Yagis

alt

YAdam şüşədəki tıqqıltıları eşidincə pəncərəyə doğru yaxınlaşdı. Nəhayət yağış başlamışdı. Dərhal paltosunu geydi, çətirini götürdü və çıxdı; enə bildiyi qədər sürətli endi nərdivanlardan

Bir azdan küçəyə çıxacaq olan bu adam, hər yağış yağdığında çölə çıxar və yağış dayanana qədər də evinə dönməzdi.Hec vaxt çətirini açmaz amma hər vaxt yanında götürərdi.

Həmin gun yenə yağış yağırdı. Bəzən tez-tezi yeriyir bəzən addımlarını yavaşladırdı. Sağına soluna heç baxmırdı. Sanki yanında biri yeriyirmiş kimi çox diqqətli idi. Əslinə baxsanız yanında həmişə biri vardı. Yağışda birlikdə yeriyərdilər. Hər yağış başladığında adam çölə çıxar, qadın adamı görər görməz bağlı dayanan saçlarını duzeldər və çiyinlərindən aşağı doğru buraxardı; eynilə gənc bir qız kimi. Adamın qoluna girib başını çiyininə qoyardı.Həmişə yağış gözlənildiyi üçün qəşəng paltarlar geyinili, çətir açılmamış amma əldə, iki aşiq kimi yeriyərdilər yağış altında.

Əvvəl səssizcə bir-birlərini süzərdilər, bir az baxışardılar və sonra danışmağa başlayardılar

– Mən ilk günki kimi həyəcanlıyam, bilirsənmi?

Hər şeyi bir-bir izah edərdi də ki yağış bitənə qədər. Əmin olun, əgər yağış sonsuza qədər yağsa, adam da dayanmadan danışar və islanardı. Arvadına qovuşana qədər yeriyərdi. Ölənə qədər yeriyərdi. Küçələr də bu ölümə, digər adıyla qovuşmağa şahid olardılar. Adamın çətiri yenə bağlı olardı bu vuslat anında.

Yağış dayanmışdı.Adam əvvəl ətrafına sonra səmaya baxdı uzun uzun. Sanki birini yolçu edər kimi…

-Gördünmü bax. Bu yağış da söndürə bilmədi yanğınımı. Bu çətir yenə açılmadı.

Yavaşca olduğu yerə oturdu, onsuz da hər yeri islanmışdı.

-İçimdə ki yanğını sənsizlik böyüdür, deyə inlədi sanki. Hansı yağış bunu söndürə bilər. Söylə, nə edim? Sən getdiyindən bəri açılmadı bu çətir, bilirsən. Əgər bir gün sönsə bu atəş, yəni sənə qovuşsam, yəni ölsəm bir gün, bir-birindən heç ayrılmamış, heç təklik çəkməmiş iki aşiq götürsün istəyirəm bu çətiri. Açsınlar, islanmasınlar yağışda və heç bağlamasınlar; ürəklərindəki atəşə su dəyməsin. Mən sənə qovuşum onlar ayrılmasınlar.
Adam oturduğu yerdən ayağa qalxdı. Sərt bir külək əsdi. Ağrıyla üzünü büzdurdu. Kim bilər bəlkə də bu külək ürəyindəki alovu qızışdırmışdı.

Best my life

Şərhlər:

  1. MILAQROS dedi ki:

    cooooooox maraqlidir DOSTIKLERIM haminiz oxuyun meslehetlidir,avtoru respekt respekt respekt
  2. _SlaDkaYa_ dedi ki:
    cox maraqliydi…eyni zamanda romantikiydi…yagisin her damlasi insani ne ise uzerinde dusunmeye vadar edir……
  3. Krestniy dedi ki:

    dordan da super ,twkler goodgood

  4. Maripoza dedi ki:

    Chox maraqli idi,teshekkurler.

  5. VeFaSiz_Giz dedi ki:

    mas spasibo za trud, no ya ne p…… blush

  6. meymunka dedi ki:

    ela,menim xossuma geldi! ok

  7. Best my life dedi ki:

    MILAQROS,
    PRistupnIK,
    e_s_k_a,
    _SlaDkaYa_,
    Krestniy,
    Maripoza,
    vefasiz_giz,
    meymunka,
    DEYMEZ SIZ SAGOL OLUN KI VAXTINIZI AYIRIB OXUDUNUZ,ELERINIZI YORUB SERJ YAZDINIZ TESEKKURLER

  8. IzYuMinKa dedi ki:

    Thanksss MARAQLI IDI… ok

  9. BLACK STAR dedi ki:

    COX SAOL…!!

  10. Avtosh_227 dedi ki:

    minnetdaram sene.cox sagol.ellerin var olsun… applause minnetdaram…

  11. BadBoy dedi ki:

    Cox sag Ol Minnetdaram…

  12. fanya_ya dedi ki:

    Chox saq olun!