Mən Bilmişdim ki…

Mən Bilmişdim ki...

Mən bilmişdim ki şey yəni nəysə boş ver.
Anlamazsan onsuz da!..
Mən kimi sevməmisən bax.
Gözlərin ölümdən qalma bir soyuqluqla baxır yandırmır içimi
Köhnəsi kimi…
Hər şey köhnə olmuş səndə artıq müəyyən.
Aydındır ki gedərkən deyil daha bitdi demədən unutmusan məni.
Halbuki mən şey yəni şey bilmişdim
Getdiyində qürur deyil eşqimiz qalib gəlir
Təkrar barışarıq..


Mən bilmişdim ki bu ayrılıq daha çox yaxınlaşdıracaq bizi bir-birimizə. Həsrətlə keçən hər günün peşmanlığıyla yanıb alovlanacaq
Bir daha ayrılmağı dilimin ucuna gətirməyi belə
Ölüm sayacağıq bilmişdim!..


Mən bilmişdim ki əsdiyində külək səndə məni düşünürsən.
Qoxusunu gətir mənə külək deyə yalvarışlarını eşitdiyimi
Bilmişdim!..
Sanki hər yağış damlası bir dua olub düşürdü
Mələklərin ovuclarından.
Və bütün əfsanə eşqlər amin deyirlər bilmişdim ürəkdən etdiyini düşündüyüm dualara.
Zingildədiyində qulaqlarım mənsizliyin üsyanları başlayır bilmişdim
Ürəyində!..


Hardasan deyə divara çarpan qışqırıqların var bilirdim gedərkən susqun qalan dilində.
Yağış buludları toplandığında gözlərimdə
Mənim qədər olmasa da sənində gözlərində yaşlar var bilmişdim.
Boş yerə keçən günlərimizə
Sənə mənə yəni ikimizə və heç cür gəlməyən və gəlməyəcək olan
Gələcəyimizə ağlayırsan bilmişdim.
Gecənin bir yarısı çaldığında telefonum min bir ümidlə sənsən
Bilmişdim!..


Mən Bilmişdim ki...

Gecələri yatdığımı bilə-bilə axtarardın məni bilmirəm xatırlayırsanmı?
Üstüm açıq qalmasın deyə neçə dəfə oyandırdın məni yuxumdan.
İndi hər gecə üstüm açıq yatıram ağlına gələrəm axtararsan
Bilmişdim!..
Mən bilmişdim ki
Ay ulduzlara ağlayarkən
Sənində göydən düşən ulduzlardan məni dilədiyini
Bilmişdim!..


Mən bilmişdim
Sənin bilmədiklərini.
Mən bilmişdim
Ayrılığın böyük bir yalan olduğunu.
Mən bilmişdim bütün nağılların xoşbəxt sonla bitdiyini.
Mən bilmişdim səni darıxdığım kimi sənində məni darıxdığını.


Ürəyində mən gözlərində mən
Dilində sayıqladığın və içinə dolan nəfəsin
Mən bilmişdim özümü.
Nə qədər də yanılmışam!.


Olmayacaq bir sevdanın
Doğulmuş olan bir xəyanəti böyütmüşüm içimdə həm də sevgiylə.
Anlamaq üçün sözlərimi yorma özünü.
Bilirəm ki yenə anlamayacaq yenə əhəmiyyətsiz hesab edəcəksən
Bu günə qədər olduğu kimi!.


Doğrudan mən sən olmuşkən söylə sən kim idin…?

balaca

Şərhlər:

  1. ZakonLubvi dedi ki:

    Gecələri yatdığımı bilə-bilə axtarardın məni bilmirəm xatırlayırsanmı?
    Ьstьm aзıq qalmasın deyə neзə dəfə oyandırdın məni yuxumdan.
    İndi hər gecə ьstьm aзıq yatıram ağlına gələrəm axtararsan
    Bilmişdim!..
    Mən bilmişdim ki
    Ay ulduzlara ağlayarkən
    Sənində gцydən dьşən ulduzlardan məni dilədiyini
    Bilmişdim!.. faint

  2. Avtosh_227 dedi ki:
    Tewekkurler balaca.
  3. Melekcik dedi ki:

    prosta super tewekkurler

  4. Dj_Robot dedi ki:
    Cox sgol xeber ucun
  5. New_Moon dedi ki:

    Doğrudan mən sən olmuşkən sцylə sən kim idin…? cry
    Movzuya Gore Sagolun Eladi

  6. JESSICA dedi ki:

    Doğrudan mən sən olmuşkən sцylə sən kim idin…?
    Bu sualin cavabi mene de maraqlidi..Coox beyendem qaqaw..Tewekkur

  7. BadBoy dedi ki:

    Cox sag Ol Xebere Gore…

  8. pink_panther dedi ki:

    Olmayacaq bir sevdanın
    Doğulmuş olan bir xəyanəti bцyьtmьşьm iзimdə həm də sevgiylə.
    Anlamaq ьзьn sцzlərimi yorma цzьnь.


    bax bu hissesi superdir…

  9. MaLenKaya BuSinka dedi ki:

    cry ay lap ayamaqim geldi oxudum cry

  10. DaRk_AnGeL dedi ki:

    xebere soz ola bilmez ellerine sagliq dosi girl_cool

  11. bakili balasi dedi ki:

    cox sagol xebere gore qaqawim oxudum maraqli idi

  12. _Aynur_ dedi ki:

    Cooox sag ol balaca xebere gore…

  13. Fidaska dedi ki:

    maraqli idi tsk

  14. Single Girl dedi ki:

    Sitat: TORANLIQ
    salam


    Eleykime salam,:-)

  15. Single Girl dedi ki:

    Men cox seyi bilirem…Biliremki Onsuzda istediyim kimi hechne olmayacaq..

    .AMma yenede direnirem…Belke olar deye...Cunki icimde Gozel geleceye umidim var hec vaxt sonmez bir umid,Meni yashadan bir umid…
    Xebere geldikde ise cox ama cox xoshuma geldi Ellerine saglik,balaca…

  16. buz_qelb dedi ki:

    Olmayacaq bir sevdanın
    Doğulmuş olan bir xəyanəti bцyьtmьşьm iзimdə həm də sevgiylə.
    Anlamaq ьзьn sцzlərimi yorma цzьnь.
    Bilirəm ki yenə anlamayacaq yenə əhəmiyyətsiz hesab edəcəksən
    Bu gьnə qədər olduğu kimi!.


    ehh eshq ehh…Chox sagol dostik!!bu sozler lap chox tesir etdi mene…

  17. Cristi dedi ki:

    Cox sagol qaqaw