Bu gün ADNA-da törədilən terror aktından 1 il ötür

 

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 1 il ötür. Bütün Azərbaycanı dəhşətə gətirən hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verdi. ADNA-ya daxil olan silahlı şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atılan atəşlə xəsarət yetirib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.


Ali təhsil ocağındakı qətliamın qarşısını almaq üçün hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsi, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları göndərilib. Ərazidə olan silahlanmış polis əməkdaşları faktı törətməkdə təqsirli bilinən şəxsi zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçirsə də, hadisə itkisiz ötüşməyib. Rəsmi məlumatlara görə, 12 nəfər qətlə yetirildi, 13-nəfər isə yaralandı.


Hadisəni törədən cinayətkar ələ keçməmək üçün əlindəki silahla özünü vurmuşdu.

Bu g252;n ADNA-da t246;r601;dil601;n terror akt305;ndan 1 il 246;t252;r

Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerində apardığı araşdırmadan məlum oldu ki, cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirovdur. Onun üzərindən şəxsiyyətini təsdiq edən sənədlə yanaşı, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edildi.

Daha sonra respublika prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində məlum oldu ki, Dövlət Neft Akademiyasında terror aktı törətmiş Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İstintaq materiallarına görə, o, Sergey Qriqoryanla mütəmadi əlaqədə olub. Hətta hadisəni törətmək üçün S. Qriqoryan ona külli miqdarda pul və silah verib.


Azərbaycanın nüfuzlu ali təhsil ocağında baş vermiş bu terror aktı insan itkisi ilə yanaşı, ölkənin genefonuna da ciddi zərbə vurdu. Erməni xüsusi xidmət orqanlarının məhz terror aktını ali məktəbdə törətməsi planı ölkə gəncliyinin hədəfə alınmasına hesablanmışdı.


Bu il terror aktının birinci ildönümüdür. Lakin bununla bağlı kütləvi tədbirlər keçirilməyəcək. Yalnız Neft Akademiyasının özündə tələbə və müəllimlərin iştirakı ilə anım mərasimi olacaq.

Leonel-207

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    Bu il terror aktının birinci ildцnьmьdьr. Lakin bununla bağlı kьtləvi tədbirlər keзirilməyəcək. Yalnız Neft Akademiyasının цzьndə tələbə və mьəllimlərin iştirakı ilə anım mərasimi olacaq.

    hec olma biz GENCLER ANAQ,BIZ GENCLER UNUTMAYAQ!!!

    Allah rehmet elesin olenlere…Ruhlari shad olsun…

  2. Melekcik dedi ki:

    ALLAH rehmet elesin

  3. star dedi ki:

    ALLAH OZU HAKKI NAHAKKA VERMESIN!AMIN !VERMEYECEK DE.ALLAH REHMET ELESIN.

  4. Dj_Robot dedi ki:

    Allah rehmet elesin Amin((((((((((((((

  5. Lindsay_Lohan dedi ki:

    Allah rehmet elesin

  6. bakili balasi dedi ki:

    Allah rehmat elasin

  7. Suphenallah dedi ki:

    Bir gunluk matemi qiymadin oz ovladlarina Vicdan hardadir??? Polislerin dubinkasinda.
    etiraz eden telebeleri cirpmaqlarinda Niye bu qeder vicdansiziq??? Onlar bizim ovladlarimizdi 1gun matem saxlamaq,1gun matem elen etmk bu qeder cetindir???


    lenet olsun!!!

  8. DaviDoFF dedi ki:

    ALLAH rehmet elesin xamsina.

  9. Firuze dedi ki:

    Allah hamisina rehmet etsin..Amin!!!!!!!!!!!!!!! agla

  10. arsenal dedi ki:

    ICIMIZDE FAHISELER COX OLDUQCA NE QARABAG ,NEDE BASQA SEYDEN SOZ ACMAGA DEYMEZ !

