İslamda olmağın savabı və keçmiş günahların bağışlanması

alt
1
.
Əmr ibn əl-Asın islam dinini qəbul etməsi əhvalatı barədə özündən nəql olunan hədisdə Əmr belə deyir: «Elə ki, Allahtaala islamı qəlbimə saldı, Peyğəmbərin (s.a.v.) hüzuruna gələrək dedim:

“Sağ əlini uzat, səninlə bir sövdələşmə bağlayaq”. Sağ əlini uzatdı. Əlimi sıxdı. Peyğəmbər (s.a.v.) dedi:
“Ey Əmr, sənə nə olub?” Dedim:
“İstəyirəm bir şərt kəsim”. Dedi:
“Nə barədə şərt kəsmək istəyirsən?”
“Bağışlanmağım barədə” – deyə cavab verdim. Dedi:
“Məgər sən bilmirsənmi islam, hicrət və həcc özlərindən əvvəl bütün günahları yox edir?”
(Hədisi Müslim rəvayət etmişdir.)

2.Peyğəmbər (s.a.v.) dedi: «Əgər islamın qaydaqanunlarına riayət edərək yaxşı müsəlman adını qazansan, Cahiliyyət dövründə etdiklərinə görə cavabdehlik üzərindən götürülər. Yox əgər islamda pis müsəlman kimi tanınsan, həm əvvəl, həm də sonra etdiklərinə görə cavab verəcəksən».( Hədisi Əhməd “Müsnəd” adlı əsərində (I, 379) rəvayət etmiş, Əhməd Məhəmməd Şakir isə səhih hesab etmişdir.

3.Həkim ibn Hizam deyir: «Soruşdum: “Ey Allahın elçisi! Cahiliyyət dövründə sədəqə vermək, qul azad etmək və qohumlarla yaxşı münasibətdə olmaq kimi bir çox yaxşı işlər görmüşəm. İndi bu işlərə görə mənə savab düşürmü?” Peyğəmbər (s.a.v.) belə cavab verdi:
“Sən əvvəlki yaxşı əməllərə sahib ola-ola islamı qəbul etdin”.( Hədisi Buxari rəvayət etmişdir.)

4.Ənəs ibn Malikdən rəvayət olunan bir hədisdə deyilir ki, bir kişi Peyğəmbərin (s.a.v.) hüzuruna gələrək onun təbliği, beş vaxt namaz, zəkat, oruc və həcc ziyarəti barədə soruşur, çıxıb getdikdə isə Peyğəmbərə (s.a.v.) xitabən belə deyir: «And olsun səni haqla göndərənə ki, bunlara nə bir şey əlavə edəcəm, nə də bunlardan bir şey azaldacam». Bunu eşidən Peyğəmbər (s.a.v.) belə deyir: «Əgər doğru danışırsa,(dediiyni edərsə) Cənnətə daxil olacaq»( Hədisi Müslim rəvayət etmişdir.)

5.Ənəs ibn Malikdən rəvayət olunan bir hədisdə deyilir ki, vaxtilə bir yəhudi oğlan Peyğəmbərə (s.a.v.) qulluq edərdi. Günlərin bir günü bu yəhudi oğlan xəstələnir. Peyğəmbər (s.a.v.) onu ziyarət edir, gəlib baş tərəfində oturur və ona: «İslamı qəbul et» – deyir. Bu zaman oğlanın atası da burada olur. Xəstə nə edəcəyinə qərar vermək üçün atasının üzünə baxır və atası ona Əbu əl-Qasimə (s.a.v.) itaət etməsini əmr edir. Oğlan islamı qəbul edir. Peyğəmbər (s.a.v.) onun yanından çıxarkən Allaha belə həmd-səna edir: «Onu alovdan xilas edən Allaha həmd olsun!»( Hədisi Buxari rəvayət etmişdir.)

6.Abdullah ibn Əmr ibn əl-Asın Allah elçisindən nəql etdiyi aşağıdakı hədisə nəzər salsaq, bunun bariz nümunəsini görmüş olarıq. Allahın elçisi buyurmuşdur: «İslamı qəbul edən artıq nicat tapdı, kifayət qədər ruziləndirildi və Allah-taala verdiyi hər bir şeylə onu razı saldı»( Hədisi Müslim rəvayət etmişdir.)

