Sevgiyə inanaq yoxsa inanmayaq?

alt

Sevgiyə inanan biri üçün “Sevgi” ikinci ürəyi tapa bilməkdir.Gözlərimizlə görüb ürəyimizlə sevirik.Heç fikirləşmisinizmi gözlərdən iki dənədir ancaq ürəyimizdən bir dənə.Nə üçün bir dənə olduğunu bəs fikirləşmisinizmi?İkincisini tapa bilək deyə…

Sevgiyə inanmayan biri üçün “Sevgi” qanadı yaralı bir quşun həsədlə göydə süzən quşlara baxması, onlar kimi yenidən uçması kimi bir arzudur.

Sevgiyə inanan biri üçün “Sevgi” reallığı və əsl sevginin nə demək olduğunu əks etdirən və heç bir zaman bitməyəcək bir hekayədir.

Sevgiyə inanmayan biri üçün “Sevgi” kimsəsiz adada tək, ac, susuz qalan insanın oradan azad olunması kimi bir istəkdir.

Sevgiyə inanan biri üçün “Sevgi” harda olursansa ol onu hər zaman fikrində, düşüncələrində, ürəyininin dərinliyində hiss edə bilməkdir.

Sevgiyə inanmayan biri üçün “Sevgi” ömürlük məhbusluğa düçar olunmuş birinin daima azadlığa can atması kimi bir ümiddir.

Sevgiyə inanan biri üçün “Sevgi” hər kəsdən yaxşı onu tanıdığınızı düşündüyünüz halda o insanın heç kəsə məlum olmayan tərəflərini kəşf edə bilməkdir.

Sevgiyə inanmayan biri üçün “Sevgi” övlad həsrəti ilə alışıb – yanan valideynin bir gün evində övlad səsi eşidəcəyi kimi bir diləkdir.

Sevgiyə inanan biri üçün “Sevgi” ona baxdığında sən “MƏNSƏN” deyə bilməkdir.

Sevgiyə inanmayan biri üçün “Sevgi” itirilmiş insanın yenidən həyata qayıtması kimi bir xülyadır.

Sevgiyə inanan biri üçün “Sevgi” gül baxçasıdır.Bəslədikcə gözəlləşən, ona baxdıqca bir daha aşiq olmaqdır.

Sevgiyə inanmayan biri üçün “Sevgi” şikəst bir insanın nə vaxtsa ayağa qalxıb addımlaması ümidi ilə yaşaması kimi bir xəyaldır.

Sevgiyə inanan biri üçün “Sevgi” dostluqdur. Həm dostluğu və sevgini bir arada qoruyub saxlaya biləndir.Sevgilimiz olması üçün ilk əvvəl onunla

dərdləşə bilməli dost ola bilməliyik elə deyilmi?

Sevgiyə inanmayan biri üçün “Sevgi” lal, kor, kar insanın nə vaxtsa qaranlıq aləmdən işıqlı, gözəl həyata, dünyaya baxması, istədiyi sözü, qəlbində yatan sözün dilindən çıxması, insanı rahatladacaq, həzn musiqinin sədaları altında yatması kimi bir ümiddir.

Sevgiyə inanan biri üçün “Sevgi” ümiddir.Ümid yaşamağın başlanğıcı bizi həyatda saxlayan yeganə şeydir.

Sevgiyə inanmayan biri üçün “Sevgi” günəş şüları altında gəzən, kölgə axtarışında olan, səhrada qurumuş dodağı islatmaq üçün bir damcı suya həsrət qalan bir işıqdır.

Seviyə inanan biri üçün “Sevgi” həyatımızın mənasıdır.Onsuz həyatın var olmadığını, onsuz bir heç olduğumuzu, onunla bir bütünü yaratdığınımızı anlaya bilməkdir.

Sevgiyə inanmayan biri üçün “Sevgi” realda onunla qarşılaşması mümkün olmayan, əlçatmaz, müqəddəs, sadəcə xəyal dünyasında yaşatdığı, öz yuxusunun bir aləmidir..

Sevgiyə inanan biri üçün “Sevgi” yaşamaqdır.Onu izah edə bilməməkdir.Fikir verin Sevgiyə inanmadığını iddia edən müəllif inanmadığını nə qədərdə geniş şəkildə ifadə edib.Bu zaman ağlıma sadəcə bir şey gəlir.Hər zaman səhv etdiyimizdə özümüzü haqqlı çıxarmaq üçün milyonlarca cümlələr seçirik.

