Küçə uşaqları haqqında faktlar


alt

1.Onlar özləri haqqında məlumatları bölüşürlər, lakin bunun üçün onlarla bir müddət söhbət etmək lazımdır. Orta hesabla bir uşaqla ünsiyyət yaratmaq üçün 15-25 dəqiqə vaxt tələb edilir. Uşaqlarla ünsiyyət yaratmağa maneə olan əsas səbəb digər böyüklərin müdaxiləsidir.

2. Uşaqların təhsil səviyyəsi aşağıdır. Onlar hətta danışmaq üçün söz tapmırlar, hər hansı bir hadisəni izah etməyə çətinlik çəkirlər.

3. Uşaqlar sözləri hərif-hərif və ya hecalarla oxuyur. Bəziləri hesaba bir qədər diqqət verir (alqı-satqı ilə məşğul olanlar), çox pis yazırlar. Onların təhsil səviyyəsinin korreksiyası mövcud ibtidai məktəb dərslikləri qaneedici deyil.

4. Küçədə işləyən uşaqların bir qismi məktəbdə oxuyur, lakin bir sıra səbələrdən təhsilə maraq göstərmir.

5. Baxımsız uşaqlar onlar üçün yaradılan mərkəzə maraq göstərir, həmin mərkəzlərə heç bir əlavə tədbirlər görülmədən gəlmək meyilləri göstərirlər. Onlarda xüsusi ilə idmana, rəsm və digər yaradıcı məşğələlərə maraq var.

6. Uşaqların küçələrə düşməsinin əsas səbəbi bir çox hallarda ailənin maddi vəziyyəti olsa da, daha çox ailənin psixososial vəziyyəti və məktəbin (cəmiyyətin) diqqətsizliyi və nəzarətinin zəifləməsidir.

7. Küçədə işləyən uşaqlar oraya çox vaxt valideynləri (böyüklər) tərəfindən göndərilir və yaxud onlar etiraz etmir. Orta hesabla işləyən uşaq 2-10 manat qazanmaq imkanı var.

8. Küçədə işləyən və yaşayan uşaqlar öz üzərlərinə köməkçi, bələdçi rolunu məmnuniyyətlə götürür, digər uşaqlarla əlaqə yaratmaq üçün kömək edir. Lakin onlar bunu polis əməkdaşları və jurnalistlər üçün etməkdən boyun qaçırır.

9. Uşaqlar interaktiv əlaqələrin yaradılmasına maraq göstərir. Onlara əlaqə üçün verilən telefon nömrələri və ünvanlardan istifadə edir.


10. Uşaqların psixososial yardıma ehtiyacları var. Onların böyük hissəsi öz problemlərinin həlli üçün hər hansı bir təşkilat, qurum, fərdə müraciət etmək istərdilər.


11. Uşaq hüquqları haqqında biliklərə malik deyillər və özlərinə kömək etmək üçün real yolları təsəvvür etmirlər, daha çox xəyali planlar çəkirlər.

12. Baxımsız uşaqlarla küçə şəraitində aparılan işlərin təcrübədən keçirilib və tövsiyə kimi hazırlana bilər.


13. Uşaqlara şəxsi gigiyena, özünü müdafiə, hər hansı istismara məruz qalmamaq üçün əsas biliklər, pis vərdişlərin nəticələri və sair bu kimi vacib mövzuların aşılanmasına ehtiyac var.

Küçə uşaqları problemlərinin yaranma səbələri

“ Küçə uşaqları” probleminin yaranmasının əsas səbəbləri ailələrin iqtisadi və sosial vəziyyətlərinin pisləşməsi olur. Işsizlik və gəlirlərin azalması ailələri əlavə gəlir mənbələrin axtarmasına vadar edir. Bu problemlər bütün ölkələrdə təxminən eyni qaydada baş verir. Lakin Azərbaycanda uşaqların küçələrə çıxmasına əsas təsiri ölkəyə qarşı Ermənistan tərəfindən aparılan elan edilməmiş müharibə göstərdi. Obyektiv səbəblərdən biri ölkədə bir milyona yaxın qaçqın və məcburi köçkünlər ordusunun (onlardan təxminən 280 min nəfəri uşaq və yeniyetmələr idi) olmasıdır.

