Azərbaycan “Eurovision-2010”un finalında!


alt

Mayin 27-de Norveçin paytaxtı Osloda “Eurovision-2010” Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Mayın 25-də keçirilən birinci yarımfinalda Rusiya, Moldova, Bosniya və Hersoqovina, Estoniya, Finlandiya, Latviya, Serbiya, Slovakiya, Belarus, Albaniya, Belçika, Yunanıstan, İslandiya, Makedoniya, Malta, Polşa, Portuqaliya mübarizə aparıb. Bu gün II yarımfinalda isə Azərbaycan, Türkiyə, Ukrayna, Danimarka, İsrail, Litva, İsveç, İsveçrə, Gürcüstan, Bolqarıstan, Xorvatiya, Kipr, İrlandiya, Niderland, Rumıniya, Ermənistan və Sloveniya finala vəsiqə qazanmaq üçün mübarizəyə qoşulublar.

Artıq birinci yarımfinaldan finala Bosniya və Hersoqovina, Moldova, Rusiya, Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Estoniya, Albaniya və İslandiya çıxıb. Finalda 25 ölkə mübarizə aparacaq.

Səhnəyə birinci Litvanın “İnculto” qrupu “East Europe Funk” mahnısı ilə çıxıb. Qrup üzvləri sadəcə oxuyublar, onları nə rəqs qrupu müşayiət edib, nə də özləri rəqs hazırlayıblar.

Promo-tur çərçivəsində getdiyi hər ölkədə torpağa ərik çəyirdəyi basdıran Ermənistan iştirakçısı Eva Rivas Civan “Qasparyanın klarnet müşayiəti və maraqlı səhnə şousu ilə “Apricot Stone” (Ərik çəyirdəyi) mahnısını ifadə edib. İfa zamanı yorğun və xarici boğazlar ifaçının həyəcanlı olduğundan xəbər verib.

Favorit iştirakçılardan sayılan İsrailli Harel Skaat lirik “Milim” mahnısını səhnədə pianonun müşayiəti ilə ifa edib. Harel də həyəcanlı ifası ilə öncəki ifaçıların qüsurlarını təkrarlayıb.

Promo-tur çərçivəsində soyuq ölkəsindən gəlib günəşli Azərbaycanda qızındığını deyən Danimarkalı Chanee və Tomas Nevergreen əvvəlcədən qalib olmayacaqlarını etiraf etsələr də, ürəklə “İn a moment like this” duetini ifa ediblər. Duet ortaqları tamaşaçılardan böyük alqış qazanıblar.

İsveçrəli Maykl Vonderhed “İl pleut de lor” adlı mahnısını üç xanım vokalistin müşayiəti ilə ifa edib. Bu iştirakçını sönük və maraqsız ifalar siyahısına aid etmək olar.

Ölkəsində pop musiqisinin şahzadəsi hesab olunan İsveçli Anna Bergendahlağ gitarla “This is my life” yəni, “Bu mənim həyatımdır” mahnısını ifa edib. Yeri gəlmişkən, təmsilçimiz Səfurə Əlizadə bu mahnını çox bəyəndiyini etiraf etmişdi.

Nəhayət, növbə iştirakçımız Səfurə Əlizadəyə çatıb. “Drip drop”, yəni “Damla, damla” göy rəngli geyimdə səhnəyə çıxıb. Hələ mahnının əvvəlində tamaşaçıların reaksiyası Səfurənin favorit olmasını bir daha sübut edib. Təəssüf ki, Səfurənin ifası özü qədər əmin təsir bağışlamadı. Bununla belə, alqışlar tamaşaçıların Səfurəni qəbul etdiklərindən xəbər verib.

Ukraynalı Alyoş maraqlı geyimi, ifası ilə həm gözə, həm də qulağa xitab edə bilib – “To lie free”, mahnı belə adlanırdı.