  11. qeribelik dedi ki:

    ALLAH OLENLERE REHMET,YAXINLARINA SEBR MOVCUD OLDUGLARI HAKİMİYYETİNE,MEMURLARINA İNSAF VERSİN.NE OLARDI BİR GUNLUK TELEVİZİYALARDA MATEM VERERDİLER.ONA GORE DE BİZİM MİLLETE HER SHEY HAQQDI.NECE DE OLMASA,BİZİM MİLLET İNDİ KLİPLERE,DONNA BARBARA YA,GUNEBAXANA BAXARAQ,HER CEKDİKLER SIXINTINI BİR BAXISLA UNUDACAQLAR.COOX TEESSUF ……

  12. DaRk_AnGeL dedi ki:

    Allah rehmet elesin

  13. LowRider dedi ki:

    Həqiqətən зox dəhşətli terror aktı idi.Gьnahsız mьəllimlərin, tələbələrin vi digər insanların qanları axıdıldı.Sizcə bu nə dərəcədə məqsədəuyğundur?O anaların gцz yaşları, amansız fəryad səsləri, зəkdiyi ah-nalələrin səbəbkarları hansı insanlıqdan зıxan namussuzlardır?!Terrorizmlə aparılan mьbarizə ьzrə yaradılan mьvafiq qurum və təşkilatların gцzь kordur?Hara baxırlar?Əlbəttə, hara baxacaqlar, qarınlarına, ciblərinə, kreslolarına.İnanın kı, bu xəbər əvvəlcədən mənə psixoloji cəhətdən bцyьk təsir elədi.Зox bцyьk sarsıntı keзirtdim.Mənə sцzьn əsl mənasında, зox bцyьk zərbə oldu.

    ALLAH Rəhmət Eləsin.Qəbrləri nurla dolsun.Nur iзində yatsınlar.Hər bir Azərbaycan vətəndaşı ALLAHa dua edib, onların, nur iзində yatmalarını, qəbrlərinin nurla dolmalarını, yerlərinin Cənnət olmalarını diləyir.Bu nəinki bu il, həmişə, əbədiyyən belə qalacaq və yaddaşlara belə həkk olunacaq.Sizlər Vətənimizin qəhrəmanlarısınız.Unutmayın, şəhidlər цlmьrlər.Onlar həmişə xalqın qəlbində, ən ьmdə (başda) yerdə olacaqlar.Hamımız sizinlə və sizin kimi qəhrəman цvladlarla fəxr edirik.Bir daha ALLAH Rəhmət Eləsin…AMİN.!

  14. QEMLI_GECE dedi ki:

    allah olenlere rehmet elesin

  15. BuBLiK dedi ki:

    HEYIFLER OLSUN KI DOVLETIMIZ UNUTQANDI.SUKURLER OLSUN KI MILLETIMIZIN UNUTMAYAN BESERI VAR.
    ALLAH SIZLERE REHMET ELESIN!!!
    cry cry cry cry

  16. Badi_Seba dedi ki:

    Allah rehmet elesin… cry …Ruhlari wad olsun

  17. pink_panther dedi ki:

    qan yaddasimiz hec vaxt silinmeyecek ureklerimizden

  18. BadBoy dedi ki:

    Allah Rehmet Elesin Ruhlari Nurla Dolsun

    Amma Bir Weyide Unutmuyunki Bizim Dovletdede Gunah Var

  19. QEMLI_GECE dedi ki:

    allah olenlere rehmet elesin ,,, cox sagol xebere gore

  20. BalaM dedi ki:
    COX UZULUREM BUNA BAXANDA(((ALLAH REHMET ELESIN cry
  21. girl_from baki dedi ki:

    bu hadiseni canli goren oz dogma xalam oglundan ewitmiwem,her bir anini((
    cox heyifff,gunahsiz baci qardawlarimiz.Allahim qebirlerini nurla doldursun.amin!

  22. _SHiRiNe_L dedi ki:

    Allah rehmet elesin((..dehwetli bir gun idi….yadima duwdukce aglayiram..Allah sebr versin

  23. Cristi dedi ki:
    Allah rehmet elesin…
    cry cry cry cry