Peşmançılıq…

Pe351;man231;305;l305;q....

Hər kəs peşmandır həyatda..

Ömrünü hədər edən də peşmandır, özünü bir heç uğruna məhv edən də peşmandır.

Fani həyatı asan zənn edən də peşmandır, hirsinin əsiri olan da peşmandır.

Şükr edən də peşmandır, səbr edən də… Biləndə peşmandır bilməyən də…

Birincidəkilər, cəhalətin, məlumatsızlığın, nankorluğun, tükənmişliyin, insan qala bilməmənin, hədəfə çata bilməmənin peşmanlığını yaşar.

Bu “mənfi peşmanlıqdır”.

İkincidəkilər isə, nemət verəni tapdığı, Onun hüzurunda yaşadığı və yaşadıldığını gördüyü, qorunub gözlənildiyini hiss etdiyi və əsirgənilib bağışlandığını idrak etdiyi halda, şanına yaraşar şükrü sərgiləməkdə acizlik hiss etmə peşmanlığıdır.

Bunlarınki da “müsbət peşmanlıqdır”

Mənfi peşmanlıq, son peşmanlıqdır ki heç bir fayda verməz, müsbət peşmanlıq isə insanı yüksəldən bir axtarışdır, faydası çoxdur…

Hamımızın qarşısından bir həyat keçir..

Və eyni anda hamımızın həyatından bir keçmiş keçir.

Həyat və keçmişin təsirində biz həm bir gələcək həm də bir keçmiş namizədiyik.

İnsan olduğumuz qədər də insanlıqdan yanayıq…

Bu günki “böyük insanlıq mənzərəsi” də bizim əsərimizdir.

Keçmişiylə, gələcəyiylə məsuliyyət bizə aiddir.

Məsul və günahkar insandır… Və hər insan peşmandır…

Yeri əsla yaramayacağı, boyu dağlara çata bilməyəcəyi halda yer üzündə lovğalanaraq gedən insan peşmandır.

Qürurluluğu təvazökar olmağa seçən insan peşmandır…

Ölümdən qorxub da ölümü yox etməyə çalışan insan peşmandır…

Ölüm sonrasına hazırlıq etməyən insan peşmandır…

Ölümdən nəsihət götürməyən insan peşmandır…

Hər şeyin öhdəsindən gələ bilməyəcəyini tez unudan insan peşmandır…

Heç kimin özünə güc çatdıra bilməyəcəyinə inanaraq hər şeyə hakim olmaq üçün məşğul olarkən həyatı yaşanmaz hala gətirən insan peşmandır…

Çarəsizlik tələsinə düşən, hər vəziyyətdə və hər vaxt bir ümid işığı olduğunu ağılından çıxaran insan peşmandır…

Etdiyi yaxşılığı böyük görüb başa qaxan və yaxşılıqlarını izah edərək onları qiymətsizləşdirən insan peşmandır.

Yaxşılığı qarşılıq gözləmədən etməyən insan peşmandır…

Yaxşılıq etmə imkanı önünə qədər gəldiyi halda yaxşılığa əli çatmayan insan peşmandır…

İnsanları xor və alçaq görən peşmandır…

Böyüklük kompleksinə qapılıb, insanları əzərək yoldaşlarını özündən uzaqlaşdıran insan peşmandır…

Özünə bir pislik edildiyində dərhal cavab verən insan peşmandır.

İnandığı kimi yaşamayan insan peşmandır…

İnsanları özündən uzaqlaşdıran və getdikcə eqoistləşən insan peşmandır…

Yalana göz qırpan insan peşmandır…

Nəfsindən razı olan insan peşmandır…

Haqq və ədalət duyğusunu itirmiş insan peşmandır…

Ağılına gələni söyləyən, sözü dartmasını bilməyən insan peşmandır…

İnsanlara güvən verməyən insan peşmandır.

Nümayiş edib xeyirə də mane olan insan peşmandır…

Mərhəmət etməyən insan peşmandır…

Ağlını, ürəyini işlətməyən insan peşmandır…

Özündən yaxşı vəziyyətdə olanlara baxıb kədərlənən insan peşmandır…

İmkanlarını insandan yana istifadə etməyən insan peşmandır.