7.Əbu Hüreyrədən rəvayət olunan hədisdə Allahın elçisi buyurmuşdur: «Əgər sizlərdən biri gözəl şəkildə Allaha təslim olarsa [islamı qəbul edərsə], onun gördüyü hər bir saleh işin savabı on qatdan yeddi yüz qata qədər artar. Gördüyü hər bir pis işə görə isə Allahın hüzuruna çıxana qədər ona yalnız bir günah yazılar».( Hədisi Müslim rəvayət etmişdir.)

8.«Dəmir maskalı bir kişi Peyğəmbərin (s.a.v.) hüzuruna gələrək dedi: «Ey Allahın elçisi! Vuruşum, yoxsa islamı qəbul edim?» Allahın elçisi: «Əvvəlcə islamı qəbul et, sonra vuruş» – deyə cavab verdi. Kişi əvvəlcə islamı qəbul etdi, sonra isə vuruşdu və vuruşarkən şəhid oldu. Allahın elçisi belə dedi: «Az iş gördü, lakin böyük bir savabla mükafatlandırıldı».( Hədisi Buxari və Müslim rəvayət etmişdir.)

9.Kürzi ibn Əlqamə əl-Cüzaidən rəvayət olunan hədisdə Peyğəmbər (s.a.v.) buyurmuşdur: «Əgər Allah-taala ərəb, yaxud da əcəm olan istənilən ev əhli üçün xeyir istəsə, bunun üçün onlara islamı bəxş edər».( Hədisi Əhməd rəvayət etmiş, Albani isə səhih hesab etmişdir.)

10.Allahın elçisi buyurmuşdur: «Allahtaala möminə zülm etməz. Ona bu dünyada saleh əməllər nəsib edər, axirətdə isə bu əməllərə görə onu mükafatlandırar. Kafir isə bu dünyada Allah üçün gördüyü yaxşı işlərin bəhrəsi ilə qidalanar, axirətdə isə mükafatlandırılması üçün heç bir savaba malik olmaz».( Hədisi Müslim rəvayət etmişdir.)

11.Abdullah ibn Əmrdən rəvayət olunan bir hədisdə Peyğəmbər (s.a.v.) buyurmuşdur: «Allah üçün bir müsəlmanın qətli dünyanın yox olmasından daha ağırdır»( Hədisi Tirmizi rəvayət etmiş, Albani isə səhih hesab etmişdir.)

12.Ənəsdən rəvayət olunan bir hədisdə Peyğəmbərin (s.a.v.) belə dediyi bildirilir: «Üç keyfiyyət vardır ki, kim onlara malik olsa, imanın ləzzətini dadmış olar: Allah və elçisini hər bir şeydən çox sevsə, müsəlmanı yalnız Allah rizası üçün sevsə və alova atılmağı arzulamadığı kimi Allah-taalanın qurtuluşundan sonra yenidən küfrə qayıtmağı arzulamasa».( Hədisi Buxari və Müslim rəvayət etmişdir.)

13.Abbas ibn Əbdülmüttəlibdən rəvayət olunan digər bir hədisdə isə Allah elçisinin belə deməsi bildirilir: «Kim Allahın Rəbb, islamın din və Məhəmmədin (s.a.v.) elçi olmasından məmnun olsa, artıq imanın ləzzətini dadmış olar».( Hədisi Müslim rəvayət etmişdir.)

14.Nəvvas ibn Səmandan rəvayət olunur ki, Allahın elçisi buyurmuşdur: «Allah-taala doğru yolu misal gətirir. Yol hər iki tərəfdən hasara alınmışdır və bu hasarlarda açıq qapılar vardır. Qapıların üzərindən nazik və boş pərdələr asılmışdır. Yolun ağzında bir nəfər dayanıb insanları çağırırdı: “Ey insanlar! Hamılıqla bu yola daxil olun, əsla başqa istiqamətə əyilməyin!” Bir nəfər də yolun ortasında dayanaraq bu qapılardan hansınısa açmaq istəyənə belə deyirdi: “Vay sənin halına! Onu açma! Əgər onu açmış olsan, ora daxil olacaqsan”. Bu yol islamdır. Hasarlar Allah-taalanın hüdudları, açıq qapılar Allah-taalanın haram buyurduqları, yolun ağzında dayanıb insanları çağıran uca və böyük Allahın Kitabı, yolun üstündə dayanıb insanları səsləyən isə Allah-taalanın hər bir müsəlmanın qəlbindəki moizəçisidir».( Hədisi Əhməd və Hakim rəvayət etmiş, Zəhəbi, Tirmizi və Albani isə səhih hesab etmişdir.)

