BALACA CIYELEYIN MEHARETLERI


alt

-Çiyələk diş daşlarından təbii üsulla xilas olmanın düsturunu daşıyır. İçində olan müxtəlif turşular diş diblərində yığılan daşları əridir. Bunun üçün çiyələk mövsümündə gündə 3-4 dəfə 1 fincan təzə sıxılmış çiyələk suyu ilə dişlərinizi fırçalamalisınız.
Çiyələk eyni zamanda gözəllik qaynağıdır.Üz və boyunda qırışan qisimlərə sürtülən çiyələk losyonu, təzəlik və çəhrayı bir rəng təmin edər. Losyon necə hazırlanacaq deyirsinizsə,həkim reseptini verək;
-Çiyələk losyonu: Bunun üçün 5-6 dənə çiyələk bezdə sıxılar. Bir yumurta ağı çırpılaraq əlavə olunar və təkrarən çırpılar və 20 damla gülsuyu əlavə edilər. Hazırlanan losyon tampon edilərək boyuna sürtülər. 1 saat gözlənildikdən sonra içinə 15 qr yemək sodası qoyulmuş 1 litr ilıq su ilə üz və boynunuzu silin.
Quru dərinin dərmanı: Çiyələk quru dəriləri bəsləyir və quruyub tökülməsinin qarşısını alır. Bunun üçün xüsusi bir maska hazırlanması lazımdır. Bu maska eyni zamanda üzdəki qırışları da yox edər…
-Quru cild üçün maska hazırlanması: Bir ovuc təzə çiyələk əzilib yulaf unu ilə birlikdə qarışdırılar. Bir ədəd yumurta sarısı ilə iki yemək qaşığı qatıq çırpıldıqdan sonra çiyələk xəmirinə əlavə olunar, krem halını alana qədər qarışdırılar.

-Çiyələk, uşaq və böyüklərdə bağırsaq qurdlarını tökməyə kömək olur… Bunun üçün səhər ac qarına bol çiyələk yemək lazımdır. Günortaya qədər də başqa bir şey yeməyin… 3 gün buna davam etdiyinizdə bağırsaq qurdları problemi həll olur
-Çiyələyin kök və yarpaqları da çox faydalıdır… Hazırlanacaq çiyələk çayı oynaq iltihabı, damar sərtliyi və yüksək təzyiqin dərmanıdır… Böyrəkdəki qum və daşların tökülməsi üçün də çox faydalıdır
Bu mayenin hazırlanması ; 300 qr yarpaq və kök 1 gecə isladılar. Sabahısı gün 1 litr suda 20 dəqiqə qaynadılar… Əldə edilən maye çay kimi istehlak edilə bilər. Bu maye xəstələrin çoxlu tərləməsini təmin edər, qaraciyərin şişliyini də aradan qaldırar…
Çiyələk eyni zamanda bədəndəki bütün ifrazat bezlərini mükəmməl bir ahənglə işlədər… Bu da sizi gümrah və qüvvətli edər… “
-“Çiyələk yaxşı bir sidik qovucudur…
-Revmatizmə dərmandır: Çiyələkdə digər meyvələrdə olmayan salisil turşusu vardır. Bu revmatizm dərmanının əsas maddəsidir. Revmatizm oynaq iltihabı (Artrit) oynaqlarda ürat yığılması (damla xəstəliyi), damar sərtliyini önləyir, varsa zamanla bunların keçməsini təmin edir.
Qaraciyərin yaxşı işini təmin edər. Öd ifrazatını da artırar. Böyrəkdə ibarət yaranan qum və öd daşını tökər… Təkrarən meydana gəlməsini də mane olar…
Həzmə köməkçidir, eyni zamanda yaxşı iştah açandır. Mədə və bağırsaqları işlədər. Xüsusilə bağırsaqlardakı zərərli mikrobları öldürər. Bağırsaq bakteriyalarının zəhər axıtmağını önləyər.
-Çiyələk, bağırsaqlardan qanın zəhərlənməsini önləyər… Bu da dərinin sızanaqlarla dolmasının qarşısını alar… Yəni bilavasitə olaraq sızanaqsız bir dərinin açarı da çiyələkdir
Çiyələkdə nələr var?
100 qr. çiyələkdə 59 mg. C vitamini, (bu nisbət limondan belə çoxdur) 1 mg. natrium, 174 mg. kalium, 21 mg. kalsium var. Kalorisi isə 37. Əgər dietadasinizsa, necəsə meyvədir, bir şey etməz deyərək bol bol da yeməyin.
-Çiyələyin həzmi çətindir. Mədəsi xəstə ya da tənbəl olanlar çiyələyin suyunu içməlilər. Bu kimi narahatlıqları olanlar qarağat ilə qarışdıraraq az miqdarlarda yesələr asan həzm edərlər. Dəri xəstəliyi olanlara qaşıntı verə bilər

Best my life

Şərhlər:

  1. KISKA_306 dedi ki:

    TEWEKKUR EDIREM YAXSI MESLEHETLERE GORE thank_you

  2. HosT (aLLiAnCe) dedi ki:

    BAX BUNUN YERI VAR CANIM BU SUPER MELUMATDI SAQ OL BU MELUMATA GORE HELELIK

  3. Krestniy dedi ki:

    melumat supeeerdi,amma maraqlidir biz bu bir stekan 4iyelek suyun hardan tapaq axi,ozude ki indiki 4iyelekler meyve yox,
    mendeleyev cedvelidi, melumata gore 4ooox sagol goodgood

  4. VeFaSiz_Giz dedi ki:

    spasibo za trud

  5. Best my life dedi ki:

    Sitat: Krestniy
    indiki 4iyelekler meyve yox,
    mendeleyev cedvelidi, melumata gore 4ooox sagol


    xaxa xaxa xaxa ALLAH SENI GULDURSUN

  6. yagmur_21 dedi ki:

    MEN UMUMIYYETLE CIYELEYI COX SEVIREM.ARTIQ YEMEK VAXTI CATIB………
    MELUMATA GORE THANK YOU VERY MUCH…… mosking

  7. BLACK STAR dedi ki:

    maraqlidi!!!

  8. Avtosh_227 dedi ki:

    oooooooooo.cox sagol…

  9. BadBoy dedi ki:

    Xebere Gore Cox sag Ol…

  10. BEAUTIFUL_LIFE dedi ki:

    ciyelekkkkkk namnamnamnam supper bele faydalari da var imiw artiq daha cox yiiicem

  11. Бакинка dedi ki:

    cox saol xebere gore.. applause