İnanc və bunun bizə təssiri

İnandığımızı söylədiyimizdə əslində olan nədir? İnandığımızı söylədiyimiz şeyin var olduğunu söylədikdə inandığımız hadisənin həqiqətəndə belə olduğunu qəbul etmiş olarıq. Ayrıca zehinimizdə simvollar və görünüşlər meydana gələr və inandığımız şeyi bu simvollar və görünüşlər olaraq qəbul edərik. Və bunlar tamamilə şüuraltımıza qeyd olar. İnanc, belə meydana gələr. O simvol və görünüşlərə “mənim inancım” deyərik. Yaxşı bu simvol və görünüşlər , inandığımız şeyin və hadisənin də özüdürmü? Bir insan, həyatınızda görmədiyiniz bir şəhəri müxtəlif istiqamətləriylə izah edir. O izah edərkən sizin zehininizdə müxtəlif görünüşlər meydana gələr. Bu görünüşləri izah edilən şey olaraq görərsiniz və o görüntülər yaddaşınıza qeyd olar. Bir gün o şəhəri özünüz gördüyünüzdə bir çox şeyin heç də izah edildiyi kimi olmadığına və zehininizdə qeyd etdiyiniz görünüşlərdən də çox fərqli olduğuna şahid olarsınız.
O şəhərdən elə fərqli və tərifsiz təssirlər əldə edərsiniz ki ən uyğun sözlərlə belə fikirlərinizi izah edə bilmərsiniz.Bir şeyə şahid oland ahər şey olduğu kimi görünər. Sözlər isə zehininizdə görünüşlər yaradar.Bu görünüşlər, sözlərin bəhs etdiyi şeylərin də özü deyil. O halda bu görünüşlər saxtadır. Buna görə eyni inancdan olduğunu söyləyən insanlar, zehnə qeyd olmuş fərqli görünüşlər səbəbiylə bilmədən bir-birlərindən uzaqlaşmış olarlar. Bir cəmiyyətin ortaq inancları nə qədər çoxsa o cəmiyyətin fərdləri bir-birlərinə o qədər xariciləşir deməkdir. Və bir insanın inancları nə qədər çoxsa o da özünə o qədər xariciləşir,uzaqlaşır deməkdir.
Bəs siz eşitdiklərinizə nə dərəcə inanirsiniz?
Bəzən insanin öz gözləri ilə gördüyü hadisə insanda səhv fikir formalaşdıra bilər.
Bəs siz nə vaxtsa belə bir hadisə ilə qarşılaşmısınızmı?


Best my life

Şərhlər:

  1. IzYuMinKa dedi ki:

    ESHITDIKLERIME YOX GORDUKLERIME DAHA COX INANIRAM…FAKT YEST FAKT..
    Bəzən insanin цz gцzləri ilə gцrdьyь hadisə insanda səhv fikir formalaşdıra bilər.
    Bəs siz nə vaxtsa belə bir hadisə ilə qarşılaşmısınızmı?
    YOX HELEKI QARSHILASHMAMISAM…

  2. VeFaSiz_Giz dedi ki:

    canim cox sagol

  3. meymunka dedi ki:

    cox sagol maraqlidir…………

  4. Avtosh_227 dedi ki:

    cox sagol… applause ellerin agrimasin…

  5. fanya_ya dedi ki:

    maraqlidi 4ox saol