Əsl sevgini izah etmək olmur onu anlamaq üçün yaşamalısan.Yaşadıqca o hissləri kirlənməyə qoymamaq əksinə yaşadıqca yaşatmaqdır.

Sevgiyə inanmayan biri üçün “Sevgi” nə vaxtsa bu hissləri hər kəs kimi də olmasa, fərqli bir, öz dünyasında şam kimi yanacaq, ətrafında pərvanə kimi dolanacaq, külək kimi səssizcə pıçıldayacaq, qəlbində alov kimi yanacaq, çırpınacaq bir ürək döyüntüsüdür.

Sevgiyə inanan müəllif haqqlıdır yoxsa inanmayan?

Cristi

Şərhlər:

  1. meymunka dedi ki:

    Sevgiyə inanan mьəllif haqqlıdır yoxsa inanmayan?


    Sevgi var,amma saxta sevgiler saxta insanlar kimi daha cox…Muellife xebere gore teshekkurler…

    opucuk opucuk opucuk
  2. BadBoy dedi ki:

    Sevgi Yoxdu Olmayib Olmayacagda

  3. pink_panther dedi ki:
    Sevgiyə inanan biri üçün "Sevgi" gül baxçasıdır.Bəslədikcə gözəlləşən, ona baxdıqca bir daha aşiq olmaqdır.


    coxx sagolun
  4. Cristi dedi ki:

    Her keseeeeeeeeeee tewekkurumu bildiriremmmmmmm heart

  5. rihanna dedi ki:

    xebere gore cox sagol.

  6. ALoNe_AnGeL... dedi ki:

    Sevgi coox gozel bir weydi.. heart Saxta sevgilere yoox heqiqi sevgilere inanaq!

  7. Melekcik dedi ki:

    cox bsagol maraqli xebere gore

  8. Single Girl dedi ki:
    Siz ozunuz bilersiz hansina inanirsiz…AMma evvel mende ele bilirdim sevgi yoxdur AMma yaxwiki Sen cixdin qabagima az vaxtdada olsa senden bawkasi yoxdur artiq menimcun ne yaxwiki snei tanidim ne yaxwiki varsan!!AMma yanimda deyilsen(((hardasan axiiiiiiiiiiiiiiiiiii uffffffffffffffffff((((((((((((((((
  9. Cristi dedi ki:

    Sizlerde coxxxxx sagolun wirin

  10. yalniz_nifrat dedi ki:

    an yaxsisi sevgiya inanmiyin

  11. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore.sevgi yoxdur.ozunuzu bow yere yormuyun=))
  12. BuBLiK dedi ki:

    ☾☆ sevgia o inanrki tek kim tapar sevgisin!!!
    cox sagol hayatim opucuk
    super hebardi!! ☾☆

  13. El3ktra dedi ki:

    Sevgi=Oyun
    Ya qiz rolu ele alir,ya da oglan…Sevgiye inami olmayan muellifi haqli gorurem!

  14. QEMLI_GECE dedi ki:

    cox sagol ela xeberdi

  15. KonSTanTiN dedi ki:

    Cox sagol Xebere gore

  16. DaRk_AnGeL dedi ki:

    xebere gore tewekkurler superdiiiii heart

  17. _Aynur_ dedi ki:
    Sevgiyə inanan biri ьзьn "Sevgi" gьl baxзasıdır.Bəslədikcə gцzəlləşən, ona baxdıqca bir daha aşiq olmaqdır.
    Sevgiyə inanmayan biri ьзьn "Sevgi" şikəst bir insanın nə vaxtsa ayağa qalxıb addımlaması ьmidi ilə yaşaması kimi bir xəyaldır.

    Tewekkur xebere gore elaaa…
  18. Azeri Girl dedi ki:

    men inammiram sevgia close
    hebare gora cox sagol=)

  19. MaLenKaya BuSinka dedi ki:

    sevgi varki indiki dunyada hele inanaqda utan

  20. Dj_Robot dedi ki:

    Sevgiyə inanan müəllif haqqlıdır yoxsa inanmayan?

    Cox sagol dosi men ariq inanmiram tewekkur

  21. fanya_ya dedi ki:

    Men sevgiye o qeder da inanmram thanks xabara gora!