Hər eşq fərqli…Hər ayrılıq eyni….

Hər eşq fərqli…Hər ayrılıq eyni….
Həmişə eyni ayrılıqlar..Hər eşq özünə görə eşq, amma hər ayrılıq eyni..Hər ayrılıq gözyaşı , hər ayrılıq peşmanlıq dolu..
Bu da keçər deyə deyə ağlaya ağlaya yatdığın gecələri,
Paylaşdığın hər anının otağının divarlarını yalayıb keçdiyini,
Hər küçə lampası altında, titrək yağış damlalarını saydığını,
Hər telefon çalındığında, ürəyinin dəli kimi çarpdığını,
Hər gecənin səhəri olmayacaq kimi gəldiyi anları düşün.
Ürəyindəki daşı…
Nəfəs ala bilmədiyini…
Niyə deyə deyə, yumruqlarını sıxa sıxa ağladığını
Xatırla..
Ona görə hər ayrılıq eyni,
Hər eşq fərqli..

Gedənlər bəzən “gözlə məni” deyərlər və qalanlar bəzən gözləyəcəyinə and içərlər.
Hər gedən ardında bir gözləyən buraxar. Bəzən istər gözlə məni deyər, bəzən də gözləmə həyatına davam et deyər. Bu “gözləmə” demənin ardında bir gözlənilmə istəyi
vardır həmişə…Və hər qalan ürəyindəki ağrısıyla “gözləyəcəyəm” deyər. Dönməyəcəyini bilə-bilə,
gəlməyəcəyini bilə-bilə, sevməyəcəyini bilə-bilə. Və gözləyər…
Yəni yanımızdaykən fərq etmədiyimiz bir çox detal ilişər yaddaşlara. “Halbuki nə gözəlmiş yaşanılanlar” deyərsiniz. “Nə çox sevmişəm” deyərsiniz. Və bəlkə də heç
sevilmədiyinizi fərq edərsiniz. Ən ağrılısı da budur onsuz da. Sevilmədən sevdiyinizi fərq etdiyinizdə beyninizi minlərlə sual yeyər. Başlarsınız cavabıaydın olan suallara özünüz tərəfindən cavab axtarışına.Və sorğulama zamanı gəlir özünüz tərəfindən.. Halbuki unudarsınız bir şeyi. “Eşq
Sorğulanmadan Yaşanmalıdır.”Baxdığınız hər yerdə onu görərsiniz. Gördüyünüz hər şey də onu axtararsınız. Aynadakı
görünüşünüzdə bir əks olunmadır “o”. Yağan
yağışdır, dənizdəki dalğadır “o”, gecələrin ayı, gündüzlərin günəşidir “o”…

Və son cümlələr tökülər artıq dilinizdən. “O” Xoşbəxt Olsun Yetər. Deyə biləcəyiniz bir şey qalmamışdır çünki. Eynilə ürəyinizi sizdən aldığı kimi gedərkən cümlələrinizi də aparmışdır yanında.Səssizlik qalar geriyə bitən bir sevgidən. Və Ayrılıq Kəndiri qalar boyunuzda
“yağlı bir ilmək kimi”. Sanki biri ha çəkdi ha çəkəcək. Dayandı sanarsınız dünyanı.Amma nə dünya durar, nədə o ilmek çəkilər. Həyat davam edir və bu çarxın içində sizi də bilmədiyiniz başqa diyarlara sürüyür.
Bitəcək sanarsınız ağrınızı, bitməz… Yalnız ürəyinizin hansısa küncündə gizlənər. Bir mahnıda, bir şeirin qəmli misralarında və bəlkə də bir sözdə qanamağa hazır bir yaradar o artıq.
“Səssizliyin İçində Bir Qışqırıq, Qaranlığın İçində Bir İşıq, Ürəkdə Bağlanmaz Bir
Yaradar Artıq O”

Best my life

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    belede yaxsidi

  2. VeFaSiz_Giz dedi ki:

    Best my life prowu proweniye za to cto delayu zame4aniye no pojalusta pri dobovleni novostya xotyabi wrift bukv stavte po bolwe ok ?
    a to glaza bolyat kogda vnimatelno 4itaew smiles
    mas tolko bez obid, a za trud vse je spasibo

  3. MILAQROS dedi ki:

    vefasiz_giz,
    ya_za
    interesno thanks
  4. Best my life dedi ki:

    Sitat: HosT (aLLiAnCe)
    belede yaxsidi


    bilirem neye gore bele deyirsen

    Sitat: vefasiz_giz
    Best my life prowu proweniye za to cto delayu zame4aniye no pojalusta pri dobovleni novostya xotyabi wrift bukv stavte po bolwe ok ?


    ok

  5. Admin dedi ki:

    Best my life,
    ellerinnize saglik ela alinib

    Amma men birce onu deyecemki ayriliq ve sevgi acisinin ne qeder aci bir hiss oldugunu yawananda bilinir.AMMA bunu hec kime istemirem gorsun ( (((

  6. MILAQROS dedi ki:

    Admin,
    bawa duwurem seni DOSTIK bawina gelen bilir not_i
  7. Maripoza dedi ki:

    Chox xoshuma geldi,minnetdaram.

  8. meymunka dedi ki:

    Ayriliq suseden olan bir qelbin her gun goz bebeyin kimi qorudugun qelbi kimse sindirir,belkede hec dusunmeden ki,o suse qelb birde hec vaxt evvel ki kimi olmayacaq!!!!

  9. BadBoy dedi ki:

    Yenede Cox sag Ol Xebere Gore

  10. fanya_ya dedi ki:

    Chox saq ol xabara gora