Bürclər
QOÇ – Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 13-nə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki, bunu sonrakı günlərə saxlayasınız.
BUĞA – Təəssüf ki, “hakim” olsanız da bu ərəfə bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heç olmasa, günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 13-dən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.
ƏKİZLƏR – İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.
XƏRÇƏNG – Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi situasiyalar ovqatınızı korlasa da, özünüzü təmkinli aparmağa çalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın.
ŞİR – Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.
QIZ – İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.
TƏRƏZİ – Yaxşı olar ki, bütün vacib işlərinizi mayın 12-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.
ƏQRƏB – Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 14-15 may aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.
OXATAN – Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi indi də yaxınlarınız, dostlarınız hər vəchlə sizə mane olmaq istəyəcəklər, buna baxmayaraq belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək.
OĞLAQ – Ümumi məziyyətlərinə görə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb-biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. Mayın 14-dən sonrakı müddət müəyyən gərginliklə müşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək.
SUTÖKƏN – Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vuracaqsınız. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən azı ona görə ki, bu cəhdlərin nəzərəçarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazım gələcək.
BALIQLAR – Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər; növlərini isə özünüz təyin etməlisiniz. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək.
Yenilənib: Noyabr 30, -0001
cox sag ol eziyyete gore…gorekde….
QOЗ – Astroloji gцstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 13-nə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki, bunu sonrakı gьnlərə saxlayasınız.
Sagolun Minnetdaram
ŞİR – Bəri başdan nəzərinizə зatdıraq ki, bu aralıq sizin ьзьn daha зox maraqlı gцrьş və xoş təsadьflərlə yadda qalacaq. Зalışın hər bir ьnsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz ьзьn bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi mьnasibətlərinə həsr edin.
coox saol xebere gore
cox sagol xebere gore
TESEKKURLER AMMA BELE SEYLERE INANCIM NETO
goresen bu burc deyenlerin bir birinnen xeberi yoxdu ? televizorda basqa deyir radioda basqa cure burdada basqa cure :)) ulduzlarda atanshik olube uje :))
Sps Rusi gagulik
deyir 13 den sonra istirahet etseniz yaxsi olar istirahet etsem derslerimi kim eleyecek texnikoma hazirlasiram ne ise xebere gore tsk
chok saqol Baliqlar amma eskerlikde sevgini hardan tapim 3 aydan sonra buranı bitirim belke he birini sevdim.I am (a) soldier denbill
Chox saq ol
o qederde ureyimce olmadi eeee
Coxxxxxxxxx sagol canim
DaviDoFF,
deir sevgide bexduvuz getirmelidi xardan bilir ? =)
_)) dayan soruwum deyirem)
cox sagol bidenem
cox sagol maraglidi=)
tewekkur edirem)))ureyimce olmadii(((
cox sag olun.))
QOC– Astroloji gцstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 13-nə qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki, bunu sonrakı gьnlərə saxlayasınız.
Cox saq ol baciwka ellerine saqliq…
deir sevgide bexduvuz getirmelidi xardan bilir ? =)
Xercenh burcu qorxdume lap men oz riskimi atmisham uje 🙂 inaniram ki geleceyimiz yaxsiolacaq 🙂 inshallah AMIN
BUĞA – Təəssьf ki, \"hakim\" olsanız da bu ərəfə bьrcьnьz ьзьn hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yцnəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heз olmasa, gьnlərinizin maraqlı olması ьзьn mьəyyən tədbirlər gцrьn. Ayın 13-dən sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.
cox sagol xebere gore ureyimce oldu
TƏRƏZİ – Yaxşı olar ki, bьtьn vacib işlərinizi mayın 12-nə qədər başa зatdırasınız. Зьnki sonrakı ərəfədə bьtьn cəhdləriniz boşa зıxa bilər. İnsanlarla xoş davranın. Ьmumiyyətlə, зox məsələlərə gцrə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya mьnaqişə gцzlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət gцrьr.
Ufff.Yene maliyye meseleleri…hec ne yox ee.Bu kontur almaq axirda meni bankrot eleyecek=)
…SanX…