“Əhd”im
Hər şey gözəl görsənirdi.Amma tək bir şeydən qorxurdum.Günəşdən.Heç sevmirəm bu işığı.Qapanmışdım qaranlığa.Bağlı pərdələr və örtülü qapılar.Sevmədiyim yay və həsrətlə gözlədiyim payız.Körpəlikdə isə tam tərsi idi.Günəşi nə çox sevərdim.Yağış günəşi unutdurur,söndürür deyə düşünərdim.Uşaqlıqda..
Böyüdükcə istəklərim artdı,tələblərim,arzularım.Özümü böyük görməyə başlamışdım.Daha ağıllı,daha gözəl,hər kəsdən ən yaxşı deyə düşünürdüm özümü.Əyləncələrim var,maraqlarım var.Axı hər kəs mən ola bilmir deyə düşünürdüm.Qəlbimdə sevgi yalnız özümə idi.Allahı da sevirdim amma..amma ona səcdə edəcək qədər aciz biri olduğumu unutmuşdum.Görməzdən,duymazdan gəlirdim.Öz acizliyimdə batıb qalmışdım.Azan yerinə dinlədiyim musiqilər haram olanları idi.Ruhumu qurudurdum.Laqqırtı,lağ,zarafatla korlamağa başlamışdım mənəviyyatımı.Hər şey yolunda gedərkən ayağım “daş”a ilişərdisə qaçardım Allahın yanına.O da kömək edirdi mən zavallıya.Beləcə keçirdi ömrüm.
Son gəldi və artıq getmək zamanı idi.Altı üstündən maraqsız olan tərəfə gedirdim peşmanlıqlarımla.Tövbə etdim ilk dəfə.Etdiyim günahlara görə tövbə etdim.Yanlışlarıma,yaşadığım və məhv etdiyim həyatıma görə tövbə etdim və səs gəldi: “İndimi?”..utandım..deyəcək bir sözüm və verəcək bir cavabım yox idi.Unutduğum əhdi xatırlamaq üçün bu qədər mi gecikmişdim? Və son..alovların içinə doğru gedən yol və addımlarım..
Yenilənib: Noyabr 30, -0001
”İndimi?”.suali bize verilmesin deye her gunumuze gore gerek ALLAHIMIZA wukur edek..yalniz pis gunumuzde yox daima ALLAHIMIZA siginax…
bele deyerli xebere gore 4ooox twk edirem sene..ALLAH komeyin olsun..ALLAH razi olsun sennen..
Cox saq ol maraqli xebere gore…ellerine saqliq….
Allah Razi Olsun…!!!
[color=#000000]
ALLAH razi olsun dostik
tewekkurler maraqli xeber ucun ama ehd sozunu mensini deyinde xais edirem
tskr