Kisilere neyi demek olmaz?

Kisilere neyi demek olmaz?

Qadının qulaqları ilə sevməsi məsəli müəyyən mənada kişilərə də aiddir. Çünki elə sözlər var ki, nəinki kişi qulaqlarını, hətta onun qəlbini də incidə bilər.

Hədiyyə:

Düzdür, biz qadınlar hədiyyəni çox sevirik. Lakin bəzi qızlar olur ki, hədiyyəni görən zaman dodaqlarını büzüb “Bu mənim nəyimə lazımdır?” deyir. Axı o əziyyət çəkib, mağazaları gəzib, nə alacağı barədə günlərlə götür-qoy edib. Sən isə əvəzində onu lazımsız hesab edirsən. Əgər hədiyyə sənə maraqlı gəlmədisə, sadəcə gülümsə və ona təşəkkür et. Çünki çox keçməz sənə lazımsız olan bu hədiyyələri başqa gözəlçəyə almağa başlayar. Əgər sevdiyiniz kişinin sizə fərqli hədiyyələr almasını istəyirsinizsə, üstüörtülü şəkildə bunu ona bildirin. Çünki məhz biz qadınlar kişini idarə etməyi bacarırıq.

Onun Dostunu tərifləmə!

Kişinin yanında onun dostunu tərifləmək olmaz. Ola bilsin ki, onun dostu həqiqətən də gözəl insandır. Lakin dost olmasına baxmayaraq o ilk növbədə kişidir və qısqanclıq obyekti ola bilər. Onu həddən artıq tərifləməniz isə sizə qarşı şübhələr yarada bilər. Ona görə dostların yaxşı və pis olmasından asılı olmayaraq daim yanınızda olan kişini tərifləyin. Hətta digərlərinin mənfi tərəflərini deməklə onu tərifləməniz lap yerinə düşər.

Anası haqda pis danişmayın!

Bütün kişilər bu və ya digər mənada anasına bağlı olur. Buna görə də hansı vəziyyətin alınmasından asılı olmayaraq onun anası haqda heç vaxt mənfi söz söyləməyin. Bunun sizə heç vaxt faydası olmayacaq. Ən son həddə çatsanız isə “mən bu cür hərəkət edərdim, olmaz o səhv etdi” – deyə bilərsiniz. Hətta kişi öz anası haqda xoşagəlməz nəsə desə, 5 dəqiqə sonra vəziyyət dəyişəcək və anası onun üçün ən xeyirxah, qayğıkeş insana çevriləcək. Ən əsası yadda saxlayın: istənilən kişinin həyatında ən vacib qadın onun anasıdır. Bu təbiətdən qoyulmuş qanundur. Siz də bunu qəbul etməlisiniz. Qaynananızı tənqid edərkən özünüzü ondan yuxarı pilləyə qoyursunuz. Ən azından düşünün ki, siz də ana olacaqsınız.

İş mövzusu

Qadağan olunmuş söz- məni işdə çox sevirlər. Qızlar əks cinsin nümayəndələri arasında nə qədər məşhur olduqları haqda danışmağı xoşlayırlar. Onların fikrincə, bununla kişini qısqanmağa məcbur edirlər. Bu işlədiyi yerə də aiddir. Bağışlanılmaz səhvlərdən biri budur. Qısqanc kişilərlə vəziyyəti daha da çətinləşdirə bilərsiniz – işdə olduğunuz zaman tez-tez zəng edə bilər, bu vəziyyət sonda evdə oturmağınızla nəticələnəcək. Sevdiyiniz kişi isə sevgilidən qaraqabaq deyingən ərə çevriləcək.

Vəziyyəti daha yaxşı anlamaq üçün təsəvvür edin ki, həyat yoldaşınız (sevgiliniz) hər gün evə gəlib işdəki bütün qızların onunla maraqlandığını deyin. Bu zaman siz də qısqanclıqdan özünüzə yer tapa bilməyəcəksiniz.