Allahdan qorxmayan insan peşmandır…

Allahdan haqqıyla qorxmayan insan da peşmandır…

Günah və səhvini bildiyi halda tövbə etməyən insan peşmandır…

Yaşayarkən vicdanının səsini eşitməyən insan peşmandır…

Bilən də peşmandır bilməyən də… İnanan da peşmandır inanmayan da…

Ele men de Peshmanam!….

JESSICA

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Yalana gцz qırpan insan peşmandır…
    Nəfsindən razı olan insan peşmandır…
    Allahdan qorxmayan insan peşmandır…
    Allahdan haqqıyla qorxmayan insan da peşmandır…
    Gьnah və səhvini bildiyi halda tцvbə etməyən insan peşmandır…

    cox sag ol xebere gore heqiqetende cox gozel ve heqiqete tam uygun sozlerdir…

  2. Firuze dedi ki:

    Allah hec kime vermesin….
    xebere gore cox sag ol dosdik…ela……….

    applause girl_ang tewekkurler……….

  3. girl_from baki dedi ki:

    pewmanliq insanin icini gemiren yox eden bir hissdir.cox sag ol xebercun

  4. pink_panther dedi ki:

    coxxx sagolll

  5. Cristi dedi ki:

    Yalana gцz qırpan insan peşmandır…

    Nəfsindən razı olan insan peşmandır…

    Haqq və ədalət duyğusunu itirmiş insan peşmandır…

    Ağılına gələni sцyləyən, sцzь dartmasını bilməyən insan peşmandır…

    Sagol canim menim………… wirin opucuk wirin opucuk

  6. Melekcik dedi ki:

    heqiqeten cooox duzgun sozleri var coox sagol

  7. DaviDoFF dedi ki:

    Elediyun xereketden Pewman olma cunki bunu eliyinde yaxshi yaxshi fikilewib ederdunki Pewman olmuyasan cox saol xebere gore.

  8. JESSICA dedi ki:

    Reyleriniz ucun tewekkurler haminiza… hello

  9. BadBoy dedi ki:

    JESA Xebere Gore Sps Minnetdaram…

  10. JESSICA dedi ki:

    Reyleriniz ucun cox sag olun….Ellerinize sagliq canlarim menim…..

  11. El3ktra dedi ki:

    Men de pesmanam….
    Deyersiz insanlari deyerli bildiyim ucun,deyersiz saydiqlarimin zamaninda deyerini anlamadigim ucun,ozume haqsizliq etdiyim ucun,ureyimi susdurdugum ucun cox ama cox PESMANAM….

  12. BalaM dedi ki:
    sagol baci ela xeberdi give_rose
  13. buz_qelb dedi ki:

    heart Cox sagolun maraqliydi. heart

  14. IzYuMinKa dedi ki:

    xebere gore cox sag ol maraqli xeberdi… Insan her hansi addimi atmamiwdan once yaxwi fikirlewmelidiki sonra pewman olmasin etdiyin hereketden cunki sonraki pewmanciliq fayda vermi!!!

  15. QEMLI_GECE dedi ki:

    coxx maraqli xeberdi ellerine salik

  16. _Aynur_ dedi ki:
    Allahdan qorxmayan insan peşmandır…

    Allahdan haqqıyla qorxmayan insan da peşmandır…

    Gьnah və səhvini bildiyi halda tцvbə etməyən insan peşmandır…

    Yaşayarkən vicdanının səsini eşitməyən insan peşmandır…

    Bilən də peşmandır bilməyən də… İnanan da peşmandır inanmayan da…

    Cooooox saq ol canim maraqli xeberdi ellerine saqliq…

  17. bakili balasi dedi ki:

    cox sagol xebere gore man hecnadan pewman deyilam cunki hayat davam edir

  18. yalniz_nifrat dedi ki:

    Sitat: bakili balasi
    mamed skazal mamed zdelal


    neca da dostik duz digireee,xi xi

  19. fanya_ya dedi ki:

    gozal xabardi ellarin dard gormasun twk angel