Siz Heç Gözləmədən Sevdinizmi?

alt

Heç gözləmədən sevdinizmi?

Yəni Bu gün zəng etmədi demədən,bu an harada görəsən? deyə öz özünüzə sual vermədən,dd günümü xatırlayacaqmı görəsən? deyə bir gözləmə içinə girmədən… Sevdinizmi heç?

Yanındakı yoldaşına aldırmamağı öyrənib amma aldırmırmış kimi etmədən, həqiqətən aldırmadan,bitəcəksə bitər,bunu mən dəyişdirə bilməm, məni sevməyi buraxmasını dəyişdirə bilməyəcəyəm kimi deyə düşünüb.Onu yersiz qısqanclıqlara boğmaqdan və özünüzü köhnəltməkdən imtina edə bildinizmi heç? Heç gözləmədən çalan bir qapıda, onu qarşınız da görmək nə gözəldir bilirsinizmi?

Gözləmədiyiniz bir anda hədiyyə almaq ən sevdiyinizdən…

Və gözləmədən gələn bir səni sevirəm mesajının dadına vara bildinizmi heç? Siz istədiyiniz üçün deyil, o istəyir deyə edildimi bütün bunlar?

Və gözləmədən sevmənin dadına baxa bildinizmi heç?

Bu gün məni xatırlamadı yerinə,heç gözləmirdim,sənin gələcəyini deyə bilmək nə gözəldir halbuki… Onu boğmadan, özünüzü boğmadan sevə bilmək nə gözəldir…

Sahiblənmə duyğusundan uzaq, sevmənin, sevilmənin hiss edə bildinizmi heç? Edilməmiş davranışlar, deyilməmiş sevgi sözləri ilə öz özünüzü eşq çıxmazında itirəcəyinizə,heç gözlənilməyən bir dəstə çiçəklə xoşbəxt oldunuzmu? Gözləmədən sevin…

Niyə axtarılmadım deyə düşünüb öz özünüzü yormağınıza, heç gözlənilməz bir “Sənin üçün darıxdım” mesajı ilə eşqi tutun.. Gözləmədən sevin…

Mən, gözləməsiz sevirəm…

O, sizin sevgiliniz olduğu üçün deyil. Onu sevdiyiniz, onun da sizi sevdiyi üçün sevin… Sevgiyə qarışan gözləmə deyilən xəstəliyi dərhal silin eşq səhifələrindən…

Görəcəksiniz ki, o zaman eşq, başqa bir gözəl…

Görəcəksiniz ki, o zaman sevimli,daha bir romantik…

Görəcəksiniz ki, o zaman sevmək və sevilmənin damaqlarda buraxdığı dad, insanı dəyişir…Mən, gözləmədən sevirəm… Onun harada olduğunu maraqlanmıram…

Məni bu gün niyə axtarmadı deyə keçirmirəm içimdən, axtarmadığı zamanlarda…

Gələcəyə dair xəyallarım da yox onsuz da…

Mən, sevgini yaşayıram…

Melekcik

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    cox sag ol xebere gore…ellerine sagliq…

    hec gozlemeden sevdinizmi?


    gozlemeden aha sevdim..heqiqetende sevib sevilmek cox gozeldir…

  2. Avtosh_227 dedi ki:
    cox sagol xeber gore.sevgi yoxdur…
  3. emrah dedi ki:

    hec ne basa dusmedim

    oxumamsdim ona gore hecne basa dusmurdum beli gozlemeden sevmisem birce baxisa asiq olmusam

  4. Cristi dedi ki:

    Coxxxxxxxxxxxxxxx sagol baciw!!! opucuk

  5. BadBoy dedi ki:

    Xeber Cox Maragli idi

  6. girl_from baki dedi ki:

    eladi cooooox sag ol

  7. DaRk_AnGeL dedi ki:

    elbette sevmiwem ozude hec gozlemeden heart

  8. ALoNe_AnGeL... dedi ki:

    Heз gцzləmədən sevdinizmi?
    Beli sevdimde sevildimde

    twk xebere gore ela idi applause

  9. Melekcik dedi ki:

    Leonel-207,
    QEMLI_GECE,
    EL3ktra,
    BalaM,
    Single Girl,
    Xuliqan-EH-427,
    star,
    cox sagolun werhlere gore

  10. star dedi ki:

    senin xeberlerini cooooox beyenirem,sagol.

  11. Xuliqan-EH-427 dedi ki:

    sevginii Avtobus dayanacaqinaa Cevirdizkii Lapp Onudaa Gozluyurler Beyemm Odaa Olandaa 1 defe olurr .Demek Olarki Her Insaninn Heyatinda Bidefee Olur Men Bilendee Ilk Mehhebet Deye Adlanirr ..Mende O xESTELIYE vaxti ile Tutulmuwam

  12. Single Girl dedi ki:

    Sevgi haminin bashina dash salib amma men uje o dawin altindan cixa bildim Artiq sevgi yoxdu demek isteyirem amma aglima gelirki bir vaxtLar mende sevmiwem neyse heyatim thankS xebere gore))

  13. BalaM dedi ki:
    Sevginin bawina daw))) Melekcik xebere gore cox sagol canim give_rose
  14. El3ktra dedi ki:

    hec gozlemeden sevdinizmi?

    Sevdim ama indi onu nifretle aniram….Eslinde emin deyilem.Belke de ferqli gorduyu uchun sevdiyimi sandim…

  15. QEMLI_GECE dedi ki:

    eladi cox sagol elelrine salik

  16. Dj_Robot dedi ki:

    gözləmədən sevmənin dadına baxa bildinizmi heç?

    Cox sagol tanimadan sevdinizmi hec sizler men bunu eledim!