ELE INSANLAR VARKI

Həyatınız boyunca yüzlərlə bəlkə də minlərlə insanla qarşılaşdınız ya da qarşılaşacaqsınız. Amma yaşınız neçə olsa olsun, peşəniz, cinsiyyətiniz, həyatdakı rolunuz nə olursa olsun əhəmiyyətli bir gerçəyi əsla göz ardı edə bilməzsiniz.

Bu gerçək isə bu günə qədər həyatınıza neçə yüz adam daxildirsə onları yalnız üç qrupa ayrılan insan qrupuna rahatlıqla sala biləcəyinizdir.

SİZƏ KÖSTƏK OLANLAR…

“Həyatın olmazsa olmazlar”ı…

Siz axtarmasanız belə onlar sizi taparlar. Həm də o qədər asan bir şəkildə taparlar ki, çaşar qalarsınız. :-)Bir deyil, üç deyil, beş değil.Her yerdə, hər tərəfinizi əhatə edərlər sanki. Başınızı çevirdiyiniz yerdədirlər.Siz keflə xəyallarınızı, hədəflərinizi izah edərsiniz, onlarsa maneələrinizi.

Siz gələcəyin ümid vəd etdiyini söyləyərsiniz, onlarsa döyüşün, sellərin dünyanı necə məhv edəcəyindən şikayətlənərlər.Hər dediyinizə bir cavabları vardır. Hər müsbət düşüncənizə bir mənfi enerjiləri vardır. Çox qazanc deyərsiniz, iqtisadi böhran deyərlər…

Kefliyəm deyərsiniz, “Niyə?” deyə soruşarlar…Kömək istəyərsiniz, “Onsuz da olmayacaq amma hər nədirsə…” deyərlər…Bu həyata özlərinin və xüsusilə sizin başınıza və ürəyinizə pessimizmi yerləşdirmək üçün gəlmişlər…

TƏSİRSİZ ELEMENT OLANLAR…

Ətliyə, sütlüyə toxunmayan, həyatınızda nə irəliləmənizə vəsilə olan, nə də sizə düşüncə və davranışlarıyla təsir etməyən insanlardır.Ürəyiniz istər ki bu insanlar da sizə dəstək olsun, fikirləriylə, təcrübələriylə sizə yol göstərsin… Amma harada… :-(Bu sizin həyatınız və onları zərrə qədər maraqlandırmaz. Belə insanlar öz işləri xaricində başqa heç bir şeylə maraqlanmazlar.

Əllərində olsa öz işlərini də başqalarına gördürərlər və dünyada heç bir şeylə maraqlanmazlar…

SİZƏ DƏSTƏK OLANLAR…

Ən gözəli ən sona saxlanar, deyərlər. :-)Bu tip insanlar həyatınıza xüsusi bir məna qatarlar. Dəstəkləri üçün özlərinə, belə insanlarla tanış ola bildiyiniz üçün də Allaha şükr eşidərsiniz.

Sizin bu gün, burada, bu mövqedə işinizin bilvasitə ya da dirək bir parçalarıdırlar.Sizin bu gün, istədiyiniz hədəflərinizə çatmanızda bilvasitə ya da dirək dəstəkləri olmuşdur.Xatırladığınızda üzünüzdə bir təbəssüm əmələ gələr. “Yaxşı ki tanımışam” deyərsiniz.Müsbət, hər şeyi görən amma müsbət ehtimalları və ola biləcək gözəl nəticələri davamlı sizə xatırladan insanlardır. Buna görə belə düşünməkdə sonuna qədər haqlısınız:

“Yaxşı ki vardır. Və yaxşı ki, Allah mənə də şans tanıdı ki, onu tanıya bilim… 😉

Onların olması, sizə köstək olan və həyatınızda təsirsiz element kimi iştirak edən insanların gətirdiyi mənfilikləri görməməzlikdən gəlmənizə köməkçi olar.

Bəzən ailədən biri, bəzən bir yoldaş, bəzən bir qohum, bəzən bir iş yoldaşı=), bəzən də virtual aləmdə tanıdığınız biri…Sizi dinləyən, sizin üçün həll axtaran, tapa bilməsə belə hər qərarınızda sizi dəstəkləyən biri…Söhbətiylə, danışmasıyla, davranışlarıyla, hər şeyi buraxın bəzən göndərdiyi bir maillə ya da “Sabahınız xeyir” deməsiylə sizin gününüzü işıqlandıracaq qədər dəyər verdiyiniz və sevdiyiniz biri…Onları itirməyin əsla.Dəyərlərini bilin və bunu onlara hiss etdirin. Çünki onlar tapılması çox amma çox çətin olan, hər şeyiylə sizə dəstək olan və sizin yaxşılığınızı istəyən insanlardır…Onlara həyatınızda iştirak etdikləri üçün təşəkkür edin.Bir telefon, bir mail, bir məktub, ya da üz-üzə…Onların sizin üçün nə qədər xüsusi olduqlarını bilmələrini təmin edin.

Həyatınızda belə bir insan varmı? Və dəqiq ad çəkə bilərsinizmi?

Best my life

Şərhlər: