Şopoqoliksən? [Test]

Şopoqoliksən? [Test]

Şopoqolik deyilsən ki? Bu suala cavab verməyə aşağıdakı test kömək edəcək.

1. Qadın dərgilərində geyim reklamlarına diqqətlə baxırsınız?

A.incəliyinə qədər

B. gözucu

C. baxmadan keçirəm

2. Qarderobunuzu yeniləmək üçün tez-tez borc pul götürürsünüz?

A. mütəmadi olaraq

B. bəzən

C. heç zaman

3. Mağazaya ərzaq dalınca gedəndə soyuducunuzun içinə nəzər salırsınız?

A. niyə? Ərzaq heç zaman artıq olmur

B .bəzən, ilk növbədə nəyi almaq lazım olduğunu unudanda

C. mütləq, soyuducu ağzına qədər dolu olanda xoşum gəlmir

4. Mağazanın qarşısından keçəndə vitrinlərə baxırsınız?

A. əlbəttə, paltarların çoxu manikenin üzərində daha gözəl görünür

B. ancaq mağazaya girmək istəyəndə

C. xeyr, buna ehtiyac yoxdur

5. Neçə müddətdir mobil telefondan istifadə edirsiniz?

A. bir ildən azdır

B. bir-iki il arası

C. iki ildən çoxdur

6. Aldığınız paltarlar barədə rəfiqənizlə danışırsınız?

A. bəli, bu bizim ümumi məşğuliyyətimizdir

B .bəzən, o, yeni paltarımı görəndə

C .xeyr, müzakirə üçün daha maraqlı mövzularımız var

7. Uniforma və dress-koda münasibətiniz?

A. onlar geyim seçimində məhdudiyyət yaradır

B. yalnız qadın kollektivi içində normal

C. son dərəcə müsbət

8. Sevdiyiniz serial reklam fasiləsilə kəsiləndə nə edirsiniz?

A. diqqətlə baxıram, bəlkə önəmli nə isə gördüm

B. çay içirəm

C. başqa kanala çevirirəm

Nəticələri hesablayaq:

Hər “A” cavabına 3,“B” cavabına 2,“C” cavabına isə 1 xal verin.

20-24 xal: Siz artıq fikirləşmədən əlinizi pulqabınıza aparan şopaqoliksiniz. Bunun qarşısını almaq üçün nağd pulunuzu yanınızda deyil, evdə saxlayın, ya da etibar etdiyiniz bir dostunuza verin.

15-19 xal: Həyəcan təbili! Sizdə şopinqomaniyanın ilkin dərəcəsidir, onu dayandırmaq öz əlinizdədir. Büdcənizə ziyan vurmayacaq məbləğdə pulu həftə ərzində rahat xərcləyin. Və bu həddən kənara çıxmayın.

8-14 xal: Sizin üçün alış-veriş xoş yox, vacib məsələdir. Lap yaxşı, amma burada başqa məsələ var: özünüzə qarşı simic olmayın. Dəblə ayaqlaşan rəfiqənizə baxın, arabir onunla bərabər mağazalara gedin.

pusat08

Şərhlər:

  1. BadBoy dedi ki:

    =)) Mence Ilk Xeberindi Axrinci Olsun=))) Sps MaragLi Idi

  2. Single Girl dedi ki:

    Cox sagol Heleki bawlangic merhelesindeymishem:-)

  3. QEMLI_GECE dedi ki:

    [b] maraqlidi amma axot yoxdu ee cox sagol eziyyetine ore [/b

  4. MaLenKaya BuSinka dedi ki:

    nese xeber catmadi ey mene yenede tewekkurler

  5. Dj_Robot dedi ki:

    cox sagol xebere gore tewekkur

  6. girl_from baki dedi ki:

    sinadim_-_)men de heel bawlangic imiw-)) cox sag ol pusat xebercun

  7. JESSICA dedi ki:

    Sitat: BadBoy
    Mence Ilk Xeberindi Axrinci Olsun


    Niye ele dedin dostik?Niye axirinci olsun ki????Xeberse maaqli idi..

  8. ALoNe_AnGeL... dedi ki:

    maraqi idi tewekkur edirem gul

  9. bakili balasi dedi ki:

    woqoplik maqopolikdan bawim cixmir ama yenada coxsagol xebere gore

  10. buz_qelb dedi ki:

    Chox sagol, maraqli xeber idi!!!

  11. TORANLIQ dedi ki:

    tesekkurler mraqlidi

  12. Fidaska dedi ki:

    Vallah bezileri dogru bezileri sef idi.
    Xeber maraqli idi tsk.

  13. Suphenallah dedi ki:
    Ilk xeberiniz munasibeti ile tebrikler
    oxudum amma tesdten kecmedin lokonik olaraq ozum deyim de DEYILEM Şopoqolik
  14. DaRk_AnGeL dedi ki:

    maraqli idi tewekkurler xebere gore heart

  15. Cristi dedi ki:

    Cox sagol dostik maraqli xeberdi!!!Ama bezileri duz cixdi!!!

  16. Avtosh_227 dedi ki:
    tewekkurlercox sagol…