RUHUM


alt

Ruhum,bağlı qapılar ardında kilidlidir.Dənizə nazır bir yerdə buraxdım bədənimi..
Məndən ayrıldığında çox uzaqlarda olacağını pıçıldayırdı qulağıma.Qorxmadım onsuz olmaqdan və bəlkə də qovuşma ümidi idi mənim ki….Dön dəmə…ruhumu bədənimdən ayırmağı bacarana incik deyiləm.Kədərli deyildim qaldığım uzaq diyarlarda.İnsan bəzən imtina edər sevdiyindən,ruhuna ekvivalent saydığı da olsa.Həmişı ayrılıqlar da ölüm kimi gəlməzmi?!Dərin bir ağrı hiss etməzmi insan…Həlli çətin olan sisli küçələrdə çarəsizcə gəzməzmi?!Məcbur hiss edər özünü başını götürər gedər,geridə yalnız hüznlər,iç sızlatan xatirələr qalar.Nə etməli sualını dəfələrlə özünə soruşar,o qədər soruşar ki tək başına təklik oyununu oynamaq istəməz.Amma səhnəyə çıxmaq məcburiyyətindədir.Pərdə açılar.Ruh,bağlı qapılar ardında kilidlidə olsa,bir az aralayar özünü.Amma yorğundur,hürkmüşdür,özündən əmin deyil.Qaranlıq bir səhnədə başlar oyun,bu əslində ruhun bədənə döyüşüdür.Ruh sözə başlar:”Köhnəldim ey bədən.Sevdim riyakarlıq gördüm,sevdim sevdiyimdən əmin,amma nə tapdım qırıq tökük ruhlar gəmisi.Xarabalıq ürəklər,itkin xülyalar,özü olmayıb başqa maskaları üz seçənləri.Buna baxmayaraq səndə can tapmalıyammı? ” Ardından Bədən sözə girər :”Biz bir insanı insan edərik.Bunun fərqindəsənmi? Sən və Mən birlikdə ola bilməzsək necə ayaqda dayanar insanoğlu?”
Ruh əsəbiləşərək: “İnsanoğlunun ayaqda dayanıb dayanmaması ümid edərəm də deyil artıq.Ne gördümsə yenə onlardan gördüm.”
Varlığımı bir tərəf etdilər.Özümü gecə yari küçədə gözüyaşli gördüm.Səhərlərə qədər rahatlamaq üçün gəzdim.Sonra dəniz…Dənizlə dərdləşdim bir az.Tündxasiyyət dalğalarında o belə özünə görə haqlı idi mən haqsız ikən…Sonra külək…Tam mənə toxuna bilməzsən deyərkən.Sənə toxunan deyiləm deyərək keçdi getdi.Mən sənsiz bir heç kiməm.Tüm varlığı idarə edən mən.Böyük bir Heç! Mən olmasam sən məhrumsan.
Bədən geri çəkilər kimi olar və :”Bəli,haqlısan yəqin,bu qədər tez bəs etməz,amma haqlısan.Nə vaxt sən məndən getsən artıq tutmayacağam səni!Bu səfər qazandın Ruh….
Bu səfər sən Qazandın…! Azad olmağı haqq edirsən sən. Məndən ayrı olmağı.Mən insanı icra edərəm,dayanib düşündürərəm,duyğular böhranına salaram.Bu səfər sən qazandın Ruh…. Azadsan!!!
Bəs sizin daxilən tək,yalniz olan anlariniz olubmu?Həmin anda daxilinizdəki səs nə deyir?

Best my life

Şərhlər:

  1. PRistupnIK dedi ki:

    thank_you cox gozel idi cox saqol ellerine quvvet

  2. MILAQROS dedi ki:

    PRistupnIK,
    ya_za

  3. Avtosh_227 dedi ki:

    tewekkurler.ellerin agrimasin…

  4. BadBoy dedi ki:

    Allarina Saglik Cox sag Ol….

  5. МиниК_Сердце dedi ki:

    Bu səfər sən Qazandın…! Azad olmağı haqq edirsən sən. Məndən ayrı olmağı.Mən insanı icra edərəm,dayanib dьşьndьrərəm,duyğular bцhranına salaram.Bu səfər sən qazandın Ruh…. Azadsan!!!