Allahla connect

alt

İnternetdə özünə təzə dost tapmaq üçün nə qədər zəhmət çəkməli, hələ üstəlik buna pul da xərcləməli olursan. Kompüter, İnternet kartı almaq lazımdır, elə deyilmi? Bəs Allahla necə?! Bunun nə xərci var, nə zəhməti. Kompüter alıb “Control panel”-ə “Connection wizard” əlavə etdiyin halda, Allahla əlaqəyə bunlar lazım deyil. Sadəcə, niyyətini saflaşdır. İnternetdə sənə “user name” və “password” gərək olacaq, amma Allahla əlaqədə yox.

Gəl sənə əlaqəyə girmək üçün “pasword” də deyim; bu, “Bismillahir-rəhmanir-rəhim”dir. Bunun üçün telefon nömrəsi də yığmaq lazım deyil – gündəlik 2 rükət sübh, 4 rükət zöhr, 4 rükət əsr, 3 rükət şam və 4 rükət işa namazlarını qılmaqla Allahla əlaqə yarada bilərsən. Namaza başlamaqla “Dial-ı” yığ, yəni tövbə et və ürəyindəkiləri boşalt . Əmin ola bilərsən – qəlbinə “günah” adlı virus düşməsə, Allahla əlaqədə heç vaxt “Disconnect” olmur. Allah hər şeyi sənin üçün “Download” edəcək, istədiyin qədər Allaha eşq və dostluq məktublarını “Send” edə bilərsən. Bu əlaqəni nə hər hansı bir virus, nə də filtr kəsə bilər. Bir daha deyirəm, Allahla əlaqə yaratmaq üçün ixlas, saf niyyət və sağlam mənəviyyat lazımdır. Allahla əlaqən kəsilməsin deyə gündəlik həyatına ən güclü “Antivirus” yüklə. Bu namazdır.

Sən tanımasan da, Allah ən güclü virus hakerini çox yaxşı tanıyır. Əlbəttə, bu şeytandır! Qəlbinə iman və saleh əməl adlı “Antivirus Search” et və əmin ol ki, bundan belə şeytan sənə heç bir zərər vura bilməz. Amma ehtiyatı da əldən vermə, vaxtaşırı məscidlərə get, cümə namazlarında iştirak etməklə qəlbindəki antivirusu təzələ. Dediklərimi vaxtlı-vaxtında etsən, Allahla hər zaman “Online” əlaqədə olarsan.

Leonel-207

Şərhlər:

  1. pink_panther dedi ki:
    cox sagol cox qeribe geldii hemde coxx
  2. Single Girl dedi ki:

    Allah senden Razi olsun dosi amma Mene ele 1proqram lazimdiki namaz qilmaqi oyreden bir proqram(((

  3. QEMLI_GECE dedi ki:

    cox sagol eziyyetine gore

  4. MaLenKaya BuSinka dedi ki:

    Allah razi olsun

  5. Dj_Robot dedi ki:

    Elaaa xeberdi cox xowuma geldi.Allah razi olsun

  6. New_Moon dedi ki:

    Allah Razi Olsun Tesekurler

  7. bakili balasi dedi ki:

    cox sagol qaqawim gozal xebere gore Allah razi olsun

  8. TORANLIQ dedi ki:

    cooox maraqli id tesekkurler applause applause

  9. DaRk_AnGeL dedi ki:

    Allah razi olsun

  10. Cristi dedi ki:
    Allah Razi Olsun
  11. Suphenallah dedi ki:
    COX SAG OL LEO DEHWET COX XOWUMA GELDI INANILMAZ GOZEL USERLERIN BAWA DUWECEYI DILLE BAWA SALMISAN
    AY UWAQLAR DAY BUNDAN ARTIQ NE GOZLEYIRSIZ HER VASITE ILE NAMAZA DEVET EDIRIK SIZI BIR ADDIM ATSANIZ GERISI OZU GELECEK YETER KI, BIR ADDIM,BIR CEHD!!!
    QILANLARIN DA ALLAH NAMAZLARIN QEBUL ETSIN EMELI,NIYYETI SAF VE SALEH BENDELERINDEN ETSIN INWALLAH AMINNNNNNN
    ALLAH BIZI WEYTAN ADLI VIRUSDAN HIFZ ELSIN AMIN ALLAH
  12. BadBoy dedi ki:

    Allah Razi Olsun Gaga

  13. DeSPaiR dedi ki:

    Halaldi…. elave sherhe daha ne ehtiyac qalir ki? Super….
    Thanksssss…