Allah

Allahdan qoxmayan qəlbdə, göz yaşı tökməyən gözdə, fayda verməyən elmdə xeyir olmaz.
Gücsüzlərə kömək etməyə aciz qalırsansa, onları şəfqətlə bağrına basmağın yetər.
Susuanda düşünən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.
Rəftarı ədalətli adamın məqamı uca olar.
Ən üstün insan, güc sahibi ikən xeyirxah olan, zəngin ikən kasıb kimi yaşayan və insaflı olan adamdır.
Başqlarına gösterdiyin nəcib rəftar, özünə etdiyin yaxşılıqdır. Özünə etdiyin bu yaxşılıq üçün başqalarından əvəz gözləmə.
Ömrünün keçən qismi, bitib tükənmiş bir zamandır, gələcək qismi bir ümiddən ibarətdir, içində olduğun an isə çalışma zamanıdır.
Dünya malına çox əhəmiyyət verən adamlarla yoldaş olma; kasıb olsan xor baxar, varlı olsan qısqanar.
Dünya birisinin əlində əbədi qalsaydi, ona sahib olma növbəsi sizə gəlib çatmazdı.
Dinlə – öyrənərsən, sus – qurtularsan.
Uğursuzluğun acisini görməsən, xöşbəxtliyin dəyərini anlamazsan.
Hirs düşməndir, onu özünə rəqib etmə.
Özün öz sirrini saxlaya bilmirsənsə, onu faş edən başqasını qinamağa haqqın yoxdur.
Yoxsulu güldürsən, özün gülərsən.
Kasıba əl tutsan, savab edərsən.
Bəzən süküt sözdən daha təsirlidir.
Istədiyini əldə edə bilmirsənsə, onda əldə etdiyini istə.
Insan iki cürdür: biri istər, tapa bilməz; digəri tapar, qane olmaz.
Zənginlikdən və bolluqdan sevinmə, kasıbçılıqdan və fəlakətdən dərdlənmə. Çünki qızıl odla, kasıb insan isə fəlakətlərlə sınanar.
Sənin sahib olduğun az başqalarının sahib olduğu çoxdan daha yaxşıdır.
Dünya bir yuxudur, ona aldanmaq peşmançılıq gətirər
Allah bir qulunu bəyənərsə, onun qəlbini öz sevgisinə qərq edər.
Müsəman ola bilmək üçün, özünə istədiyin hər şeyi başqaları üçün də istə.
Əməl olmadan dua etmək, yay olmadan ox atmağa bənzəyir.
Bir axmağa verilə bilən ən doğru cavab, ona cavab verməməkdir.
Dünya səni aldatmadı, sən özün aldandın

Firuze

Şərhlər:

  1. e_s_k_a dedi ki:

    спс Аллах разы олсун

  2. Maripoza dedi ki:

    Teshekkurler,maraqli idi.

  3. Admin dedi ki:

    Susanda duşunən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.

    BU soz cox duwunulmuw ve agilli sozdur heqiqetende beledir.tewekkurler

  4. PRistupnIK dedi ki:

    thank_you saqol ..cox gozel

  5. meymunka dedi ki:

    Teshekkurler

  6. Best my life dedi ki:

    COX SAGOL FIRA MENALI ,DUSUNUDRUCU SOZLERDI TESEKKURLER(FIRA DEYE BILEREM SEN?) smile

  7. BadBoy dedi ki:

    Allah Razi Olsun….

  8. _Sia_ dedi ki:

    ALLAH Tekdir ve Mehemmed Peygember (s.e.s) onun elcisidir.

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…