“Müsəlman” qanda deyil, əməldə olmalıdır…

alt

“Müsəlman” o kəsdir ki, namazlarını yerinə yetirir, oruc tutur, zəkat verir və həyatını Allahın razı olacağı tərzdə qurur və yaşayır… Müsəlman dediyin kəsdən zərər gəlməz. O Allahın yer üzünə göndərdiyi xəlifədir. “Müsəlman” dediyin kəs həm əxlaq baxımından həm də insanlıq baxımından öndə olmalıdır. Zəkat verərək Allahın ona verdiklərini Allah yolunda xərcləməlidir. Namazlarını vaxtı vaxtında yerinə yetirməli və həyatında bir dəfə də olsun Allahın müqəddəs qıldığı məmləkətə, Kəbəyə getməlidir, ziyarət etməlidir. Hal- hazında kimdən soruşsan özünə kor-koranə “müsəlmanam” deyəcək… Qumarla, zinayla, içkiylə, min cür əxlaqsızlıqla, oğurluqla, yalanla, faizlə yenə də özünə “müsəlmanam” deyəcək… Yaxşı, ey insan! Müsəlman olmağın şərtləri var. Bunlara əməl etmədən necə müsəlmanam deyə bilirsən? Bu bilirsənmi nəyə bənzəyir? Mən işləmirəm amma bütün ömrü boyu hər kəsə deyirəm ki, “mən işçiyəm”… necə də gülməlidir elə deyilmi? Sabah bir gün öləcəksən. Qəbirdə mələklər sənə bir neçə sual verəcəklər. Bunlardan biri “Dinin nədir?” olacaq. “Dinim İslam, müsəlmanam” deyə yalan deyəcəksən. Mələklər sənə deməzlərmi “müsəlmanam deyirsən amma həyatın boyu bir dəfə olsun Quranı vərəqləmədin, bir dəfə olsun namaz qılmadın, bir dəfə olsun oruc tutmadın, ayda filan qədər maaşla bir dəfə olsun zəkat vermədin, qurban kəsmədin, Kəbəyə getmədin… Müsəlmanlığını necə sübut edəcəksən? Bəlkə “Kəlimeyi Şəhadət” gətirəsən? –deyə soruşacaqlar. Bəs Kəlimeyi Şəhadəti bilirsənmi? Cavabın “xeyr”-dirsə o zaman heç bir qurtuluşun yoxdur… Allah qorusun….

Unutmayın! Müsəlmanlıq qanla gəlmir. Atam müsəlmandırsa mən də müsəlmanam deyə bir şey yoxdur. Müsəlman əməldə olmalıdır, qanla deyil….

PS: Ətrafınızda olan insanlardan Kəlimeyi Şəhadətlərini soruşun. Araşdırma aparın.Neçə faizi öz “kəlimeyi şəhadətlərini” bilir? Bunu öyrənin…

Firuze

Şərhlər:

  1. Single Girl dedi ki:

    Men shexsen 1-2neferi taniyiramki kelimeyi sehadetlerini bilmirler Allahim ozu bizi qorusun bacishkam cox sagol xebere gore)

  2. yalniz_nifrat dedi ki:

    super

  3. Cristi dedi ki:
    Allah Razi Olsun
  4. BadBoy dedi ki:

    Allah Razi Olsun…

  5. pink_panther dedi ki:
    ALLAH RAZI OLSUN COX SAGOL

    H

  6. TORANLIQ dedi ki:

    tesekkurler

    tesekkurler

  7. bakili balasi dedi ki:
    cox sagol xebere gore Allah razi olsun
  8. girl_from baki dedi ki:

    Allah razi olsun,ve bize yardimci olsun,muselman adina layiq olaq

  9. DaRk_AnGeL dedi ki:

    xebere gore tewekkurler Allah razi olsun girl_ang

  10. QEMLI_GECE dedi ki:

    cox sagol allah razi olsun

  11. BalaM dedi ki:
    Xebere gore cox sagol baci..Allah razi olsun
  12. morgan dedi ki:

    Single Girl,
    sen bir iki nefer ama men kifayet qeder
    duzu deyim bunlarin hamisini bilirem
    ve bir de ki bir muselman qardash diger muselman qardashin dilinden emin oldugukimsedir
    gelin kimseye yaan danishmayaq yalniz yaxshi emellerimizle yaddda qalaq
    hami bizim esl xasiyyetimizi tanisim emin olsun ki biz nece insaniq

  13. Avtosh_227 dedi ki:

    Unutmayın! Mьsəlmanlıq qanla gəlmir. Atam mьsəlmandırsa mən də mьsəlmanam deyə bir şey yoxdur. Mьsəlman əməldə olmalıdır, qanla deyil….

    mence duz sohbetdir.cox sagol dostikim.ela xeber idi.ellerin derd gormesin…