28 MAY RESPUBLIKA GUNUDUR!!!

28 MAY RESPUBLIKA GUNUDUR!!!

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 92 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalmışdır. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyuldu.

Demokratik Respublika dövründə kitabxana və muzey işinin quruluşunda böyük yeniliklər edilmişdir. Azərbaycan hökuməti geniş oxucu kütləsinin ehtiyaclarını ödəmək üçün Bakıda ümumi kitabxana təşkil etmək məsələsini qaldırmışdır. 1920-ci ilin apreli üçün Azərbaycanda 95 min nüsxə kitab fondu olan 11 kitabxana var idi.

AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunmuşdur. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılmışdır. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunmuşdur.

İstiqlal dövrü milli teatr sənətinin, poeziyanın, dramaturgiyanın ümumiyyətlə incəsənətin inkişafında çox mühüm və maraqlı bir dövrdür. 1918-ci ilin oktyabrında Bakıda Hacıbəyli qardaşları tərəfindən teatr truppası yaradılmışdır. Azərbaycan hökuməti türk teatr truppasını öz himayəsinə almışdır. Ümumiyyətlə istiqlal dövrü teatrın inkişafında əsaslı keyfiyyət dəyişiklikləri, dövlətin teatr sənətinə fəal yardımı teatrın cəmiyyətin həyatında rolunu artması ilə əlamətdardır.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Leonel-207

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    BAYRAMINIZ MUBAREK OLSUN FORGENCLILER!!!
  2. _Bella_ dedi ki:

    xmmm mubareysizzzzzzzzz

  3. girl_from baki dedi ki:

    bayramimizz mubarek .caliwaq ki bayramlarimizin sayi artsin

  4. ZakonLubvi dedi ki:

    Sitat: Leonel-207
    BAYRAMINIZ MUBAREK OLSUN FORGENCLILER!!!


    Sitat: MaLenKaya BuSinka
    Bayraminiz mubarek ForGenCliler


    Sitat: BuBLiK
    ☆ BAYRAMINIZ MUBAREK FORGENCLILER☾☆


    Sitat: BadBoy
    Tebrikler…!!!


    Sitat: Black_Boy
    heyyyyyyyyyyy eziz istifadeciler ve Azerbaycan ehli bayraminiz mubarek olsun O gun olsun ki bu musteqilliy bayramini ishgal olunmuw torpaqlarda qeyd edek Amin !!!


    Sitat: pink_panther
    haminizin bayrami mubarek ODLAR YURDU AZERBAYCAN HEMISE ELE MUSTEQIL QALACAQ


    Sitat: _Aynur_
    RESPUBLIKA GUNUNUZ MUBAREK!!!!


    Sitat: Azeri Girl
    Hamin bayrami mubarek!!

    Sitat: N_I_C_L_E
    Bayramimiz mubarek bize bele gozel bayramlar cooox yarashir…Tebrik edirem….Her kes magazaya gedib bayragimizi alib pencerden dalgalandirsinlar..


    Sitat: Single Girl
    Hamini urekden tebrik edirem)))))


    Sitat: _Bella_
    xmmm mubareysizzzzzzzzz


    Sitat: girl_from baki
    bayramimizz mubarek .caliwaq ki bayramlarimizin sayi artsin

  5. IzYuMinKa dedi ki:

    BAYRAMINIZ MUBAREK FORGENCLILER!!!

  6. QEMLI_GECE dedi ki:

    cox sagol eziyyetine gore ,, bayramimiz mubarek ))

  7. Angelocka dedi ki:

    Bugun AZERBAYCAN RESPUBLIKASI VE XALQI UCUN en gozel ve ozel gunlerden biri 28 May Respublika Gunudur.Men oz adimdan butun Azerbaycan Xalqini ve butun Forgencli userleri bu gozel gun munasibeti ile semimi qelbden tebrik edirem. Arzu edirem ki MUSTEQIL AZERBAYCAN XALQI bu eziz ve xow gunlerini mehz 20% iwgal olunmuw torpaqlarinda qeyd etsin.Eminem ki Her bir Azerbaycanli bunu urekden isteyir. Allah Xalqimiza uzun omur ve can sagligi nesib etsin.Biz oz haqqimizi sonuna kimi qoruyaciyiq.Yeri gelse bu yolda olenler olacaq nece ki olduda olenler.Ama biz oz haqqimizi uzden iraq qonwularimiza pay etmeyeceyik.Azerbaycan Guclu xalqdi eminem ki bir gun uzumuz gulecek ureyimiz acilacaq ki oz dogma torpaqlarimizin her bir qariwi bize qayidib. Butun esgerlerimize can sagligi arzu edirem.Allah onlari penahinda saxlasin. Onlar veten kewiyi cekirler.Allah onlari ailelerine bagiwlasin.Umumilli liderimiz Heyder Eliyevin bir sozu variydi "MEN FEXR EDIREM KI MEN AZERBAYCANLIYAM" Mende FEXR edrem ki MEN AZERBAYCANLIYAM…Ve damarlarimda Azerbaycanli qani axir.!!!

  8. Cristi dedi ki:
    Bayraminiz Mubarek!!!
  9. DaRk_AnGeL dedi ki:

    haminin bayrami mubarek heart

  10. Melekcik dedi ki:

    Bayraminiz mubuwdu,,

  11. Fidaska dedi ki:

    cox ela yasasin xalqimiz yasasin AZERBAYCAN

  12. Single Girl dedi ki:

    Hamini urekden tebrik edirem)))))

  13. N_I_C_L_E dedi ki:

    Bayramimiz mubarek bize bele gozel bayramlar cooox yarashir…Tebrik edirem….Her kes magazaya gedib bayragimizi alib pencerden dalgalandirsinlar..

  14. Dj_Robot dedi ki:

    Cox sagol Rusi.

    Bayraminiz Mubarek ForGenC Userleri

  15. El3ktra dedi ki:

    İNSALLAH musteqilliyimiz ebedi olar!
    Bayramimiz mubarek!

  16. MaLenKaya BuSinka dedi ki:

    Bayraminiz mubarek ForGenCliler

  17. BuBLiK dedi ki:

    ☾☆ BAYRAMINIZ MUBAREK FORGENCLILER☾☆ clapping

  18. BadBoy dedi ki:

    Tebrikler…!!!

  19. Black_Boy dedi ki:

    heyyyyyyyyyyy eziz istifadeciler ve Azerbaycan ehli bayraminiz mubarek olsun O gun olsun ki bu musteqilliy bayramini ishgal olunmuw torpaqlarda qeyd edek Amin !!!

  20. pink_panther dedi ki:

    haminizin bayrami mubarek ODLAR YURDU AZERBAYCAN HEMISE ELE MUSTEQIL QALACAQ

  21. _Aynur_ dedi ki:
    Xebere gore cooox saq ol Rusi…

    RESPUBLIKA GUNUNUZ MUBAREK!!!!

  22. Azeri Girl dedi ki:

    Hamin bayrami mubarek!!

  23. star dedi ki:

    Sitat: Black_Boy
    heyyyyyyyyyyy eziz istifadeciler ve Azerbaycan ehli bayraminiz mubarek olsun O gun olsun ki bu musteqilliy bayramini ishgal olunmuw torpaqlarda qeyd edek Amin !!!


    AMIN.AMIN.men de oz adimnan haminin bayramini tebrik edirem,Allah bu kiwinin ruhunu wad etsin.

  24. ZoRRo_BaKu dedi ki:
    ..::Superdi Thank You::..
    twk twk twk