Tarixin Sirrləri

Cavanlaşma irqindən, milliyyətindən, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsi maraqlandırır.Hələ lap qədimlərdən qadınlar cavan qalmaq üçün müxtəlif üsullardan istifadə edirdilər.

Kleopatra, Diana de Puatye, Markiza de Pompadur, Merilin Monro və başqalarının özlərinə məxsus cavanlaşma və gözəllik sirrləri olub:

Tarixin Sirrl601;ri



KLEOPATRA:
üz üçün emulsiyanı özü icad etmişdi.O, suda həll olunmuş əzvay tozunu balla qarışdıraraq gümüş qabda saxladıqdan sonra istifadə edirdi.Kleopatra vaxtaşırı süd vannası qəbul edir, saçlarını yumurta sarısından hazırlanmış şampunla qidalandırdıqdan sonra yuyurdu.Sonra isə mayaotu qozası, pıtraq kökü və gicitkəndən hazırlanmış həlimlə yaxalayırdı.Bundan başqa o, bədən üçün skrabdan istifadə edirdi:300 qr. dəniz duzunu yarım fincan qaymaqla qarışdıraraq 10 dəq. ərzində bədəninə sürtüb dərisinə yedirtdikdən sonra isti su ilə yuyunurdu.

Tarixin Sirrləri

DİANA DE PUATYE:
II Henrixin məşuqəsinin sözlərinə görə, bir neçə maska etməklə cavan qalmaq mümkün deyil.Diana hər gün saat 6-da soyuq vanna qəbul edir, saat 8-də isə atla gəzintiyə çıxırdı.Sonra o,günortaya qədər istirahət edir və yüngül səhər yeməyi yeyirdi.Dövlət əhəmiyyətli işlərlə məşğul olmaq üçün günün ikinci yarısını ayırırdı.Diana alkoqoldan ümumiyyətlə, istifadə etmirdi.O, belə hesab edirdi ki, alkoqol dərini boşaldır.Dianaya görə, cavan qalmanın ən əsas səbəbi qocalıq haqda fikirləşməməkdir.


Tarixin Sirrl601;ri



JOZEFİNA:
Napoleonun arvadı Jozefina çox sadə qadın idi.O, hələ əyalət qızı olan zamanlardan bilirdi ki, cavanlaşmaq üçün ən yaxşı maskalar adi qaynadılmış kartofdan hazırlanır.Üzündəki dolmuş məsamələri o, qaynar kamfora kompresi ilə təmizləyirdi.Acqarına hər gün səhər tezdən limonad (adi mineral su ilə qarışdırılmış limon şirəsi) içirdi.Bu vasitə bağırsaqları şlaqlardan təmizləməyə kömək edirdi.Bu üsulla Jozefina təravətini qoruyub-saxlaya bilirdi.

Tarixin Sirrləri

MERİLİN MONRO:
gündə “on beş dəfə” yuyunurdu.Nəmləndirici krem kimi o, adi vazelindən istifadə edirdi.Hərdən vazelini zeytun yağı ilə əvəzləyirdi.Merilin Monro heç vaxt günəş vannası qəbul etmirdi.O, hesab edirdi ki, günəş insanı zamandan tez qocaldır.Səhərini bir-iki çiy yumurta və qaynar südlə başlayırdı.Merilin Monroya görə, gözəlliyin ən başlıca səbəbi bədənə rahatlıq verməkdir.Elə bu səbəbdən də o, alt paltarı geyinmirdi.

Tarixin Sirrləri

MARKİZA de POMPADUR:
XVI Lüdoviqin məşuqəsi Markiza de Pompadur sağlamlıq cəhətdən zəif, dərisi isə nazik və quru idi.Dərisinin hamar görünməsi üçün Janna-Antuanetta limon şirəsi və zeytun yağı ilə silirdi.Sonra dərisini duruldulmuş isti su ilə yuyurdu.Beləliklə də, bütün günü dərisi incə görünüşə malik olurdu.Bundan başqa, Markiza 1 x.q. bal qarışdırılmış 1 st. yerkökü şirəsi içirdi ki, bu da gün ərzində ona gümrahlıq verirdi.

buz_qelb

Şərhlər:

  1. QEMLI_GECE dedi ki:

    maraqlidi cox sagol yaxsi deyibler

  2. yalniz_nifrat dedi ki:

    superr

  3. Cristi dedi ki:

    Sagol baciwimmmmmmmm maraqli xeber idi

  4. pink_panther dedi ki:
    en maraqli josefina idi twwkk
  5. BadBoy dedi ki:

    Cox sag Ol Xeberin Yeri Var Super

  6. Gunes dedi ki:

    maraqli xebere ve eziyyete gore tewekurler. heart

  7. Dj_Robot dedi ki:

    cox sagol xebere gore

  8. TORANLIQ dedi ki:

    tesekkurler ele seylere ele de maragim yoxdur ureyim

  9. buz_qelb dedi ki:

    Haminiza chox tesekkurler, serh yazan elleriniz yorulmasin… angel

  10. DaRk_AnGeL dedi ki:

    tewekkurler xebere gore maraqli idi heart

  11. ALoNe_AnGeL... dedi ki:

    maraqli idi tewekkurler! applause

  12. LowRider dedi ki:

    cox sagol=)

  13. Melekcik dedi ki:
    coox sagol maraqli xebere gore
  14. BalaM dedi ki:
    xebere gore cox sagol
  15. morgan dedi ki:

    COPY PASTE
    DUZU MARAGIM VAR BU CUR SHEYLERE
    AME OZUME ELE DE QULLUQ ETMIREM DEEEE ERINIREM

  16. BuBLiK dedi ki:

    bularin icinde ancah MERİLİN MONRO gozeldi=))))))

    cox sagol allarina salik)

  17. aznetin_gozeli dedi ki:

    Gozel xanim tebieten gozel olan deyil, gozel gorunmek ucun baximli olmagi bacaran XANIMDIR!

    Bunu mehz BAXIMLI xanim olan JOZEFINANIN heyat yoldasi NAPELONA mexsudur:))

  18. El3ktra dedi ki:

    Halaldi vallah.Olduqca tenbelem.Maska,krem hec aram yoxdu bele seylerle.Yaziq derime sozun esl menasinda zulm eleyirem de…
    Maraqli idi.Tesekkurler!

  19. buz_qelb dedi ki:

    xosunuza geldiyse pek ela!!