H.O.S.T haqqinda bilib bilmedikleriniz

Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan “Baku Clan” tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş – “Sənsiz (Love Story)” tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure “Məni qaytar” adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. “H.O.S.T Alliance” adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan “Həyatım əllərimdə” tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom “Proloq” adlanır və 17 kompozisiyadan ibarət olur:

İlk konsert
İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert “Yuğ” teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom “HOSTdan HOSTçuya eksklüziv” adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da “Proloq” kimi çox uğurla qarşılanır. Albom “Qarada Qırmızı” adlanır və 18 kompozisiyadan ibarət olur

“A” kitabı və ayrılmalar
Bu ərəfədə alyansın üzvlərindən olan Qaraqan “A” adlı kitabı yazıb tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da “HOST ideologiyası”-nın yaranması olur. HOST ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub. Kitab “Azərbaycan Yazıçılar Birliyi”-nin katibi Rəşad Məcidin ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.

2008-ci ilde HOSTdan Jamal_Ali, Felon De Jure, ErranT və Dərviş ayrılır. Sebeb kimi ideoloji ayrılıqlar göstərilir.
HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.
H.O.S.T`un mənası
H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşkil olunmuşdur.
Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi. H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.
H – Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi…
O – Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur…
S – Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq…
T – Qılınc,mübarizə
Hava – Romantizm,
Od – Aqressiya,
Su – Lirika,

Torpaq – Realizm.

HosT (aLLiAnCe)

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    xais edirem reylerinizi oz dilimizde Azerbaycan dilinde yazin

  2. VeFaSiz_Giz dedi ki:

    Sitat: HosT (aLLiAnCe)

    xais edirem reylerinizi oz dilimizde Azerbaycan dilinde yazin

    Xebere gore cox sagol ok

  3. HosT (aLLiAnCe) dedi ki:

    bir sey deyil sende coxsaq ol ki reyini Azerbaycan dilinde yazdin

  4. Maripoza dedi ki:

    Teshekkurler,bu melumatlari axtarirdim men de,minnetdaram .

  5. HosT (aLLiAnCe) dedi ki:

    Maripoza,
    sende reyin ucun saq ol

  6. MILAQROS dedi ki:

    HosT (aLLiAnCe),
    cox sagol maraqlidir

  7. HosT (aLLiAnCe) dedi ki:

    MILAQROS,
    elbetde maraqli olmalidir cunki bu HOST alliancedir

  8. KIVANC dedi ki:

    yeri yoxdu redaktede pisdir