freelife – O sadəcə xoşbəxt olmaq istəyirdi…

Ə – Salam. Necəsən?
F – Salam. Çox pis.
Ə – Niyə?
F – Abu’nu evə gətirdik, gəzə bilmir! Kalyaskadadı… Gəzə bilməyəcək…
Ə – Nəəə? Necə? Axı düzəlmişdi…
F – Hə… Elə deyirdilər, amma… Bilmirəm…
Ə – Çox üzüldüm. Onu görməyə gələcəm… Sabah…
F – Əminsən?
Ə – Onu görməliyəm…
F – Oldu. Ancaq evdə yox. Onu evdən çıxardacam. Dəniz kanarına aparacam. Səndə gəl. İstəsən…

İsti ev. Balkonda oturmuşdu. Amma ona soyuq deyildi,sadəcə oturmuşdu. Nəyisə gözləyirdi sanki.
Bu qədər xəstəliklərdən sonra soyuqlaması məsləhət deyildi.
Kurtkasını əlimə alıb keçdim balkona…

F – Soyuqdur eee…
A – Belə də…
F – Geyin bunu. Qaqaş KVN xoşuna gəldi?
A – Belə də…
F – Keçən dəfə köynək gördük aa, yadına gəlir? Onu almaq istəyirəm ee, yaraşdı o mənə?
A – Belə də…

Bu mənasız söhbətimizin sonuncu olmağını bilsəydim, onunla səhərə qədər danışardım, qucaqlıyardım doyunca,
sevdiyimi diyərdim… Mən isə… Mən isə dördüncü “belə də” eşitməmək üçün keçdim otağa.

Səhər saat 6 idi. Yatmaq istəyi oyanmaqla döyuşürdü və qələbə çalacaq idi, amma balkondan gələn səs oyanmağımı
tezləşdirdi. Tez durdum… Balkonda oturmuşdu, əlində siqaret, yerdə isə ad günü hədiyyəsi, mənim ona bağışladığım
fincan. Qırılmışdı. Ya əlindən düşmüşdü yada ki, özü sındırmışdı.

F – Bu gün gəzməyə çıxarıq, oldu?
A – Bilmirəm…
F – Çıxarıqdaa, nə olar.
A – Bilmirəm…
Onu qucaqlayıb dedim: “Çıxarıqdaa, nə olaaar…”
A – BİLMİRƏM!!!
İlk dəfə üstümə qışqırdı, sonra üzünü çevirib başladı ağlamağa. Əlləri əsirdi.

Günorta geyindim və gəldim yanına. “Gəl sənə kömək eləyim, geyin.” dedim. Səssiz razılaşdı və biz evdən çıxdıq.
Blokun qabağında xalam oğlu bizi gözləyirdi, onunla səhər danışmışdım ki, bizi dənizə aparsın.Yol boyu heç nə
demədi, susurdu, hərdən ağlayırdı sonra iPod’una səs verib yumurdu gözlərini. Dənizə demək olardı ki, çatmışdıq.
Onların sevdiyi məkan. Onların məkanı. Maşından düşməyə Abu’ya xalam oğlu kömək etdi. “Mənim bir saatlıq işim var,
bir saatdan sonra gələcəm.” deyib getdi.
İlk dəfə onu mən gəzdirirdim… Kalyaskanın dəstəyinə əlim dəydikdə uşaqlıq yadıma düşdü, küsməklərimiz,
barışmaqlarımız, oyunlarımız, məktəbə bir yerdə getməyimiz, eyni dostlarımız, ayrı otaqlarımız, sevdiyimiz filmlər,
sevmədiyimiz qonşular və arzular…
O dənizə baxırdı, tam sərbəst idi, mən isə həyəcanlı. Çünki ona hazırladığım hədiyyə gecikirdi. Bu sahil bizə necədə
doğma idi. Bayramlarımızı, ad günlərimizi keçirtdiyimiz, problemlerimizi həll elədiyimiz, təkcə görüşüb alışan ocağa
baxdığımız yer idi bura.
Addımları eşidən kimi arxaya baxdım. Əsi idi. Başını aşağı salıb gəlirdi. Bizə yaxınlaşdı.
Ə – Salam…
A – Salam!..

