Sərdar Ortac yumurta atəşinə tutuldu

Sərdar Ortac yumurta atəşinə tutuldu

Bahar şənlikləri çərçivəsində Hacettepe Universitetində konsert verməyə hazırlaşan müğənni Sərdar Ortac tələbələrin sərt reaksiyası ilə qarşılaşıb. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzləri şərflə bağlı bir qrup tələbə səhnəyə çıxan müğənniyə çəngəl, bıçaq, pivə şüşəsi və yumurta atıb.

Tələbələrin atdığı əşyalar Sərdar Ortacın iki rəqqasəsini yaralayıb. Boykot edildiyini görən müğənni bir mahnı oxuduqdan sonra səhnəni tərk edib. Tələbələr “Ahmet Kayanı unutmadıq” və “Yaşasın xalqların qardaşlığı” şüarları yazılan plakatlar qaldırıblar.



Daha sonra etiraz edən tələbələrlə konserti dinləməyə gələn digər tələbələr arasında dava düşüb. Davaya müdaxilə edən xüsusi təhlükəsizlik işçiləri tələbələri sakitləşdirmək üçün bibər qazından istifadə ediblər.

Xatırladaq ki, 10 fevral 1999-cu ildə Maqazin Jurnalistləri Dərnəyinin təşkil etdiyi Qızıl Obyektiv Mükafat Mərasimində mükafatlandırılan Ahmet Kayanın “Albomumda bir kürd mahnısı oxuyacam və klip çəkəcəm”, deməsi digər sənətçilərin etirazına səbəb olmuşdu. Sənətçiyə masadakı çəngəl və bıçaqları atan məşhurlar arasında Sərdar Ortac da vardı. Hətta Sərdar Ortac mikrofonu əlinə alaraq, ” Atatürk yolunda Türkiyə! Bu Vətən bizimdir, ellərin deyil!” demişdi. Salondan təhlükəsizlik xidmətinin köməyilə çıxarılan Ahmet Kaya, daha sonra xaricə getmiş və mühakimə olunduğundan bir daha Türkiyəyə dönə bilməmişdi. Sənətçi 2000-ci ildə Parisdə vəfat edib.


Bu hadisədən 10 il keçməsinə baxmayaraq, keçən il Kral TV Video Musiqi Mükafatları Mərasimində Cəfər Arat adlı bir müğənni Sərdar Ortaca hücum edərək yumruq atmışdı.



Sərdar Ortac “Milliyyət”ə verdiyi müsahibəsində, “O gecə Ahmet Kayaya qarşı etdiyim hərəkətə görə çox peşmanam. Bu gün əsla belə reaksiya vermərəm” deyib

pink_panther

Şərhlər:

  1. QEMLI_GECE dedi ki:

    yazig iy verecek ,,,, cox sagol eziyyetine gore

  2. Cristi dedi ki:

    Coxxxxxxxxxxxx sagol qaqaw!!!!!

  3. pink_panther dedi ki:

    reyleree goree twk

  4. BuBLiK dedi ki:

    poy yazzig=)))))))))))
    cox sagol BaLaCaaaaaaaaaa=)

  5. ZakonLubvi dedi ki:

    biyyyyyyyyyy yazik uwaq can can

  6. Dj_Robot dedi ki:

    Cox sagol tewekkur eziyyete hormet

  7. qeribelik dedi ki:

    AA NE PİS OLUB.XBR UCUN TSKLER

  8. TORANLIQ dedi ki:

    tesekkurler

  9. Melekcik dedi ki:

    hi hi::)))tewekkurler

  10. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore qaqa.ellerin derd gormesin inwallah.
  11. rihanna dedi ki:

    cox sagol..

  12. EQoiSTKa dedi ki:

    …Kurt tirk Soxbeti Derun Soxbeti…SanX…