Əməllər niyyətlərə görədir

Əməllər niyyətlərə görədir

BİRİNCİ HƏDİS
Əməllər niyyətlərə görədir…

Ömər ibn Xəttab  deyir ki, mən Peyğəmbərin belə dediyini eşitmişəm: «Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır. Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır. Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir». Buxari və Müslim.

İKİNCİ HƏDİS
Dində olmayan bir şeyi dinə əlavə etmək

Aişə Peyğəmbərin belə dediyini rəvayət edir: «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar». Digər rəvayətdə isə deyilir: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar». Buxari və Müslim rəvayət etmişlər.

Bu iki əzəmətli hədis dinin bütün sahələrini, vacib və müstəhəb, zahiri və batini məsələlərini əhatə edir. Ömərin hədisi batini, Aişənin hədisi isə zahiri əməllər üçün tərəzidir.
Hər iki hədisdə, zahiri və batini söz və əməllərin qəbul olması üçün şərt hesab olunan, ibadət olunana ixlas və Peyğəmbərə s.a.v. itaət etmək göstərilir. Məqbul əməl, Peyğəmbərə s.a.v. itaət edərək Allah üçün ixlaslı edilən əməldir. Edilən əməl deyilən iki şərtdən, yaxud birindən xali olarsa həmin əməl məqbul sayılmaz və uca Allahın bu ayəsinə daxil olar: «Onların etdikləri hər hansı bir əməli Biz qəsdən (havadan uçan) dağınıq zərrələrə (toz dənələrinə) döndərərik!» (əl-Furqan: 23).

Deyilən iki şərtə əməl edən kimsə isə bu ayələrin əhatəsinə daxildir: «Yaxşı əməl sahibi olub, özünü Allaha təslim edən … şəxsdən din etibarilə daha gözəl kim ola bilər?…» (ən-Nisa: 125).
«(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər» (əl-Bəqərə: 112).

Niyyət isə Allaha yaxınlaşmaq, Onun rizasını və savabını qazanmaq üçün edəcəyin əmələ yönəlməkdir. Buraya əməlin özü və əməli kimin üçün edirsənsə onun üçün edilən niyyət daxildir.
Həmçinin ibadəti adətdən fərqləndirmək lazımdır. Məsələn, çimmək sərinlənmək və təmizlənmək üçün ola bilər. Həmçinin cənabətdən pak olmaq, meyit yuduqdan sonra və ya cümə namazı qılmaq və s. üçün ola bilər. Belə halda insan cənabətdən təmizlənməyi, yaxud deyilən müstəhəb qüslü niyyət etməlidir. Həmçinin insan zəkat, kəffarə, nəzir, könüllü sədəqə və ya hədiyyə olaraq pul versin. Bütün bunların ölçüsü niyyətdir.
Alış-veriş işlərində hiylə işlətmək də buraya daxildir. Ola bilər ki, zahiri baxımdan doğru hesab olunan alış-veriş işi görən insan, əslində sələmçiliyə yetişmək, yaxud kiminsə haqqını yemək və ya haram işə qovuşmaq üçün çalışsın. Burada ölçü, əməlin zahiri yox, həmin adamın niyyəti və qəsdidir. Çünki əməllər niyyətlərə görədir. Belə hallar, danışılmış işə nəzərdə tutulmayan, yaxud sövdələşməyə, ona aid olmayan şərti əlavə etməklə ola bilər. Bunları Şeyxülislam demişdir.
Bura, insanın məqsədinə çatması üçün istifadə etdiyi bütün vasitələr daxildir. Çünki yaxşı və ya pis məqsədə aid olan hökmlər, vasitələrə də aiddir. Allah, yaxşı iş sahibini pis iş sahibindən fərqləndirir.
Peyğəmbərin (s.a.v.) «Doğrudan da əməllər niyyətlərə görədir…» sözünün mənası o deməkdir ki, əməllər niyyətsiz hasil olmur, baş vermir. Əməllər niyyətlə bağlıdır. Sonra Peyğəmbər (s.a.v.) deyir: «Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır…». Yəni, əməllərin məqbul və ya puç, kamil və ya naqis olması bəndənin niyyətindən asılıdır. Kim xeyirli iş görməyə niyyət edib, məqsədi ali məqama yetişmək: Allaha yaxınlaşmaq olarsa onun üçün kamil savab və tam mükafat hasil olar. Kimin niyyəti və qəsdi naqis olarsa, savabı da naqis olar. Kimin niyyəti bu ali məqama deyil digər tərəfə yönələrsə o adam xeyirdən məhrum olar və məramına çevirdiyi səviyyəsiz və naqis işləri əldə edər.
Buna görə Peyğəmbər (s.a.v.) bütün işlərin müqayisə olunacağı bir məsəl çəkərək deyir: «Kimin hicrəti Allaha və rəsuluna olarsa, onun hicrəti Allaha və rəsulunadır…». Yəni, insan niyyət etdiyinə nail olar və etdiyinin mükafatını Allah verər. «Kimin hicrəti əldə edəcəyi dünya mənfəətinə, yaxud evlənəcəyi qadına görə olarsa, onun hicrəti də ona görədir».
Dünya məqsədlərinə nail olmağı qeyd etdikdən sonra, qadın adının xüsusi şəkildə qeyd olunmasına səbəb, bütün bunların (deyilən ali məqsəd qarşısında) aşağı və faydasız olduğunu bildirməkdir.