Beləliklə, bu problemin yaranması obyektiv ictimai və sosial iqtisadi amillərlə bağlıdır:

 Hərbi konflikt nəticəsində zərər çəkənlər (valideynlərini itirmiş yaxud qaçqın və köçkün ailələrdən olan uşaqlar);

 Miqrasiya proseslərinin kəskin artması;

 Sosial iqtisadi problemlər;

 Natamam,tək analardan,yeniyetmə analardan ibarət ailələrin olması


Bu səbəblər obyektiv olaraq kimsəsiz və baxımsız uşaqların sayının artmasına gətirib çıxarır. Bununla yanaşı aşağıda qeyd olunan mədəni və mənəvi-psixoloji amillər də bu sahəyə öz təsirini göstərir:

Bazar iqtisadiyyatına keçid, yüksək işsizlik ailələrdə uşaqların öz təhsilini davam etdirməsinə maraqları azaldıb.Bir kateqoriya valideynlər bu və ya digər səbəblərdən uşaqlarının məktəb əvəzinə küçədə işləməsinə üstünlük verməyə meyillidirlər;

 Aşağı yaşayış səviyyəsi ona gətirir ki,artıq “savadsızlıq” ictimai rəy tərəfindən mənfi qiymətləndirilmir,savadsızlıq adiləşir.

“Küçə uşaqları”nın sayının müəyyənləşdirilməsi

Küçədə uşaqların sayını göstərən rəqəmlər daim dəyişkəndir-mövsümdən,polis reydlərindən və s. asılıdır. Ümumiyyətlə,dünya praktikasında bu rəqəmin etibarlı müəyyənləşdirilməsi metodikası yoxdur.

P.S.Bilirem ki,bu xeberi onsuzda cox Adam axira kimi oxumayacaq

pink_panther

Şərhlər:

  1. BalaM dedi ki:
    pink_panther xebere gore cox sagol give_rose
  2. DaRk_AnGeL dedi ki:

    maraqli xeber idi applause

  3. Cristi dedi ki:

    Coxxxxxxxxxxxxx sagol qaqaw girl_ang girl_ang

  4. yalniz_nifrat dedi ki:

    superrr

  5. TORANLIQ dedi ki:

    tesekkurler maraqli xebere gore bayaca

  6. Avtosh_227 dedi ki:
    Emeye Hormet
  7. rihanna dedi ki:

    xebere gore cox sagol.

  8. Ayselka dedi ki:

    oxumaqlari yaxwidi bunuda onlarin valideynleri duwunmelidir

  9. fanya_ya dedi ki:

    en chox kuche ushaqlari amerikanli olurlar saq ol xabara gora

  10. Single Girl dedi ki:

    Kuche uwaqlari….Eh Bu valideynlere ne deyesen axi…INsanda yeni insaf qalmiyibki?oz canindan oz qanindan olanlari necede kuceye ata bilirler necede onlari ata anasiz qoya bilirler…Bu insanlarin cezasi axiretde cehennemin en isti yerinde oz gunahlarile yanmaq olacaq….Cox sagol xebere gore,cox acinacaqli haldi dogurdanda….

  11. QEMLI_GECE dedi ki:

    COX SAGOL XEBERE GORE ELADI ELLERINE SALIK

  12. Melekcik dedi ki:

    xebere gore cox sagol..ALLAH hec bir uwagi kucede qoymasin

  13. BuBLiK dedi ki:

    P.S.Bilirem ki,bu xeberi onsuzda cox Adam axira kimi oxumayacaq


    xaxa duzdu men ahracan ohimadim amma sen bilirsen nia!)) men bunu ahracan ohimahcun 2 saat vaht lazimdi=)))))))
    cox sagol balaca allarina salik=)

  14. LowRider dedi ki:
    Pink_Panther спасибо:)
  15. Firuze dedi ki:
    Sag olun maraqli idi…………

    applause

  16. ZakonLubvi dedi ki:

    heart exxxxxxxxx yazik uwaqlar

  17. ALoNe_AnGeL... dedi ki:

    Sagol xebere gore applause

  18. El3ktra dedi ki:

    Her bir aile ilk novbede usaginin tehsili ucun chalishmalidi.Amma ekser aileler imkanin yoxdu deyib usaqlari tehsilden yayindirirlar.Ne bilim onlari da qinamiram.Amma tehsil bu gun ucun her menada cox onemlidir.Tesekkurler xebere gore!

  19. BadBoy dedi ki:

    Gaga Xebere Gore sps…Yeri Var

  20. pink_panther dedi ki:
    reylerinize gore twk