Sizə susdum…

alt
Hər gecə yuxudan qışqıraraq oyandım. “Nədir bu qorxun?” soruşdular. Susdum… Adımı fırıldaqçı qoydular.Onlar görmədilər gözlərimdəki xəyal aclığını. Arzusunda olduğum həyatdan ayrıldığım üçün qışqırmışdım amma…

Səhər qapıma göndərilən çiçəkləri əzdim. “Nədir bu inadın?” soruşdular. Susdum… Adımı nazlı qoydular.Onlar görmədilər barmağımdakı tikan izlərini. Məni sevindirmək əvəzinə incitmişdi deyə əzmişdim amma…

“Sevgi insanı ucaldır!” deyənlərə güldüm. “Nədir bu mərifətsizliyin?” soruşdular. Susdum… Adımı sərxoş qoydular. Onlar görmədilər yerlə sürünən sevənləri. Sevginin alçaltdığı insanları mən qaldırmışdım amma…

Sizə susdum…

Sizə susdum...

“Dostluq qırılmaz zəncirdir” deyiləndə çıxıb getdim.
“Nədir bu etinasızlığın?” soruşdular. Susdum… Adımı sədaqətsiz qoydular. Onlar bilmədilər qırılmaz zəncirin mövcud olmadığını. Dostluğu ucuzlaşdırmamaq üçün getmişdim amma…

“Qadın böyük qüvvədir” deyənlərlə mübahisə etdim. “Nədir bu paxıllığın?” soruşdular. Susdum… Adımı dəyər verməyi bacarmayan qoydular. Onlar bilmədilər böyük dedikləri qüvvənin bir kişi silləsinə tab gətirə bilmədiyini. O böyük qüvvələri ən çox mən müdafiə etmişdim amma…

“Mən xoşbəxtəm” deyənlərə acıdım. “Nədir bu inamsızlığın?” soruşdular. Susdum… Adımı kinli qoydular. Onlar oxumadılar bu dünyadakı xoşbəxtliyin əslində həqiqi xoşbəxtlik olmadığını. Hər kəsə xoşbəxt olmağı mən diləmişdim amma…

Sizə susdum…


“Səni sevirəm” deyənlərimə tüpürdüm. “Nədir bu nifrətin?” soruşdular. Susdum… Adımı vəfasız qoydular. Onlar bilmədilər kiminsə məni sevmədiyini,sadəcə aşiq olduğunu. O iki kəlməni ən çox mən arzulamışdım amma…

“Sən həmişə gül” deyənlərə ağladım. “Nədir bu zəifliyin?” soruşdular. Susdum… Adımı sözlərin mənasını anlamayan qoydular. Onlar anlamadılar minlərcə ağlayan ac insanların gülüşə ehtiyacı olmadığını. İçim ağlayanda da insanların gülüşünü mən təmin etmişdim amma…

Məni tərifləyəndə utandım. “Nədir üzündəki qızartı?” soruşdular. Susdum… Adımı vaxtından tez böyüyən qoydular. Onlar görmədilər insanlarda axtardığım həyanı. Böyüməkdən qorxan mən olmuşdum amma…

Mənə yol verənlərə hirsləndim. “Nədir bu hörmətsizliyin?” soruşdular. Susdum… Adımı yerini bilməyən qoydular. Onlar bilmədilər üstümdə gəzən baxışların daşının ağırlığını. Qadına hörməti mən tələb etmişdim amma…

“Nə yaxşı ki varsan!” deyənlərdən küsdüm. “Nədir bu ərköyünlüyün?” soruşdular. Susdum… Adımı qədirbilməz qoydular. Onlar bilmədilər yoxluğumun “öldürdüyü” insanların mənə verdiyi vicdan əzabını. Varlığımın dəyərini mən də anlamışdım amma…

Puldan doymayanlardan qaçdım. “Nədir bu tələskənliyin?” soruşdular. Susdum… Adımı şübhəli qoydular. Onlar bilmədilər əllərimin çirkə öyrəşmək istəmədiyini. İnsanlardan qorxduğum üçün qaçmışdım amma…

Sizə susdum…

Sizə susdum...


“Dünya 5gündür” deyənlərlə “öldüm”. “Nədir vaxtsız gedişin?” soruşdular. Susdum… Adımı canına qəsd edən qoydular. Onlar anlamadılar hər günün ölümə doğru addım olduğunu. Günlərimin qədrini bilmədiyimdən “ölmüşdüm” amma…

Mənə “Sus!” deyənlərə yazdım. “Nədir sənin dərdin?” soruşdular. Susdum… Amma bu dəfə adımı qoya bilmədilər…

JESSICA

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    cox sag ol xebere gore redakte edende oxudum…menali ve maraqli suallar ve cavablardir…

  2. yalniz_nifrat dedi ki:

    super tesekkur

  3. TORANLIQ dedi ki:

    TESEKKURLER

  4. Melekcik dedi ki:

    cox sagol qeweng sozleri var

  5. Cristi dedi ki:

    Hər gecə yuxudan qışqıraraq oyandım. ”Nədir bu qorxun?” soruşdular. Susdum… Adımı fırıldaqзı qoydular.Onlar gцrmədilər gцzlərimdəki xəyal aclığını. Arzusunda olduğum həyatdan ayrıldığım ьзьn qışqırmışdım amma…

    Coxxxxxxxxxxxxxx sagol canimmmmmmmm opucuk

  6. ALoNe_AnGeL... dedi ki:

    Məni tərifləyəndə utandım. ”Nədir ьzьndəki qızartı?” soruşdular. Susdum… Adımı vaxtından tez bцyьyən qoydular. Onlar gцrmədilər insanlarda axtardığım həyanı. Bцyьməkdən qorxan mən olmuşdum amma…

    Tewekkurler beyendim ellerine salik

  7. QEMLI_GECE dedi ki:

    ”Dьnya 5gьndьr” dunya yox bizim heyatimiz 5 gunluk ola biler )) cox sagol xebere gore eladi

  8. El3ktra dedi ki:

    Susdum…Hamiya ve her seye…
    Ureyime susdum…
    Gozlerime susdum…
    Guzgudeki eksime susdum…
    Cevreme susdum…
    Dostuma susdum…
    Dusmenime susdum…
    Vicdanima susdum…
    Ezablara susdum…
    Goz yaslarima susdum…
    Birce qururuma susa bilmedim…

  9. DaRk_AnGeL dedi ki:
    superdi xowuma geldi tewekkurler

    heart

  10. BadBoy dedi ki:

    Cox sag Ol Xebere Gore….

  11. BuBLiK dedi ki:
    ☾☆ cox sagol=)
    eladiiii howum geldi=)
    ahrinci wekilde uwagin giozleri ne gewengdi eeeeee ☾☆
  12. pink_panther dedi ki:

    coxxxx xosumaa geldiii menalii sozlerii var twk

  13. Avtosh_227 dedi ki:
    Tewekkurler xebere gore.ellerine sagliq.cox sagol…sonuncu wekil cox xowuma geldi…
  14. JESSICA dedi ki:

    Rey yazan elleriniz var olsun..Haminiza tewekkurler..