62 ildir ac qalir

62 ildir ac qalir

Hind
kasıbı Prahlad Jani, 8 yaşından bəri ac və susuz yaşayır. Ekspertlərin
araşdırmağa aldığı Janinin bütün orqanları normal bir insanınkı kimi
çalışır.

Çox insanın yemək yemədən, bədənindəki zülal
anbarlarını istifadə edərək həftələrcə yaşaması mümkündür. Ancaq
ekspertlərə görə ortalama bir insan su içmədən üç ya da dörd gün yaşaya
bilər. Halbuki Hindistanda yaşayan Prahlad Jani təxminən 62 ildən bəri
heç bir şey yeyib içmir. Həkimləri təəccübləndirən Hind kasıbı,
təxminən 10 gündür Hindistanın qərbindəki Əhmədabad şəhərində qarovul
altındadır. Xəstəxananın nümayəndəsi Dr. Dinesh Desai-nin verdiyi
məlumata görə, bu müddət boyunca da heç bir şey yemədi, tualetə də
çıxmadı amma zehni və fiziki vəziyyəti çox yaxşıdır. Dr. Desai “ona
etdiyimiz testlər bədən mexanizminin normal bir insanınkı kimi olduğunu
göstərir” deyir.

70 yaşı ötmüş olan Jani zamanının çoxunu
Gujarat şəhərində Ambaji məbədində, hər şeyə boyun əymiş bir şəkildə
oturaraq keçirir. Son 10 gündür isə özü üçün xüsusi hazırlanmış otaqda
yaşayır. Tualeti sıx bağlanmış olan bu otaq, davamlı video kamerayla
müşahidə olunur. Janinin tək etdiyi şey isə azca bir suyla ağızını
çalxalamaqdır. “Yeməyə və suya ehtiyac duymuram” deyən Jani, səkkiz
yaşındaykən ilahi bir güc tərəfindən müqəddəs hesab edildiyini və o
zamandan bəri belə yaşadığını söyləyir. Charod kəndində böyümüş olan
Jani, görünüşüylə də diqqət çəkir. Qırmızı bir paltarı, burnunda halqa,
saçlarında çiçəklər var. Bu maraqlı görünüşlü adamı müridləri isə
“mataji” və ya “ilahə” deyə çağırır. Jani bu şəkildə necə yaşadığının
sirrini isə damağında olan bir dəliyə borclu olduğunu söyləyir. Bu
dəlik illərdir yemədən və içmədən yaşamasını təmin etmişdir.

BİTKİ KİMİ YAŞAYIR

Jani
kimi heç bir şey yeməyən və içməyən insanlar özlərini “ototrof” olaraq
adlandırırlar. Bu termin öz yeməyini edə bilən orqanizmlər mənasını
verir. Rus bir ototrof olan Irina Novozhilova, bu mövzudakı fikirlərini
belə açıqlayır: “Uzun illər əvvəl belə yaşamağı kəşf etmiş insanlar
var. Başda Vernadsky olmaq üzrə rus filosoflar, insanların yemək
yemədən yaşaya bilmələri üzərində düşünürdülər.”

Yer üzündə yaşayan
bütün canlılar ototroflar və heterotroflar olaraq ikiyə ayrılır. Günəş
işığı və havadan bəslənən yəni fotosintez edən bitkilərin böyük bir
qisimi ilk qrupa girir. İnsanlar və heyvanlar isə ikinci qrupa
daxildır. Onlar digər canlıları yeyərək həyatlarını davam etdirirlər.
Bu səbəblə yemədən və içmədən yaşayan insanlar

bitkilərə daha yaxındır.

Ayselka

Şərhlər:

  1. Leonel-207 dedi ki:

    cox sag ol xebere gore delilikdir..bu kishi balanin shekilini tapib duzeldince ))))))))

  2. BadBoy dedi ki:

    Ayselka Xebere Gore Sps

  3. TORANLIQ dedi ki:

    coox maraqli xeber idi tesekkur

  4. Ayselka dedi ki:

    cox sagol wekile gore mende ele melumat aldim sizlere xeber kimi teqdim etdim day bilmirem yalandi dogru

  5. DaRk_AnGeL dedi ki:

    camaatin bawi xarab olub eeeee tewekkurler canikom heart

  6. N_I_C_L_E dedi ki:

    coox sag olun maragli xebere gore……ne yaxshi eee yemeye pul xerclemir)))) roll

  7. _Aynur_ dedi ki:

    Baciwka xebere gore cox saq ol…ama inanmirameee 62 il ac qalmaq olar…

  8. Crazy dedi ki:

    vauu cox maraqlidi bes olmur o.DELILIKDI cox sag ol maraqli xeberdi

  9. pink_panther dedi ki:
    ne deyim vallah Allah Komeyi Olsun
  10. _Cinbala_ dedi ki:

    Cox sagol

  11. Azeri Girl dedi ki:

    cox sagol hebare gore)

  12. Avtosh_227 dedi ki:
    tewekkurler xebere gore.bu xeberi oxumuwdum…
  13. BuBLiK dedi ki:
    Leonel-207,
    xaxa SeN HeLeM TaPmIsAn MeN DeLi OlMiWaM=))))
    CoX SaGoL=)mArAgLiDi=)

  14. QEMLI_GECE dedi ki:

    maraqli geldi cox sagol xebere gore

  15. ZakonLubvi dedi ki:

    wacko nese inanmagim gelmireeeeee ,menge yalan olar nono

  16. Cristi dedi ki:

    uydaaaaaaaaaaaaaa. sagol baciw maraqli xeber idi