Gülməli lətifələr

alt

Avtobusda bir uşaq ayaq üstə dayanan yaşlı qadına deyir:

– Xala oturmaq isteyirsiz?

-Pis olmazdı.

-Onda yanımda durun.Mən 2 astanovkadan sonra duşəcəm, oturarsız.

Bir gün Molla Nəsrəddin yolda gedərkən bir yekəpər gəlir ona arxadan bir sillə vurur başına.Molla əsəbi halda üzünü çevirir və deyir:

– Neynirsən? Zarafat edirsən?

Yekəpər:

– Yox zarafat eləmirəm!

Molla:

– Ay sağol mənim də belə zarafatlardan xoşum gəlmir.

Bir gün 7 ləzgi gəlir şəkil çəkdirməyə 1-ci 4-ü oturur;3-ü dalda durur.Sonra tərsinə.Şəkilçəkən soruşur neynirsiz?Ləzgi deyir:heçnə 3-ün 4-ə şəkil çəkdiririk.

Bir huşsuz dostuna deyir ki, mənə dünən bir dərman verdilər. Onu içəndən sonra daha heç nəyi unutmuram. Bütünlüklə huşum bərpa olunub. Dostu: -dərmanın adı nədir?

Huşsuz: – bir cür gül var e, ag, qirmizi, sarı, tikanları da var e…

Dostu: – Həəə, qızılgül????

Huşsuz: – Hə, hə, hə. Ona rusca nə deyirlər?

Dostu: -Roza!

Huşsuz arvadın çağırır: – Azz, Roza, dünənki dərmanın adı nə idi?

Dünyada bir cadugər olur.Hər şeyi bacarır bircə qarışqanı fil edə bilmir.Deyirlər ki,Azərbaycanda polis bölməsində eliyirlər.Nəysə cadugər gəlir Azərbaycana polis bölməsinə.Rəisə məsələni danışır.Rəis də deyir ki,qarışqanı qoy sabah gəlib təhvil alarsan.Sabahısı gün cadugər gəlir.Rəis əmr verir ki,kibrit qutusunu gətirsinlər.Cadugər bunu görüb deyir: Məzələnirsən rəis? Rəis deyir:Aç özün bax. Cadugər açıb baxanda qarısqa qışqırmağa başlayır: Vurmayın,Vurmayın..Filem,Fil………

Bir gün bir kişi olur gedir baliq tutmağa tilovuna qızıl balıq düşür.Balıq ona deyir ki,sən məni burax mən sənin üc arzunu yerinə yetirim kişidə razı olur .balıq deyir de görüm arzularını kişi-bir jiquli isdəyirəm balıq ona bir jiquli verir balıq-o biri arzunu de görüm.Kişi yenə deyir bir dənədə jiquli isdəyirəm balıq ona bir dənədə jiquli verir kişi 3 arzusunu da deyir yenə jiquli isdəyirəm balıq soruşur sən üç dənə jiqulini neyləyirsən ay kişi?kişi deyir onları satıb özüme cip alacam.

Bir gün bir kişi psixoloqun yanına gəlir və deyir:

-Həkim, mənim arvadım dəli olub

-Hardan bilirsiz?

-evdə qanadlı ağ atlar uçur amma arvadım onları görmür.

Bir adam karvansara qarşısından keçərkən “kirayə dəvə verilir” yazısını görür. Qiymətdə razılaşır və soruşur ki, necə edim ki getsin? Kirayə verən deyir ki, ohh deyəndə yavaş gedir, ohh bee deyəndə qaça-qaça. Amin deyəndə dayanır. Adam minir dəvəyə və ohh deyib gedir. Sonra sürəti artırmaq üçün ohh bee deyir. Adamın xoşuna gəlir bu vəziyyət. Bu anda bir uçuruma yaxınlaşdığını görür, həyəcanlanır saxlamaq üçün bilmir nə desin? Deyir heç olmazsa son duamı edim və dua qurtaranda tam uçurumun kənarına gəlir və Amin deyir. Dəvə də dayanır. Adam dərindən nəfəs almaq üçün ohh deyəndə….

5 yaşında olan uşaq bu günə qədər danışmamışdı. Ailəsi çox narahat idi. Bir gün səhər yeməyində uşaq “hardadı e bu qənd” deyəndə atası və anası şok olurlar və atası soruşur:

-Oğlum, bəs bu günə qədər niyə danışmırdın? Oğlu cavab verir:

– Bu günə qədər hər şey yolunda idi!!!

Bir kəndçinin evinin qapısını yolunu azmış bir İspan döyür. Ev yiyəsi soruşur:

-Kimdir?

– Jose de Santana de Monte Cristo de Santa Cruzo

– Vallah evimiz 1 otaqdır e

Dəlixanaya yeni gələn müdir dəlilərin koridorda növbəyə dayanıb divardakı bir deşikdən baxdıqlarını görür.

Gəlib baxmaq istəyəndə dəlilər onu döyərək növbənin axırına göndərirlər. Həkim növbədə dayanır və iki dəfə növbəsi gəlir baxır divara, amma heçnə görmür və dəlilərdən soruşur: Mən iki dəfə baxdım heçnə görmədim, siz nə görmüsüz burda? Dəlilərdən biri deyir:

– 2 dəfəyə görməzsən də, biz 2 ildi baxırıq heçnə görmürük

Bank müdiri Rusiyaya gəzintiyə gedir və bir restorandan içəri girir. Sifarişlərini verdikdən sonra bir də baxmış ki, qarşısında möhtəşəm bir xatun elə hey buna baxır.

