qızılları da təmizləmək olar.
Rəngi qaralmış qızıl zinət əşyalarını soğan şirəsi ilə də təmizləmək mümkündür.Əgər rənginin qaralığı getmirsə,əşyanı soğan şirəsi ilə silib iki-üç saat saxlamaq, sonra isə suda yaxalamaq və qurutmaq lazımdır.
Əgər zinət əşyası öz əvvəlki parlaqlığını itiribsə, yenisini almağa tələsməyin.Qızıl əşyanı naşatır spirti əlavə edilmiş sabunlu məhlulda yumaq, sonra suda yaxalamaq və qurutmaq kifayətdir ki, ilkin görünüşü bərpa olunsun.Üzərində daş-qaş olan zinət əşyasını təmizləyərkən suya naşatr spirtindən 5-6 damcıdan artıq əlavə etmək olmaz.
Qızıl üzüyə parlaqlıq verməyin ən sadə üsulu dodaq boyasıdır.Boya zinət əşyasına bir neçə dəfə çəkildikdən sonra pambıq və ya kağız dəsmalla silinir.
Qiymətli daş-qaşa qulluq:

Zinət Əşyalarına Qulluq

Bir çox təbii daşlar yüksək rütubətə davamsız olur.Bunlar kəhrəba, mirvari, firuzə, opal və malaxitdir.Firuzə və mirvariyə hətta sabun köpüyü və ətir də zərərlidir.Əgər bilmədən həmin daşları sabunlu suya salsanız, tez adi suda yaxalayıb qurulayın.Mirvarini nəm və çirkdən kartof niçastası ilə təmizləmək mümkündür.Mirvariyə sirkə dəyməməlidir.Çünki mirvari sirkədə tez bir zamanda əriyir.
Mirvarini mütləq digər daş-qaşlardan ayrı saxlamaq lazımdır.Əslində mirvari yumşaq əskinin içində saxlanmalı, vaxtaşırı silinməlidir.Bildiyimiz kimi, mirvari insan bədəninin istisini sevir.Ona görə də mirvaridən nə qədər çox istifadə olunsa bir o qədər də təravətli olar.

Zinət Əşyalarına Qulluq

Firuzəni isə quyruq yağı ilə təmizləyirlər.Lakin bir şeyi də bilmək lazımdır ki, bitki yağları firuzəni korlayır.Kəhrəba və şirmayını isə sabunlu ilıq suda təmizləmək lazımdır.Şirmayını ağartmaq üçün tərkibində xlor olan yuyucu vasitələrdən istifadə etmək olar.
Bijuteriyaya qulluq:

Zin601;t 399;351;yalar305;na Qulluq

Tərkibində emal olan bijuteriyanı diş tozu və ya üzərinə bir neçə damcı naşatr spirti əlavə edilmiş adi təbaşirlə təmizləmək lazımdır.Metal bəzək əşyalarının dəridə boz ləkələr əmələ gətirməməsi üçün tərs istiqamətinə rəngsiz dırnaq boyası çəkmək olar.Şüşədən hazırlanmış bəzək əşyalarını sabunlu suda təmizləyirlər.Əgər muncuqlar adi sapın üzərinə düzülübsə, təmizləyərkən sabundan istifadə etməyin, dağıla bilərlər.Plastmas bəzək əşyalarını da sabunla yumaq olmaz.Ağac materialdan hazırlanmış bərbəzəyi isə ümumiyyətlə, sudan uzaq tutmaq lazımdır.Onlara yağlı əl ilə də toxunmaq və ya bədən üçün yağlı kremlərlə təmas yaratmaq olmaz.

buz_qelb

Şərhlər:

  1. BadBoy dedi ki:

    Axrinci Wekildeki Uzug Lezzet eledi Cooldu !!! Xebere Gorede Tewekkur!!

  2. yalniz_nifrat dedi ki:

    superrr

  3. DaviDoFF dedi ki:

    cox saol xebere gore..

  4. Cristi dedi ki:

    Coxxxxxxxxx sagol dostik!!! SUPERRRRRRRRRRRRRRR xeber idi!!!! girl_ang

  5. buz_qelb dedi ki:

    SERHLERİNİZDEN OTURU HAMİNİZA TSKKRLR.

  6. Angelocka dedi ki:
    heart buz_qelb heart
    Cox sagolun..Ellerinize sagliq..Maraqli ve cox vacib melumatlar idi..Kimin qizilla arasi yaxiwidrsa oxusun..Ama menim aram olmasada oxudum.Hec olmasa yaxinlarima xeyrim deysinde:)) redaktorlar cox sagolun sizde redakteye gore opucuk
  7. BalaM dedi ki:
    buz_qelb cox sagol
  8. ZakonLubvi dedi ki:

    icecream marojna yeyirsiz?

  9. QEMLI_GECE dedi ki:

    maraqlidi cox sagol xebere gore

  10. girl_from baki dedi ki:

    cox sag ol qizilla aram yoxdur

  11. Melekcik dedi ki:

    tewekkur edirem maraqli melumatlara gore ellerine salik

  12. Leonel-207 dedi ki:
    maraqli melumata cekdiyin eziyyete gore cox sag ol…
  13. LowRider dedi ki:

    wooow twklerrrr

  14. Single Girl dedi ki:

    cox sagol , ama inanmiramki bunlara emel edim,chunki neyi aliramsa atiram qalir oz qutuusnda men goturub ona qulluq eden deyilem,gerek ozu ozune qulluq edsin:)

  15. Бакинка dedi ki:

    cox saol xebere gore..