Səfurə Əlizadə

S601;fur601; 399;lizad601;

“Eurovision-2010” Mahnı müsabiqəsində Azərbaycana 5-ci yer qazandıran Səfurə Əlizadə 31 mayda Bakıya dönüb.

Müğənni suallardın əvvəl özü danışıb, təəssüratlarını bölüşüb:

– Mən özümü xoşbəxt hiss edirəm. O günlər üçün darıxacam. Amma mən davam edirəm. İnşallah, Azərbaycanı xarici ölkələrdə təmsil edəcəm

– Nəticədən razı qaldın?

– Mən söz vermişdim ki, öz nömrəmi layiqincə ifa edəcəm. İfamı gözəl tərəfdən göstərə bildim.

– Həyəcanlı idin?

– Həyəcan finalda oturduğumuz otaqda var idi. Çox pis idim. Fikrimi çatdıra bilmərəm. Çünki həddindən artıq qəribə hissdir. Lakin zalın özü, səhnəyə baxan insanlar məni elə gözəl qarşıladılar ki, çox sevindim və məni həyəcan bürüdü. Mən fikirləşirdim ki, öz nömrəmi ifa edərəm. Və öz vətənimi təmsil edərəm.

– Deyilənə görə müsabiqədə ən bahalı paltar sənin idi.

– Bəli, paltar altı həftəyə tikilib. Modelyerlər Tayni Cill, Toni Betman və s. populyar ulduzlarla işləyənlər idi. O paltarla səhnədə hərəkət etmək çətin idi, üstündə işıqlar var idi.

– Azərbaycan nümayəndə heyəti səni yetərincə dəstəkləyə bildi?

– Əlbəttə. Dəstəyi hiss edə bildim. Mənə dəstək olan insanlara da demək istəyirəm ki, mən sizi çox sevirəm. Sağ olun ki, mənə dəstək oldunuz. Bu mənə böyük güc verdi.

– Səfurə birinci olmamaq üçün sənə nə mane oldu?

– Mane oldu deyə bilmərəm. Hər bir detallarına kimi əlimdən gələni etdim. Sadəcə, hər şeyi SMS həll etdi.

– Amma favorit idin…

– Yox, mən favoritlikdən düşmədim. Bukmeykərlərin seçimi ilə birinci yerdə idim. Əksinə, son günə kimi birinci idim. Bu, sadəcə, səsvermədir.

– Özündən başqa kimi bəyəndin?

– Mən Türkiyəni çox bəyənirdim. Mahnıları yaxşı idi. Bu yarışma çox çətin idi, çünki bu il balladalar çox idi. Başa düşə bilmirəm, onlar niyə beşliyə girə bilmədilər.

– Üçlüyə düşənlər arasında layiq olmayan var idi?

– Mən bunu deyə bilmərəm, çox normal çıxış edirdilər, super deyə bilmərəm, mən düzünü deyirəm.

– Ədalətli seçim olsa idi, birincilik kimin olmalı idi?

– Əlbəttə, mən birinci olmalı idim!

– Səni ruhdan salmaq üçün provokasiyalar var idi?

– Yox, mən heç nəyə fikir vermirdim. Bəlkə də çalışırdılar, lakin mən fikir vermirdim və heç nəyə də baxmırdım.

– Yarımfinalda azərbaycanca danışdın. Bunu bilərəkdən etdin? Sən ingilis dilini pis bilmirsən.

– Belə deyim də, öz dilimdə danışmaq daha yaxşı idi. Hərdən ingilis dilində də cavab verirdim.

– Sənin müsahibələrindən sonra Avropa mətbuatında belə bir xəbər yayıldı ki, Azərbaycanda yaşayan gürcüstanlı xanımsan.

– Yox, mən belə xəbər eşitməmişdim. Mən azərbaycanlıyam.

– Yorğun görünürdün səhnədə.

– Biz orda dayanmadan məşq edirdik. İnanın mənə, çox çalışdım. Səhnədə əlimdən gələni etdim.

– Biz bu il üçlükdən beşinciliyə düşdük. Yerimizi qoruya bilmədik.

