Aysel Teymurzadə


alt

– Fotoaparata meyl hardandır səndə?

Şəkil çəkməyi sevsəm də çox xoşuma gəlir ki, kimsə mənim şəklimi çəksin. Bu yaxınlarda özümə professional fotoaparat aldım. Düzdü fotoaparatım var idi, amma çəkdiyim zaman ürəyim istəyən effektlərdən istifadə edə bilmirdim. Özlüyümdə qərar verdim ki, son model fotoaparat alım və gördüyünüz kimi hər bir məclisə özümlə fotoaparatımı aparıram. Ruslarda belə bir deyim var, “Я всегда беру с собой видео-камеру”.

– Fotoaparatının qiymətini söyləyə bilərsən?

– Hə deyə bilərəm, 1300 manatdır.

– Bir anın içində əlinə fürsət verilsə ki, Aysel fotoaparatını da götür və kimi istəyirsənsə, onun da şəklini çək. O zaman obyektivini birinci olaraq hansı məşhura yönəldərdin?

– Azərbaycanda yaşayan ulduzlardan olsaydı, bir az götür-qoy edərdim. Amma xarici ulduzları fotosessiya etmək kimi imkanın olsaydı, fikirləşmədən təyyarəyə minib düz İtaliyaya – aktrisa Monika Belluççinin fotolarını çəkməyə gedərdim. Həyatda idealım olmasa da, məncə, o, əsl qadın idealıdır.

– Nə səbəbdən M.Belluççi Bakıya daş-qaş butikinin açılışına gəldiyi vaxt onunla görüşmək imkanını əlindən qaçırdın?

– Xəbər tuta bilməmişdim. İndinin özündə də çox təəssüflənirəm.

– Bəs telekanallarımızın birində “paparasi” proqram açılsaydı, orada aparıcı və ya müxbir kimi işləmək istərdin?

– Bizdə “paparasi” yoxdur. Çox istərdim ki, Azərbaycanda “paparasi”lər olsun. Necə xarici KİV-in əməkdaşları bəzi Holivud ulduzlarını, loru dillə desək, yaxalayırlarsa, qoy bizdə də bu ənənə formalaşsın. Mənim “paparasi” olmaq kimi istəyim yoxdur. Amma, paparasi şou-biznesin bir hissəsi olduğu üçün, bizdə də bu tendensiyanın yaranması maraqlı olardı.

– Birdən, özün onlara tuş gəlsən, necə?

– (təəccüblənərək) Nə çəkəcəklər? Evdən çıxıb, mağazadan çörək almağımı? (gülür).

– Demək, mağazaya da gedirsən? Bəs harda qaldı o, məşhurlara xas olan ədalar?

– Özümü sadə insanlardan fərqləndirməmişəm heç zaman. Bilirəm haqqımda elə fikir formalaşıb ki, guya Aysel, qızılın-brilliantın içində üzür. Yox, əzizlərim, bu belə deyil. Sadə həyat sürdüyümlə bağlı misal da göstərə bilərəm. Evdə təzə pişiyim var. Əllərimi cırmaq-cırmaq edib. O gün ac qaldığı üçün möhkəm ağlayırdı. Mən də idman ayaqqabımı ayağıma geyinib, yaşadığımız yerdən 3-4 məhəllə uzağa gedib, dükandan pişiyim üçün yemək almağa getdim. Az əvvəl dediyim kimi biz hamımış insanıq. Xarici ulduzların gündəlik həyat tərzlərinı nəzər salanda da görünür ki, onlar daim sadəliyə üstünlük verirlər.

– Yaxşı, de görək, pişiyi sənə kim bağışlayıb?

– Heç kim, özüm almışam. Moskvadan sifariş vermişdim, gətirmişdilər.

– Qiymətini bilmək olar?

– … Fotoaparatımın qiymətini söylədim də. Olar pişik üçün verdiyim məbləği açıqlamayım?

– Artıq qazanc yerinin hardan olması çox maraqlandırdı məni.

– Biznes sirridir.

– Yəni qazancın elə çoxdur ki?

– Müğənni kimi toy məclislərinə getmədiyim üçün, ancaq müxtəlif brendləri reklam etməklə qazanıram. Bir də bəzi korporotiv gecələrə qatılmaqla qonorar əldə edirəm.

– Toylara getməməyinin səbəbi nədir?

