Laçının işğalından 18 il keçir

Laçının işğalından 18 il keçir

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 18 il ötür. On səkkiz ildir ki, 60 mindən artıq laçınlı respublikanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. Rayonun bütün icra strukturları Ağcabədi rayonunun Taxtakörpü ərazisində fəaliyyət göstərir.

Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutublar. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal edib. Qeyd edək ki, rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsi ilə daxil olub. Yerli sakinləri deyir ki, Laçın işğal olunmamışdan bir gün qabaq Azərbaycan Silahlı Qüvvələrinin böyük əksəriyyəti cəbhə bölgəsini tərk edib.

Rayon icra hakimiyyətinin şöbə müdiri Məhəmməd Şahbazov bildirmişdir ki, rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 min 745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 1 peşə məktəbi, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyekti, 30 rabitə qovşağı, xalq teatrı, tarix-diyarşünaslıq muzeyi, 200-dən çox tarixi abidə talan edilərək dağıdılıb. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib.

Leonel-207

Şərhlər:

  1. Dj_Robot dedi ki:

    Laзının işğalından 18 il keзir

    He cox sagol qardaw inwallah torpaqlarimizi geri alacagiq.Bizim gucumuz buna yetir

  2. bakili balasi dedi ki:

    cox sagol xebere gore ellerina saglik yaxwiki yadimizda saxladiq bu gunu inwallah torpaqlarimizi geri alariq o mundar ermanilardan

  3. MaLenKaya BuSinka dedi ki:

    20ci il donumunu bayram kimi qeyd ederik inshallah. ALLAH boyukdur. bu da kecher..

  4. Single Girl dedi ki:

    Inanmaqa caliwiramki dogurdanda bir gun qayidacaq torpaqlar…yeqinki….

  5. _Aynur_ dedi ki:

    Cox saq ol Rusi xebere gore…

  6. Cristi dedi ki:

    Cox sagol qaqaw!!! Inaniram ki bir gun torpaqlarimiz qaytarilacaq!!!

  7. TORANLIQ dedi ki:

    tesekkurler inwallh torpaqlarimiz azad olunar AMIN

  8. DJ_Layla_ dedi ki:

    qaqas sag ol insallah burgun torpaqlarimizin aldigi xeberi yazarsan Amin

  9. Crazy dedi ki:

    XEBERE GORE COX SAG OL RUSI INSALLAH GERI ALINACAQ TORPAQLARIMIZ

  10. BuBLiK dedi ki:
    Night—Wolf,
    INWALLAH!!AMIN!!

    cox sagol Rusya allarina salik!

  11. QEMLI_GECE dedi ki:

    cox sagol atas xebere gore,,

  12. Night---Wolf dedi ki:

    Xebere gore 4oox sagolun burda yerleshdirdiyiniz u4un!! bunu hamimiz bilmeliyik!!her bir Azeri torpagi bizim u4un dogmadi! Allah Qoysa butun torpaqlar qayidar!…

  13. BadBoy dedi ki:

    Cox Tesir Edicidi …..HmMmMm Iller Kecir Amma Torpaglar Gayitmir

  14. ZakonLubvi dedi ki:

    lumped tewekkur edirem,bez koment

  15. pink_panther dedi ki:

    ehh ermenilerr hec vaxtt lacinii vermeyecekler cunkii lacinn onlar ucun qizill yol.udurr