Dəvətkar baxışlarla xatunu masaya çağırır, xatun gəlib masaya oturur, ancaq ikisi də bir-birlərinin dilindən anlamırlar. Xatun çantasından qələm və kağız çıxarır və kağızın üzərinə siqaret şəkli çəkir. Müdir dərhal siqaretindən qadına təklif edir. Xatun daha sonra kağızın üzərinə qədəh şəkli çəkir. Müdir dərhal qarsonu çağırır və ən yaxşı şərabdan sifariş verir. Xatun bu səfər də kağıza ev şəkli çəkir, yanına da 100 dollar şəkli çəkir. Müdir ürəyində belə deyir:

– Arvada bax aaa.. Bank müdiri olduğumu necə də anladı kredit istəyir?

Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişiydən

İngiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə Almanca soruşur.Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox.

İspanca yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:

– Bir dil öyrənməyin zamanı gəldi deyəsən. ər arvada:

– Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi

İkinci Dünya Müharibəsi əsnasında bir İngilis döyüş təyyarəsi Almaniya üzərində qəzaya uğrayır və bir pilot sağ qalır. Almanlar bunu əsir alırlar, lakin İngilisin bir ayağı və iki qolu qanqren olmuşdur. Almanlar əvvəlcə ayağı kəsirlər və İngilis Almanlardan bu ayağı ana vətəni olan İngiltərəyə atmalarını istəyir. Almanlar da İngilisin istəyini yerinə yetirirlər. Sonra İngilisin qolu kəsilir İngilis yenə eyni diləkdə olur və Almanlar da yerinə yetirir. Bu səfər də Almanlar o biri qolu kəsirlər. İngilis hər zamankı kimi Almanlardan qolu ana vətəninə atmalarını istəyir, lakin Almanlar “olmaz!” deyirlər. İngilis səbəbini soruşduqda belə cavablarlar:

– Sən qaçmaq istəyirsən?

Cristi

Şərhlər:

  1. Leonel-207 dedi ki:
    HAMISINI OXUDUM COX SAG OL UZUNDEN GULUSH ESKIK OLMASIN….

    Bir kəndзinin evinin qapısını yolunu azmış bir İspan dцyьr. Ev yiyəsi soruşur:
    -Kimdir?
    – Jose de Santana de Monte Cristo de Santa Cruzo
    – Vallah evimiz 1 otaqdır e


    xaxa xaxa xaxa

    Bir gьn 7 ləzgi gəlir şəkil зəkdirməyə 1-ci 4-ь oturur;3-ь dalda durur.Sonra tərsinə.Şəkilзəkən soruşur neynirsiz?Ləzgi deyir:heзnə 3-ьn 4-ə şəkil зəkdiririk.


    roll roll roll

  2. Dj_Robot dedi ki:

    Avtobusda bir uşaq ayaq ьstə dayanan yaşlı qadına deyir:
    – Xala oturmaq isteyirsiz?
    -Pis olmazdı.
    -Onda yanımda durun.Mən 2 astanovkadan sonra duşəcəm, oturarsız.

  3. BadBoy dedi ki:

    Cristi Cox sag Ol Yaxwi Idi Minnetdaram…

  4. Cristi dedi ki:

    Sizlerde coxxxxxx sagolun!!!! Uzunuzden daima guluw ek olmasin!!! wirin

  5. buz_qelb dedi ki:

    Cristi canim superdi yeeee..Lap gulmekden qirildim eee happy

  6. pusat08 dedi ki:

    superrrrrrrrrrrrrr

  7. Cristi dedi ki:

    buz_qelb, opucuk
    pusat08, girl_ang

  8. xerceng dedi ki:

    Heqiqeten maraqlidi,axrinci en qesengiydi

  9. fanya_ya dedi ki:

    Chox saq ol birdanam san da hamiwa gulasan

  10. MaLenKaya BuSinka dedi ki:

    cooooox saq ol cristi oxudum Allah seni guldursun oldum gulmekden xaxa xaxa xaxa

  11. _Aynur_ dedi ki:

    Bir kəndзinin evinin qapısını yolunu azmış bir İspan dцyьr. Ev yiyəsi soruşur:
    -Kimdir?
    – Jose de Santana de Monte Cristo de Santa Cruzo
    – Vallah evimiz 1 otaqdıre…


    Cox saq ol letifelere gore…uzunden guluw eskik olmasin…

  12. BuBLiK dedi ki:

    Avtobusda bir uşaq ayaq üstə dayanan yaşlı qadına deyir:
    – Xala oturmaq isteyirsiz?
    -Pis olmazdı.
    -Onda yanımda durun.Mən 2 astanovkadan sonra duşəcəm, oturarsız.

    xaxa xaxa xaxa Вот осёл=)))))))

    Cox sagol canimmmm biraz guldim=)
    opucuk opucuk opucuk

  13. Cristi dedi ki:

    Sizlerde coxxxxxx sagolun heart

  14. Avtosh_227 dedi ki:
    Tewekkurler.ellerine sagliq dostik…
  15. pink_panther dedi ki:

    hmm oxumusam bunlarii twk

  16. DaRk_AnGeL dedi ki:

    oxudum oldum day gulmekden kefim yerine geldi tewekkurler heart

  17. QEMLI_GECE dedi ki:

    cox sagol gulemleidi

  18. Ayselka dedi ki:
    Avtobusda bir uşaq ayaq ьstə dayanan yaşlı qadına deyir:
    – Xala oturmaq isteyirsiz?
    -Pis olmazdı.
    -Onda yanımda durun.Mən 2 astanovkadan sonra duşəcəm, oturarsız.
  19. girl_from baki dedi ki:

    Allah her zaman bizi guldursun.cox sag ol