18 yaşına qədəm basan Niderlandlı Sieneke adlı gənc maraqlı dekor ilə səhnədə görünüb. Oxuduğu “İk ben verliefd (Sha-la-le)” mahnısı ikinci yarımfinalda ağırlıq təşkil edən lirik mahnıların arasından dinamikliyi ilə seçilib.

“Telenor Arena” səhnəsində ifa nümayiş etdirən 10-cu ölkə Rumıniya olub. Paula Seling & Ovi Səfurə Əlizadə kimi alqışlar altında səhnəyə çıxıb. Onun əvvəlki ifaçılara nisbətən daha az həyəcanlı olduğu nəzərə çarpıb. Cütlük ritmik “Playing with fire” mahnısını bitişik royal arxasında üz-üzə ifa edib.

Yarışmanın ən az sevilən iştirakçıları Sloveniya və onun “Roka Zlindre in Kalamari”adlı etnik ansamblı “Narodno zabavni rock” oxuyublar. Mahnı maraqsız olsa da, iştirakçılar sərbəst və simpatik davranışları ilə seçilə biliblər.

“Eurovision” müsabiqəsində artıq bir dəfə qalib olan və müsabiqəyə ciddi hazırlaşan İrlandiyalı Niamh Kavanagh bənövşəyi rəngdə geyim, fleyta müşayiəti və möhtəşəm ifası ilə “İt’s for you” adlı mahnısını sevdirə bilib. İfaçı olduqca gözəl oxuyub.

Oslo səhnəsinə seksual mələklərlə gələcəyini vəd edən Bolqarıstanlı Miro açıqlaması qədər ifasında da özünü doğruldub. “Angel si ti” – bu, dinamik mahnı idi.

Müxtəlif ölkələrdən dəvət alıb Kipri təmsil etməyə gələn John Lilygreen & The Islanders və musiqi ansamblı yazın gözəlliyindən bəhs edən “Life looks better in Spring” lirik mahnısını oxuyublar.

Sıralamada sondan üçüncü Xorvatiya təmsilçisi Feminnemin olub. Xanım müğənni ipək əlbisədə “Lako je sve” mahnısını iki vokalitlə birlikdə ifa edib. Bu mahnı müsabiqənin ən gözəl balladası hesab olunur.

Müsabiqənin ən güclü iştirakçısı hesab olunan Gürcüstan təmsilçisi, türk əsilli Sofo Nijaradze xovatiyalı müğənnilərin ardınca səhnəyə çıxıb. Müğənni “Shine”, mahnısı ilə Gürcüstanı təmsil edib.

Səhnəyə ən sonda Türkiyənin “MaNga” qrupu çıxıb. “We could be the same” mahnısını “Eurovision”un ən dinamik, hay-küylü pozitiv mahnısı hesab etmək olar. Türklər nümunəvi çıxış təqdim etdilər.

Nəhayət, ikinci yarımfinaldan finala keçən qaliblərin adları açıqlanıb. Beləliklə artıq finala vəsiqə qazanan Bosniya və Hersoqovina, Moldova, Rusiya,Yunanıstan, Portuqaliya, Belarus, Serbiya, Estoniya ,Albaniya və İslandiyanın sırasına Gürcüstan, Ukrayna, Türkiyə, İsrail, İrlandiya, Kipr, Azərbaycan, Rumıniya, Ermənistan və Danimarka olub.

 “Böyük dördlük” – Fransa, Almaniya, İspaniya, Böyük Britaniya, eləcə də “Eurovision-2009” müsabiqəsində qalib ölkə olan Norveç mayın 29-da keçiriləcək final mərhələsində birbaşa çıxış hüququna malikdir.