Baxın görün, yaxşı niyyət ruzinin bolluğuna və Allahın həmin insanın borcunun əvəzini verməsinə necə səbəb olur. Pis niyyət isə ruzinin və borc sahibinin tələf olmasına səbəb olur.
Niyyət həmçinin mübah və ümumiyyətlə bütün dünya işlərində keçərlidir. O kimsə ki, qazancında, dünyəvi və adi işlərində məqsədi bununla Allahın haqqını ödəmək, boynuna düşən vacib və müstəhəb əməlləri yerinə yetirmək olar, sonra bu gözəl niyyəti yeməyində, içməyində, yatmağında, istirahətində və müxtəlif qazanc işlərində təcəlli edərsə onun adətə görə etdiyi işlər ibadətə çevrilər. Allah belə bəndənin işlərinə bərəkət verər, onun üçün ağılı kəsməyən yerdən xeyir və ruzi qapıları açar. Kim cahilliyi və səhlənkarlığı ucbatından bu gözəl niyyəti əldən verərsə, sonra özündən başqasını qınamasın. Buxarinin “əs-Səhih” əsərində Peyğəmbərin (s.a.v.) belə dediyini rəvayət olunur: «Sən Allah üçün etdiyin hər bir işə görə savab qazanarsan, hətta arvadına yedizdirdiyin bir tikəyə görə»
Bununla da bəlli olur ki, bu hədis bütün xeyirli işləri əhatə edən bir hədisdir. Nəfsinin nicat tapmasını və faydalanmasını istəyən hər bir mömin bu hədisin mənasını başa düşməlidir. Bu hədisə əməl etmək istəyi isə hər halda və hər vaxtda onun gözü önündə olmalıdır.
Aişənin (A.r.o.) hədisinə gəlincə oradakı, «Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar». Digər rəvayətdə isə: «Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar» – sözləri həm ifadəsinə həm də məfhumuna görə müəyyən məna kəsb edir.
Hədisin ifadə baxımından kəsb etdiyi mənaya görə, quran və sünnədə heç bir əsası olmadan dinə əlavə edilmiş hər bidət, tutaq ki, istər cəhmiyyəlilər, rafizilər, mötəzililər və başqa fəlsəfi bidətlər, yaxud Allahın və Peyğəmbərinin əmr etmədiyi ibadətlərlə Allaha ibadət olunan feli bidətlər olsun, – bütün bunlar onu ixtira edənin özünə qalır. Belə əməl sahibləri etdikləri bidətdən və dindən nə qədər uzaq düşmələrindən asılı olaraq məzəmmət olunurlar. Kim Allah və rəsulunun demədiyi bir şeyi Onun adından deyər, yaxud Allah və rəsulunun icazə vermədiyi bir şeylə ibadət edərsə o bidətçidir. Kim mübah olanları haram edər, yaxud şəriətdən olmayan işlərlə ibadət edərsə o kəs bidətçidir.

Hədisin məfhumuna görə, kim Allah və rəsulunun əmr etdiyi bir işi, deyək ki, doğru etiqadla və saleh əməllərlə Allaha ibadət etmək və bu kimi işlər görərsə onun əməli məqbul, çalışqanlığı xoş olar.
Həmçinin hədisdən görsənir ki, şəriətdə qadağan olunmuş şəkildə edilən ibadət düzgün sayılmır. Çünki bu iş şəriət sahibi tərəfindən əmr olunmamışdır. Bir işin qadağan olunması onun fəsadlı olması deməkdir. Şəriətin qadağan etdiyi hər bir müqavilə ləğv edilmiş və etibarsız sayılır.

qeribelik

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    cox sag ol genish,izahli dini xebere gore redakte edende oxudum..Allah savabina yazar inshallah…

  2. qeribelik dedi ki:

    ALLAH SİZLERDEN DE RAZI OLSUN DOSTLARIM

  3. Cristi dedi ki:
    Allah Razi Olsun
  4. TORANLIQ dedi ki:

    TESEKKURLER ELLERINE SALIQ CANIKK

  5. Single Girl dedi ki:

    Bir soz vare niyyetin hara menzilin ora….Cox sagol baiciwm ALlah senden razi olsun…

  6. arsenal dedi ki:

    ETDIYIMIZ HER EMELI ALLAHI DUSUNEREK ETSEK EN GOZEL EMEL SAHIBI OLARIQ..EZIYYETE GORE TESEKKURLER.

  7. DaRk_AnGeL dedi ki:

    tewekkurler xebere gore

  8. pink_panther dedi ki:

    coxx sagoll

  9. _Aynur_ dedi ki:
    Cox saq ol canim maraqli xebere gore….Allah senden cox cooooox razi olsun….
  10. BadBoy dedi ki:

    Allah Razi Olsun…

  11. QEMLI_GECE dedi ki:

    cox sagol allah razi olsun senden bele gozel xebere gore

  12. bakili balasi dedi ki:

    cox sagol bela gozal xeberlerin hamiwa olsun ellerina saglik Allah razi olsun

  13. МиниК_Сердце dedi ki:

    Allah Razi Olsun canim(