– Həmişə demişəm, yenə də təkrarlayıram, tanınmış Amerika müğənni Cenifer Lopez də toylara gedir. Əksinə sevinərəm ki, gedib kiminsə şad günündə şahidlik edim. Digər tərəfdən isə açığı, toyların dərinliyinə girmək istəmirəm. İllər öncə qatıldığım “Yeni Ulduz” mahnı müsabiqəsindən sonra istəsəydim toylara, şou-proqramlara gedərdim. Amma mən o yolla getmək istəmədim. Bu mənim subyektiv fikrimdir. Yəni “Eurovision” səhnəsi özümü təsdiqləməkdən ötrü, mənim üçün həddindən artıq ideal məkan oldu. Bu səviyyə mənimçün çox vacib idi.

– Nə səbəbdən “Eurovision-2010” Azərbaycan milli seçimlərinin yarımfinalı və finalı zamanı verdiyin açıqlamalarında bildirirdin ki, iştirakçılar arasında favoritin yoxdur. Bu addımı atmaqla, namizəd olmuş gənclər arasında ayrı-seçkilik salmamağa önəm verirdin?

– Bəli, heç kimi ayırmadım. Dedim ki, kimin seçilməsindən asılı olmayaraq, mən Azərbaycandan seçiləcək iştirakçını dəstəkləyəcəyəm. Sevinirəm ki, Səfurə Əlizadə seçildi və mən onu dəstəkləyirəm. Səfurə xanıma uğurlar arzulayıram. İnşallah yaxşı yer tutub, hamımızı sevindirər.

– Səfurənin oxuduğu mahnı dəqiqləşib artıq. Heç dinləmisən?

– Milli seçimlər zamanı onun bütün mahnılarına qulaq asmışam. “Drip-drop”u da bəyənirəm. İndi çox çətindir bu mahnının qalib gəlib-gəlməyəcəyi haqda dəqiq rəy vermək. İnşallah, Səfurə xanımın Osloda çıxışı zamanı bütün suallar öz cavabını tapacaq.

ZakonLubvi

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    cox sag ol xebere gore…ilk xeberin munasibeti ile tebrikler…axarinci olsun…

  2. KonSTanTiN dedi ki:

    Xebere gore cox sagol 1 ci xeberindi Axirinci yox axarinci olsun

  3. QEMLI_GECE dedi ki:

    cox sagol eziyyete gore ,,

  4. KaPRizNayA dedi ki:

    Geweng qizdi,ama menim xoshum gemirde bundan,yenede eziyyete hormet…

  5. pink_panther dedi ki:

    hmm cox sagolun

    a

  6. Cristi dedi ki:

    Aysele soz ola bilmezde coxxxxx sagol!!! girl_ang

  7. TORANLIQ dedi ki:

    eziyyete gore tesekkurler

  8. Dj_Robot dedi ki:

    tewekkur xebere gore tewekkur

  9. Avtosh_227 dedi ki:

    cox sagol.

  10. МиниК_Сердце dedi ki:

    twk

  11. DaRk_AnGeL dedi ki:

    maraqli melumatdi tewekkurler xebere gore heart

  12. BadBoy dedi ki:

    Milletin Pulunu Udurlar Bow Bow Weylere Pul Tokurler Bununla Goresen Hara Gedeceysen Azerbaycan…..

    Camahatv Acinnan Olur Bunlar Ne Hayda

  13. DaviDoFF dedi ki:

    cox saol eziyyete gore.bu aysel olmeyib xele ? =) ilk xeberun olmaqi ile tebrikler axarinca olsun.

  14. BalaM dedi ki:
    ZakonLubvi cox sagol baciw xebere gore give_rose
  15. Melekcik dedi ki:

    cox sagol xebere gore ilk xeberin mubuwdi))

  16. BuBLiK dedi ki:

    cox sagol baciw))ilk hebarunen tebrikler=))

  17. Gunes dedi ki:

    xebere gore tewekurler.

  18. _Aynur_ dedi ki:

    Xebere gore cox saq ol canim…

  19. ZakonLubvi dedi ki:

    utan tewekkur haminiza rey yazdiginiz ucun

  20. Melekcik dedi ki:

    Sitat: ZakonLubvi
    tewekkur haminiza rey yazdiginiz ucun


    biwey diyil angel

  21. VERY_SHY dedi ki:

    Я всегда беру с собой видео-камеру laugh1
    u nix yest takaya pereda4a.maraglidi