İslamda yemək

İslamda yemək
Müqəddəs İslam dini səmavi din olaraq, məişətimizlə bağlı bir sıra tövsiyələr edir. Onlardan bəziləri süfrə mədəniyyətinə aiddir. O bizə hətta nələrin bəyənildiyini yaxud bəyənilmədiyini də öyrədir.

Ən əsası qidanın halal yolla əldə olunması, pak və şəriət qanunları ilə kəsilməsidir (bu, ət məhsullarına aiddir). Dad vermək məqsədilə tərkibinə likör və digər spirtli içkilər qatılan qida məhsulları, həmçinin donuz əti və digər bu kimi ət məhsullarından istifadə etmək haramdır. Məsələn, donuz və haram hesab edilən digər ət məhsulları halal qazancla əldə olunub şəriət qanunları əsasında kəsilsə belə, onun yeyilməsi haramdır.

Eləcə də əti halal olan qoyun və sair heyvanlar haram qazancla əldə olunsa, amma şəriət qanunları əsasında kəsilsə də onları yemək haramdır.

Oğurluqla əldə olunan, icazəsi olmadan ələ keçirilən, aldatmaq və rüşvət yolu ilə əldə olunan qida məhsullarından da istifadə etmək haramdır.

Qeyd olunanlarla yanaşı, dinimiz bir sıra əməlləri də məkruh (bəyənilməyən) hesab edir:

1-Yemək zamanı başqasının üzünə baxmaq

2- Səs çıxararaq yemək

3-İsti-isti yeyib-içmək

4-Tələ yemək

5-Yemək zamanı danışmaq

6-Ayaq üstə və ya uzanılı vəziyyətdə yemək

7-Əziyyət verənə qədər yemək

8-Üfürərək yemək

Bəzi əməllərə isə dinimiz olaraq sövq edir:

1-Yeməyə başlamazdan əvvəl və sonra Allahın adını çəkmək

2-Yeməkdən əvvəl və sonra əlləri yumaq

3-Yeməyi duzla başlayıb, duzla qurtarmaq

4-Yeməyi tam çeynədikdən sonra udmaq

5-Sağ əllə yemək

6-İmkan daxilində başqalarını da süfrə arxasına dəvət etmək

7-Doymayana qədər yemək

8-Günorta yeməyindən sonra bir qədər uzanmaq

Leonel-207

Şərhlər:

  1. qeribelik dedi ki:

    ALLAH RAZI OLSUN LEO.İNSALLAH HER BİRİMİZ UZERİMİZE DUSHEN BUTUN DİNİ VEZİFELERİ LAYİGİNCE YERİNE YETİRERİK.AMİN

  2. Cristi dedi ki:
    Allah razii olsunn
    wirin
  3. pink_panther dedi ki:
    coxxx sagolunn

    j

  4. _Cinbala_ dedi ki:

    cox sagol sayende bilmediklerimizide oyrenirik cox sagol

  5. Leonel-207 dedi ki:

    rey yazan elleriniz var olsun….

  6. BuBLiK dedi ki:

    ALLAH razi olsun gagus!!!

  7. _Aynur_ dedi ki:

    Maraqli xeberdi cox saq ol Rusi…

  8. Badi_Seba dedi ki:

    Tewekkurler Leo

  9. BadBoy dedi ki:

    Allah Razi Olsun….

  10. ZakonLubvi dedi ki:

    angel tewekkur edirem ,guya indi ele weylere rey eden varki ?yemek olsun kef olsun deyib yeyirlerde icirlerde

  11. QEMLI_GECE dedi ki:

    COX SAGOL XEBERE GORE

  12. Dj_Robot dedi ki:

    Cox sagol qaqaw tewekkur men solaxayam goresen gunah edirem?

  13. MaLenKaya BuSinka dedi ki:

    tewekkurler Allah razi olsun maraqli xeberdi

  14. DaRk_AnGeL dedi ki:

    maraqli xeberdi tewekkurler girl_ang

  15. Melekcik dedi ki:

    Bəzi əməllərə isə dinimiz olaraq sцvq edir:
    1-Yeməyə başlamazdan əvvəl və sonra Allahın adını зəkmək
    2-Yeməkdən əvvəl və sonra əlləri yumaq
    3-Yeməyi duzla başlayıb, duzla qurtarmaq
    4-Yeməyi tam зeynədikdən sonra udmaq
    5-Sağ əllə yemək
    6-İmkan daxilində başqalarını da sьfrə arxasına dəvət etmək
    7-Doymayana qədər yemək
    8-Gьnorta yeməyindən sonra bir qədər uzanmaq

    bele yeyirem yemek..tewekkur edirem xebere gore ALLAH razi olsun

  16. TORANLIQ dedi ki:

    tesekkurler maraqli xebere gore gul

  17. KIVANC dedi ki:

    ALLAH RAZİ OLSUN SAG OL