 

Əvvəlki sevgilim

“Səninlə müqayisədə o belədir” kəlməsi qəti qadağandır. Çünki bu heç bir çərçivəyə sığmayan hərəkətdir. Kişinin daxili qürüru onu başqası ilə müqayisə etməyə icazə vermir. Sizin keçmiş sevgiliniz isə ümumiyyətlə onu özündən çıxara bilər. Hər bir kişi özünü ilk və təkrarolunmaz hesab etmək istəyir. Həyatınızda ondan əvvəl olan istənilən kişiyə o, rəqib gözü ilə baxacaq. Bu aranızdakı soyuqluğa gətirib çıxaracaq. Buna görə də eks-sevgili mövzusunu bağlayın

Sadaladıqlarımız olduqca sadə məqamlardır. Lakin bunlara əməl etsəniz, problemləriniz də az olar.

BuBLiK

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    cox sag ol xebere gore…diqqetle oxuyun aaa lazim olar)))
  2. Xuliqan-EH-427 dedi ki:

    axaaaa))))))) Belkee Oxuyubbb Insafaaa Geldiz )))

  3. ALoNe_AnGeL... dedi ki:

    Tewekkur edirem rah

  4. DaRk_AnGeL dedi ki:

    oxudum bildiklerimi tekrarladim bilmediklerimi oyrendim belke lazim olar xebere gore tewekkurler heart

  5. Cristi dedi ki:
    Coxxxxxxxxxx sagol canimmmmmmm opucuk
  6. yalniz_nifrat dedi ki:

    superr

  7. Avtosh_227 dedi ki:
    Cox tewekkurler xebere gore.ellerin derd gormesin…
  8. Dj_Robot dedi ki:

    He her zaman sevdiklerinizin qiymetini bilin.Onu bir gun itirmekden qorxun.Cox sagol xebere gore dosi tewekkur

  9. JESSICA dedi ki:

    Cox sag ol…Maraqliydi..

  10. МиниК_Сердце dedi ki:

    applause

  11. VERY_SHY dedi ki:

    maraglidi niqulik twk

  12. Single Girl dedi ki:

    Oxudum shirinim amma men bunlara fikir vermirem icimden ne gelirse onuda deyirem ish orasindadirki hech vaxtda pis basha dushulmurem cunki pis niyyetle demirem axi ))ozum kimi sozlerimde safdi)))cox sagol bidenemmmmmmmmm)

  13. morgan dedi ki:

    eldir eeeee oxudum lap ela oldu bele psixologiyaya aid xeberin yeri var hemise de kopyalayiram eladirr super muellif sag ol ki bele xebe rle bizleri tanis etdinnn ipdu,

  14. QEMLI_GECE dedi ki:

    maraqlidi ellerine salik

  15. BalaM dedi ki:
    zaykam xebere gore cox sagol give_rose
  16. Melekcik dedi ki:

    Sitat: Leonel-207
    diqqetle oxuyun aaa lazim olar)))


    ::))))))))))))))))

    coox sagol xebere gore

  17. buz_qelb dedi ki:

    heart Chox sagolun, amma men bunlari bilirdim. heart

  18. BuBLiK dedi ki:
    Leonel-207,
    xaxa oki ne problem varki=)size gora digget olarug=))))

    ..::SensitivE::..,
    ya_za
    BalaM,
    не за что пупсик мой opucuk opucuk

    Melekcik,
    buz_qelb,
    opucuk sizde sagolun=)

  19. ZakonLubvi dedi ki:

    book tewekkur edirem

  20. El3ktra dedi ki:

    Umumiyyetle 1oglanin yaninda basqa bir oglanin adin cekende deli olur=)…
    Maraqli idi.Thank u…

  21. BadBoy dedi ki:

    Hmmmm Maragli Xeberdi Cox sag Ol…

  22. _Aynur_ dedi ki:

    Cox saq ol xebere gore maraqlidi…

  23. pink_panther dedi ki:

    cox sagol balaca maraqli idi

  24. star dedi ki:

    her weye insani noqteyi nezerden yanasmag lazimdir,kiwi gadin movgeyi terefden yox,eger bele olsa heyatda inciklikler,qirginliglar,kuskunlukler olmazdi,her bir insan sozu agzinnan cixartmamis fikirlewmelidirki eyni sozu o mene deseydi nece olardim?qarwindakinin yerine ozunu qoymagi bacarmag lazimdir.xebere gore sagol.

  25. _Nergiz_ dedi ki:

    sagol djan