Leonel-207

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    gece kmin baxmaga vaxti olmayibsa ya kimin yuxusu gelib))baxa bilmeyibse buyursun oxusun…neler baw verdi 2-ci yarim finalda genis shekilde… buyurun…
  2. ZakonLubvi dedi ki:

    OYYYYYY COK SAG OL ELA MELUMATDI

  3. MooNuR dedi ki:

    mencede,klipdeki paltari daha yaxshi idi,neinki ordaki,az qala yixila dj-haha ,en yaxshi Danimarka,ruminya,turkiye,gurcustan idi,ermenide bashlayanda bizim musiqi ile bashladi,bizimkisi ise pis paltarda

  4. QEMLI_GECE dedi ki:

    cox sago lqaqaw eziyyetine gore gezsinde gorek birinci yer olur )

  5. canik dedi ki:

    coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx superdiler cox beyendim insallah bu il birincilik bizim di ve salam baska soz ola bilmez bizden baska en cox xosuma gelenler rumuniya danimarka izrayil zor idiler uc kamandani beyendimmmmmmmm turkiyede yaxsi idi kecen il bunan yax idiler

  6. Angelocka dedi ki:
    heart Leonel-207, heart
    Rusi cox sagol etrafli melumatin ucun..Minnetdaram.Ellerin derd gormesin. Sozun duzu men izlemedim..Maragim yoxdu. Kim laiqdirse ve qalib olarsa Halal xowu olsun..Safurayada ugurlar ve tebrikler yarim finali muvveffeqiyyetle kecdiyi ucun..Inwallah herwey ureyince olar.. angel
  7. BLACK STAR dedi ki:

    menim xowum gelmedi ))apar tulla…))

  8. Cristi dedi ki:
    Tebrikler!!! Finalda ugurlar!!! Inwallah 1-cin olariq!!!
  9. DaRk_AnGeL dedi ki:

    inwallah finalda yaxwi oxuyar heart

  10. balerin dedi ki:

    men dunen 2-ci yarimfinala baxdim twk

  11. girl_from baki dedi ki:

    artiq xeberim var izlemiwem. inwallah yer tutar ne deyim

  12. _Bella_ dedi ki:

    ay cooooooooooooooox super oxudu haladi hersey full idi soz ola bilmez ))

    mma reqibleri var cox deil bir ikisi 🙂

    turkler vabse birinciliye laaiqdi menim zennimce 🙂

  13. BadBoy dedi ki:

    Safura Sene (0)–Yaxci Oxumadin

    Gacirsan Sehnede Sesin Catmir…..Ora Meryamlig Idi Pul Verib Girmey Degil…

  14. BuBLiK dedi ki:

    BadBoy,
    Gacirsan Sehnede Sesin Catmir

    Sozun duzu hekigeten biraz catmirdi amma v obwem yahwi ohudu=)

    INWALLAH SABA LAP YAHWI OHIAR BIRINCI ERI TUTATAR!!

  15. pink_panther dedi ki:

    ne bilim gorek ne olurdaaa a[i]

  16. _Aynur_ dedi ki:
    Rusi xebere gore cox saq ol men baxdim…

    Safuraya uqurlar!!!!

  17. Crazy dedi ki:

    cox sag ol xebere gore
    axsam men baxdim safura super oxudu mence.

  18. Single Girl dedi ki:

    menim xowuma gelmedi,sizi deye bilmerem))

  19. N_I_C_L_E dedi ki:

    dunen sebirsizlikle gozledim ve baxdim..Evvela coox sevindim bizde ishtirak etdiyimiz ucun…Safuranisa cooox beyendim…maraqli paltari vardi..Tebrik edirem her kesi qalibiyyetimize gere..Ama hele bu bashlangicdir…..AZERBAYCANla yanashi bashqa olkelerde xoshuma geldi..Elbetde bu Turkiye ve Gurcustan temsilchileri idi….Ve Norveci cooox beyendim…..Her kese ugurlar..Ama ne olursa olsun Gelen il bu yarishma BAKImizda kecirilmelidir..Qurtardi getdiiiiiiiii

    Xebere gore Tewekkurler

  20. buz_qelb dedi ki:

    Vallah en yaxsisi ele Safuranin mahnisi oldu.Duzunu desem turklerin mahnisi ise heeeeec xosuma getmedi.Neyse cox sagol

  21. _SAFURA_ dedi ki:

    safura elizade= good