Salavatın mənası


alt

Salavat, lüğətdə dua mənasındadır. Namaz da dua olduğu üçün “Salat” adlanır. Hal-hazırda insanlar arasında salavatı iki şeyə aid edirlər. Biri salam və məxsus duadır ki, Həzrət Məhəmmədə (s) aiddir. İkinci salavat isə namazdır. Bəzilərinin fikrincə “salavat” “tabeçilik” sözündən ayrılıb tabeçilik mənasına gəlir. Yəni namaz Allaha tabe olmaqdır. Bəziləri deyirlər: “Salavat” “silə” sözündən götürülüb. yəni həqiqi namaz odur ki, namaz halında insan xalqdan ayrılıb xaliqə birləşir və namaz qılan bəndənin öz məbuduna yaxınlaşmasına vasitə olur. Bu zaman salavat ümmətin Məhəmməd (s)-lə birləşməsi mənasına gəlir.
Bəziləri Allah Təala tərəfindən salavatı beş mənada izah ediblər; rəhmət, məğfirət, səna, təmizlənmə və kəramət.
Hərf elminin alimlərindən bəziləri deyirlər: “Salavat aşaöıdakı tərkibə malikdir:
Salavatdakı “Sad” hərfi – “Səməd”, “Lam” hərfi – “Lətif”, “Bab” hərfi” – “Vahid”, “Ha” hərfi isə – “Hadi” kəlməsindəndir ki, bunların hamısı Allahın adlarındandır.

Bəziləri deyir: “Salavat təslim olmaq mənasındandır, yəni özünü o kəsə təslim edəsən ki, Allah onu özünün vəsi və xəlifəsi seçib.” Bu zaman “Muhəmməd” çoxlu bəyənilən və çoxlu ibadət edən mənasında olar.
Daha yaxşı olar ki, Məhəmmədi daha çox həmd etsinlər, yəni o, hər növ həmdlə tərif olunsun. Elə buna görə də “Muhəmməd” salavata aid edilib.
Bəziləri deyirlər ki, “Muhəmməd” və “Əhməd” – “həmid” sözündən götürülüb. “Həmid” isə “Hamid” mənasındadır. “Hamid” – səna edən deməkdir. “Məhmud” sözünü mənası isə “həmd-səna olunan” deməkdir. Allah bu iki adı (Hamid və Mahmud) Peyğəmbər (s)-ə aid etmişdir. O, Allahı həmd-səna edən məqamda Əhməddir, yəni hamıdan daha çox Allahı həmd-səna edəndir. Həmd-səna olunan məqamda isə Məhəmməddir. Yəni hamıdan daha çox həmd-səna olunub.

qeribelik

Şərhlər:

  1. MaLenKaya BuSinka dedi ki:

    tewekkurler maraqli xeberdi bele menali yazilari oyrenmek yaxsidi esyo yaz spasibocki flower

  2. pink_panther dedi ki:

    cox cox twk ela xeberdir

    Allah Razi Olsun

  3. BadBoy dedi ki:

    GuNelka Cox sag Ol Allah Razi Olsun

  4. the 13th Warrior dedi ki:

    Allahumme selli ela Muhammed(s) ve Ali-Muhammed(s).
    Allahsizden razi olsun.

  5. Dj_Robot dedi ki:

    Allah razi olsun,Tewekkur

  6. Melekcik dedi ki:

    ALLAH razi olsun

  7. Cristi dedi ki:
    Allah razi olsun!
  8. DaRk_AnGeL dedi ki:

    Allah razi olsun hec bilmirdim oxuyub oyrenmiw oldum tewekkurler girl_ang

  9. FeGo dedi ki:
    Spasibki Za xeber ya_za
  10. Single Girl dedi ki:

    Men hec bu haqda bilmirdim,cox sagol baci melumatlandirdigin ucun,ALlah senden Razi Olsunopucuk

  11. star dedi ki:

    cox sagol,maragli melumata gore.Allah razi olsun!

  12. DJ_Layla_ dedi ki:

    Allah razi olsun sag ol

  13. xerceng dedi ki:

    sagol xebere gore,axir vaxtim oldu oxumuga sevine bilersen.

    necede tevezokaram angel

  14. _Aynur_ dedi ki:

    Tewekkur maraqli xebere gore…

  15. qeribelik dedi ki:

    xerceng,
    aa GULUSH,SAG OL EE BACIM.AXİR Kİ,DEYİREM EE NEHAYET.TORANLIQ,
    Single Girl,
    star,
    DJ_Layla_,
    xerceng,
    Fidaska,
    _Aynur_,
    COOX SAG OLUN

  16. bakili balasi dedi ki:

    cox sagol xebere gore Allah razo olsun

  17. МиниК_Сердце dedi ki:

    ya ne ponyala((