F – Mən gedim.
Onlardan aralandım. Uzaqda ikisi və birdə ləpələr…
Ə – Susma…
A – Nə deyim? Eeeh Əsi… Bu dənizə yazığım gəlir. Hər dərdimizi ona danışırıq, o isə yalnız susur.
Laldı. Şikəstdi mənim kimi. Bax indi məni kimsə vursa və ya söysə belə mən ona heç nə edə bilmərəm.
Yazıq dəniz də elə. Narkoz altında olanda gözümün qabağına sən gəldin. Ordada susmuşdun.
Yadına gəlir ilk görüşümüz? Mən o günü heç vaxt yadımnan çıxartmaram. O soyuq noyabr günü futbolkada idim, yadına gəlir?
Heç xəstələnmədimdə. Bəs əlimnən tutmağın? Bəs o gün yağan sulu qar? Bəs etirafım? Yadındadı?! Denən “YOX”! Öldür məni.
Onsuzda hər bir hərəkətinlə məni öldürürsən. Son nöqtəsini qoy. Öldür məni.
Aa getdiyimiz filmlər yadıma düşür? Gülüşün… Sənin yanında oturmaq xoşbəxtliyi. Sevgim. Birgə gəzdiyimiz küçələr.
Dərdiyimiz güllər. Gördüyümüz günəşlər. Sizin məhəlləniz. Bəs görüşlər?! O gizlətdiyimiz görüşlər. Söndürdüyümüz telefonlar.
Bəs sonuncu dəfə bura gələndə o uzun yolda olan söhbətimiz?! O dəniz. Küsməyimiz. Yadındadı evə qayıtmağımız?
Tıxaca düşməyimiz. Yuxuya getməyimiz. Mənə sarılmağın. Çiynimə tökülən saçların. İsti nəfəsin. Soyuq əllərin.
Bizim mahnımız. Qulağına pıçıldadığım misralar. Yumulmuş gözlərin və underground sevgimiz…
Qızdırman qalxmışdı, yadında? Üzünü sevən soyuq əllərim. Evə birgə getməyimiz. Sağollaşmağımız. Ümidlərimiz…
YOOX! ÜMİDLƏRIM… SEVGİM… XƏYALLARIM…
Sən olmamısan. Olmaq istəməmisən və mən tək qalmışam…
Sən yalnız röyalarda olmusan. Nə vaxtsa sənə etdiyim etirafın cavabını gözləyirdim amma indi heç ümidim belə yoxdur.
Kim məni belə sevər? Sənə olan hisslərim yalansız olub və mən səni sevmişəm. Hər şeyə rəğmən də indidə sevirəm. Aaaaaa…

Eşitdiklərinə cavab vermək istəyən tərəf, cavabını demək istədiyi an onu sevən düçar olduğu kalyaskadan yıxıldı.
Bunu görüb mən tez qaçdım onların yanına. “Nə oldu?” “Niyə yıxıldı?” “Ay Allah kömək ol!”
Artıq nəbzi yox idi.

Onu aparan o ağ maşın indiyə kimi yadımdadı. O sadəcə xoşbəxt olmaq istəyirdi…
Çox döyüşdü. Təəsüf ki, məğlub oldu. İndi yoxdu nə mənim, nə Əsi’nin, nə də dostlarının həyatında.
Onu yeni dünya gözləyir. Oralar çox gözəldir…
Sevinc şəhəri, günəş, isti qum, sərin dəniz, şirin yağış, arzular, sən və o…

HosT (aLLiAnCe)

Şərhlər:

  1. HosT (aLLiAnCe) dedi ki:

    reyleriniz gozdeyirem

  2. meymunka dedi ki:

    ayyyyyyyyyyyyydddddddddddddddddddaaaaaaaaaaaaaaaaaa sssssssssssssuuuuuuuper ay dostik ela cray

  3. HosT (aLLiAnCe) dedi ki:

    he bilirem superdi cunki bu Host aliancedendir
    sende rey ucun saq ol

  4. VeFaSiz_Giz dedi ki:

    HosT (aLLiAnCe), Cox sagol xebergood

  5. HosT (aLLiAnCe) dedi ki:

    sende saq ol rey ucun seir geldi?vefasiz_giz,

  6. MILAQROS dedi ki:

    HosT (aLLiAnCe),
    yerivar

  7. HosT (aLLiAnCe) dedi ki:

    bilirem yeri var

  8. IzYuMinKa dedi ki:

    cray cray cray spasibkiiii

  9. HosT (aLLiAnCe) dedi ki:

    saq olun reyleriniz ucun