– Bəli, bu mənim üçün də yaxşı deyildi. Lakin beşinci yeri alandan sonra mənə hamı yaxınlaşırdı, deyirdi ki, mən birinciliyə layiqəm. Mənə insanların fikri vacibdir. Mən layiqəm birinci yerə. Mənə Aysel də dəstək oldu. Araş da zəng vurmuşdu.

– Yarımfinalda çıxışın zəif idi. Bunu hiss edə bildinmi? Səndə ancaq yorğunluq hiss olunurdu. Elə bil güclə özünü toplayıb səhnəyə çıxmışdın. Beşincilik onun nəticəsi ola bilərmi?

– Yox, mən belə deməzim. Sadəcə, yarımfinaldan əvvəl çoxlu ölkələr tədbir keçirirdi. Mən də getməyə bilməzdim. Mənə də lazım idi ora gedəm. Bu hörmət deməkdi. Mən yaxşı tərəfimi göstərdim. Bəlkə də yorğunluq olmuşdu, bunu siz görə bilərsiniz. Amma mən hiss etmirəm. Mən özümü ümumiyyətlə psixoloji planda dəyişdirirəm. Energetik baxımdan özümü hiss edirəm.

– Deyirlər ən bahalı oteldə qalmısan.

– Otellər çox idi, amma biz “Radison Plaza”da qalırdıq. Mənə dəstək olan, lakin hava limanında qarşılamayan insanlara da təşəkkür edirəm.

S601;fur601; 399;lizad601;

S601;fur601; 399;lizad601;

S601;fur601; 399;lizad601;

S601;fur601; 399;lizad601;

S601;fur601; 399;lizad601;

S601;fur601; 399;lizad601;

 


Leonel-207

Şərhlər:

  1. Angelocka dedi ki:
    heart Leonel-207 heart
    Rusi cox sagol..Ellerine sagliq.. opucuk Cox xowuma geldi..Oxudum axira qeder..Redakte wekiller bir sozle herwey ela.Cox sagol..Safuraya bundan sonraki heyatinda ugurlar..Yeni yeni nailiyyetler gozleyirik inwAllah..Allah yolunu aciq etsin..Esasi budu Azerbaycani herterefli tanitmaqdi..Eybiyox inwAllah gun geler bizde 1-ci olariq..Allah boyukdu..
  2. Fidaska dedi ki:

    safura supersen

  3. Suphenallah dedi ki:
    Cox maraqli geldi Cox sag ol .
  4. Leonel-207 dedi ki:
    rey yazan elleriniz yorulmasin…
  5. QEMLI_GECE dedi ki:

    cox sagol eziyyetine gore

  6. ZakonLubvi dedi ki:

    applause copk sag ol maraqliydi oxudum

  7. BadBoy dedi ki:

    Svatinnen Zehirmar Tokulur

  8. Cristi dedi ki:

    Cox sagol qaqaw maraqli idi!! girl_ang

  9. DaRk_AnGeL dedi ki:

    tewekkurler dostik heart

  10. pusat08 dedi ki:

    COX SAGOL SUPERDI SAFURA YEKDI

  11. Single Girl dedi ki:

    – Nəticədən razı qaldın?

    – Mən sцz vermişdim ki, цz nцmrəmi layiqincə ifa edəcəm. İfamı gцzəl tərəfdən gцstərə bildim.



    hechde bele klipde orda oxudugundan yaxwi oxumuwdu hec sesi catmadi……….

    Neyse dosiiiiiiiii cox sagol xebere gore)))

  12. _Aynur_ dedi ki:

    Cooox saq ol Rusi xebere gore…

  13. meymunka dedi ki:

    Cox sag ol maraqli musahibe ve fotolar ucun:-)

  14. Crazy dedi ki:

    cox sag ol Leo maraqli musahibedir.O qeder guclu reqibin arasinda 5 -ci yeri tutmaq boyukseydi eger siyeset olmasaydi layiqince yer tutardiq

  15. EQoiSTKa dedi ki:

    …Sexnede Ora GAcir Bura Gacir…Neise Cog Xoshum Gelmedi Day Neyniyek Bizimkidide…SanX…