15.Peyğəmbər (s.a.v.) belə demişdir: «Kim axşam və səhər üç dəfə: “Allahın Rəbb, islamın din və Məhəmmədin (s.a.v.) elçi olmasından məmnun oldum” – desə, onu razı salmaq Allah-taala üzərində bir haqq olar».( Hədisi Əhməd, Nəsai və Hakim rəvayət etmiş, Zəhəbi, Əbu Davud və Tirmizi səhih, İbn Baz isə yaxşı hesab etmişdir.)

qeribelik

Şərhlər:

  1. Avtosh_227 dedi ki:
    ALLAH razi olsun.cox sagol xebere gore dostik.ellerine sagliq…
  2. Leonel-207 dedi ki:

    cox sagol..Allah savabina yazar inshallah…

  3. BuBLiK dedi ki:

    ALLAH RaZi oLSun!!!

  4. pink_panther dedi ki:

    coxx twk

  5. TORANLIQ dedi ki:

    coox gozel tesekkurler

  6. BadBoy dedi ki:

    Allah Razi Olsun Gunelka

  7. JESSICA dedi ki:

    ALLAH razi olsun bacim

  8. Cristi dedi ki:

    Allah Razi Olsun flower flower

  9. qeribelik dedi ki:

    COOOOOOOOOOOOOOOOOOOOOOOOOX SAG OLUN.MİNNETDARAM.VAR OLUNUZ

  10. МиниК_Сердце dedi ki:

    ellerine saglig

  11. merry-girl dedi ki:

    ALLAH razi olsun.cox sagol xebere gore dostik.ellerine sagliq…

  12. bakili balasi dedi ki:

    cox sagol xebere gore man hamiwa dediyim kimi sanin xeberlarivin vurgunuyam yenada cox sagol ellerin derd gormasin Allah razi olsun

  13. Dj_Robot dedi ki:

    Cox sagol baci Allah razi olsun

    «Dəmir maskalı bir kişi Peyğəmbərin (s.a.v.) hьzuruna gələrək dedi: «Ey Allahın elзisi! Vuruşum, yoxsa islamı qəbul edim?» Allahın elзisi: «Əvvəlcə islamı qəbul et, sonra vuruş» – deyə cavab verdi. Kişi əvvəlcə islamı qəbul etdi, sonra isə vuruşdu və vuruşarkən şəhid oldu. Allahın elзisi belə dedi: «Az iş gцrdь, lakin bцyьk bir savabla mьkafatlandırıldı».( Hədisi Buxari və Mьslim rəvayət etmişdir.)

  14. qeribelik dedi ki:

    ALLAH SİZLERDEN DE RAZI OLSUN.MİNNETDARAM.morgan,
    SENE XUSUSİ MİNNETDARLIQ GENİSH SHERHİN UCUN.COOX SAG OL.ALLAH HER BİRİMİZİN SEMİMİ GELBDEN ETDİYİ TOVBENİ GEBUL ETSİN.AMİN

  15. DJ_Layla_ dedi ki:

    Allah razi olsun cox sag ol

  16. Crazy dedi ki:

    cox sag ol bacis oxudum Allah razi olsun

  17. DaRk_AnGeL dedi ki:

    Allah razi olsun heart

  18. Melekcik dedi ki:

    cox sagol ALLAH razi olsun bacim

  19. ZakonLubvi dedi ki:

    cok sag ol ,qeribelik qeribe xeberler ucun

  20. QEMLI_GECE dedi ki:

    cox sagol allah senden razi olsun

  21. rihanna dedi ki:

    Allah Razi Osun.cox sagol xebere gore.

  22. TORANLIQ dedi ki:

    tesekkur ellerin derd gormesin

  23. arsenal dedi ki:

    ellerin derd gormesin xebere gore.Allah razi olsun…….

  24. _Cinbala_ dedi ki:

    Allah razi olsun cox sag ol

  25. morgan dedi ki:

    Qeribelik heqiqeten de kim tovbe ederse gunahlari bagishlanir
    biz Allahla sert kese bilmerik ki menim gunahii bagishla men de filan yaxshiligi edecem
    umumiyyelt 1 yaxshiliq gdigerine zemin yaradir
    calishaq hemishe yaxshi olaq
    Qeribelik bax ele senin bu xeberin sene savab qazandirdi
    biz userler dost tanishlarimiza her defe bu xeberden deyerli 1 sitat getirdikde sene yene savab yazilir
    eladir

    P.S ustdeki userler niye bele qisa reylerle kifayetlenibler anmalish deyilem